GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Pərviz Həşimlidən deputatın və generalın əleyhinə ifadə almaq istəyirlər

Pərviz Həşimlidən deputatın və generalın əleyhinə ifadə almaq istəyirlər

Tarix: 9-11-2013, 11:22 Bölmə :Siyasət Baxış: 1 255
  Pərviz Həşimlidən deputatın və generalın əleyhinə ifadə almaq istəyirlər

Jurnalistin həbsi arxasındakı sirr pərdəsi yavaş-yavaş qalxır; ondan Cavid Qurbanovla general Əli Nağıyevin üzünə durmaq tələb olunur, guya bu iki şəxs müxalifəti maliyyələşdirib...

“Fuad Qəhrəmanlı: “Pərviz bəyin mətanətli və mübariz davranışı hakimiyyətə öz çirkin niyyətini həyata keçirməyə imkan vermədi”



Prezident seçkisinə 20 gün qalmış heç kimin gözləmədiyi bir hadisə baş verdi. Moderator.az saytının direktoru, “Bizim Yol” qəzetinin əməkdaşı və hüquq müdafiəçisi Pərviz Həşimli həbs olundu. Rəsmi məlumatda P.Həşimlinin silah alverinə görə saxlanıldığı bildirilirdi.

Həbsdən sonra baş verənlər isə silah məsələsinin formal mahiyyət daşıdığını ortaya qoydu. Jurnalistin evində 5 yaşlı qızının gözü qarşısında heç bir əndazəyə sığmayan formada axtarış aparılması, məhkəməyə başında qara torba keçirilməklə gətirilməsi, noyabrın 7-də keçirilən prosesdə isə qara maskalı əməliyyatçının nümayişkaranə şəkildə Pərviz Həşimlinin xirtdəyindən tutaraq itələməsi də sıradan olaylar deyildi. Bir jurnalistə, hüquq müdafiəçisinə qarşı bu qəzəb haradan qaynaqlanır?

Bununla bağlı tanınmış ekspertlərdən biri adının çəkilməməsi şərtilə “Yeni Müsavat”a bəzi ipucları verdi: “Pərviz Həşimlinin özü də, vəkili də deyir ki, ondan Əli Kərimliyə qarşı ifadə almaq istəyirlər. Əslində isə alınacaq ifadə Əli Kərimlinin adından istifadə edərək iki oliqarxı və bir generalı ”vurmağa" hesablanıb. P.Həşimlinin həbsinin arxasında hakimiyyətdaxili qruplaşmaların çəkişməsi və bu çəkişmənin kimin kimi yıxacağı qədər gərgin bir müstəvidə aparılması dayanır. Bu çəkişmələrin varlığını P.Həşimlinin atası Kamran Həşimli də dəfələrlə dilə gətirərək oğlunun müxalifət liderlərinin əleyhinə bəyanat vermədiyinə görə həbslə cəzalandırıldığını vurğulayıb.



P.Həşimlidən əleyhinə ifadə tələb olunan oliqarx və generalın adı da bəllidir:

- Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov;



- Müdafiə sənayesi naziri Yavər Camalov;

- Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəis müavini Əli Nağıyev və onun qardaşı, tikinti biznesi ilə məşğul olan Vəli Nağıyev.
Bu isimlərlə yanaşı, nəqliyyat naziri Ziya Məmmədovun adı da hallandırılırdı. Amma məlum olanı budur ki, nəqliyyat nazirinin adı əleyhinə ifadə alınacaq personalar arasında yoxdur.

Seçki öncəsi P.Həşimlinin həbsi onun vasitəsilə hakimiyyət daxilindən müxalifət düşərgəsinə, xüsusən AXCP-yə maliyyə ötürülməsinin ifşa olunmasına hesablanmış addım olub. Guya P.Həşimlinin vasitəsilə bu şəxslər müntəzəm olaraq AXCP-yə maliyyə yardımları edirmişlər. Lakin P.Həşimli ondan tələb edilən ifadəni verməyib və seçkiöncəsi həbs edilən jurnalistə qarşı qəzəbi birə beş artırıb. Bununla yanaşı, belə məlumatlar da var ki, P.Həşimli adı çəkilən vəzifə sahibləri ilə münasibətlərinin olduğunu inkar etməyib, deyib ki, həmin şəxslər ona ara-sıra köməkliklər ediblər. Amma həmin köməkliklər heç bir formada AXCP ilə əlaqəli olmayıb.



AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyir ki, P.Həşimlinin həbs olunaraq təzyiqlərə məruz qalması zor yolu ilə AXCP-yə qarşı kampaniyaya başlanılmasına hesablanıb: “Hakimiyyətdaxili münasibətlər o dərəcədə kəskinləşib ki, kimlərinsə ”vurulmasına" hazırlıq gedir. Buna görə də saxta əsaslar yaratmağa çalışırlar. Bu baxımdan səsləndirilən iddiaları təkzib edirik. Bu günə qədər korrupsioner rejimdən AXCP rəhbərliyinə və üzvlərinə 1 manat belə vəsait verilməyib. Ümumiyyətlə, AXCP-yə qarşı belə vəsaitin ötürülməsi mümkün deyil. Çünki AXCP korrupsioner rejimin varlığını apardığı demokratik mübarizə ilə təhdid edir. Korrupsioner rejimin nazir-oliqarxlarının AXCP-yə maliyyə yardımı göstərməsi haqda iddialar da ciddi qəbul edilə bilməz".

F.Qəhrəmanlı deyir ki, hakimiyyət bu günə qədər də Əli Kərimliyə və AXCP-yə qarşı çeşidli və əsassız ittihamlar səsləndirib: “Bu ittihamların heç biri doğrulmur. Çünki saxta və əsassızdır. Əllərində əsaslı bir qaralamaq imkanı olmadığından Pərviz Həşimlidən istifadə etməyə çalışırlar. Ancaq Pərviz bəy təbii ki, bu absurd ittihamları rədd edir və kifayət qədər mətanətlə bunlara sinə gərir. Məhz onun mətanətli və mübariz davranışı hakimiyyətə öz çirkin niyyətini həyata keçirməyə imkan vermədi. Üstəlik, hakimiyyətin müxalifətə qarşı düşmən mövqedə olmasını ortaya qoydu, öz siyasi rəqiblərini uydurma ittihamlarla sıradan çıxarmaq istəklərini bir daha təsdiqlədi”.

P.Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pərviz Həşimlinin MTN-də səhhəti pisləşib

    Pərviz Həşimlinin MTN-də səhhəti pisləşib ...

    25-01-2014, 13:42

  • 
  • Pərviz Həşimli barəsində həbs qətimkan tədbiri seçildi

    Pərviz Həşimli barəsində həbs qətimkan tədbiri ...

    18-09-2013, 16:55

  • 
  • Pərviz Həşimlinin həbsi üzərində qurulan şou

    Pərviz Həşimlinin həbsi üzərində qurulan şou ...

    17-09-2013, 22:17

  • 
  • Pərviz Həşimli aclığı dayandırıb

    Pərviz Həşimli aclığı dayandırıb ...

    27-11-2013, 13:58

  • 
  • Pərviz Həşimlinin qardaşı: “Təvəkkül Qurbanovu tanımırıq”

    Pərviz Həşimlinin qardaşı: “Təvəkkül Qurbanovu ...

    19-09-2013, 13:21


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu