GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » 2022-ci il Ermənistana qarşı məhkəmə iddiaları ili olacaq... - GƏLİŞMƏ

2022-ci il Ermənistana qarşı məhkəmə iddiaları ili olacaq... - GƏLİŞMƏ

Tarix: 29-12-2021, 09:16 Bölmə :Siyasət Baxış: 720


Başa çatmaqda olan 2021-ci il də təəssüf ki, Azərbaycan və Ermənistan arasında sülh anlaşmasına gətirmədi. Tək səbəb məlum: kapitulyant ölkədə aşağı-yuxarı, ölkəmizə qarşı sərsəm ərazi iddiaları hələ də dominant düşüncə olaraq qalır. Bu xəstə təfəkkür, Türkə nifrət, mənasız dirəniş və barışmazlıq ovqatı üstəlik də erməni din xadimləri (katolikosluq) və dünya erməniliyi tərəfindın körüklənməkdədir.

Ancaq “sirkə nə qədər tünd olsa, öz qabını sındırar” deyib müdrik atalar. Daha doğrusu, artıq “sındırıb”. Erməni cəmiyyətinin bunca öz başına gələnlərdən dərs götürməsi məqamı çoxdan çatıb. Zaman da indi Ermənistana işləmir. Azərbaycan və Türkiyə ilə münasibətlərin qaydaya salınması isə təkcə iki xalqın barışı və dinc yanaşı yaşaması üçün zəruri deyil, İrəvanı digər ciddi problemlər də gözləyir.
Məsələn, böyük təzminat tələbləri. Aydındır ki, davam etdirilən düşmənçilik, ksenofobiya fonunda bu tələblər məxsusi sərtliyi ilə seçiləcək. BMT Beynəlxalq Ədalət Məhkəməsinin (Haaqa Məhkəməsi) dekabrın əvvəlində ölkəmizin Ermənistana qarşı iddiasını təmin eləməsi bu xüsusda ilk presedent olmaqla İrəvana ciddi siqnal olmalıdır...

***

“Yaxın vaxtlarda Azərbaycan Ermənistanı bir neçə konvensiyaya əsasən məsuliyyətə cəlb etmək üçün beynəlxalq arbitraj məhkəmələrinə verəcək. Əsasən də ekologiya, ətraf mühitə zərər və Azərbaycanın enerji resurslarından qeyri-qanuni istifadə ilə bağlı müraciətlər ediləcək”.
Ceyhun Bayramov Ermənistandakı seçkilərə münasibət bildirdi » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Bunu srağagün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Nazir onu da qeyd edib ki, bu, 2022-ci il üçün nəzərdə tutulan əsas vəzifələrdən biridir.
Yəni qənaət hasil olur ki, təzə ildə İrəvana qarşı böyük təzminat davası rəsmi Bakı üçün prioritet istiqamətlərdən olacaq. Qarabağa Böyük Qayıdış kimi. Bu davada məğlub ölkənin zərrəcə şansı yoxdur. Təzminatla bağlı məbləğlər isə erməni tərəfi üçün əsl şok effekti yaratmaqla yanaşı, İrəvanın Azərbaycana qarşı iştah dişinə, ərazi iddiasına növbəti sarsıdıcı zərbə olacaq. İşğalçı ölkə dünyada növbəti dəfə rüsvay olacaq. Həyasız iddialarını irəli apara bilməyəcək, çünki təzminatla bağlı məhkəmə qərarları Ermənistanın təcavüzkar obrazını beynəlxalq rəydə daha da möhkəmlədəcək, “status” tələbi birdəfəlik gündəmdən çıxacaq.
Məntiqlə İrəvan bütün bunları göz önünə alıb da, Bakı və Ankaraya qarşı hiyləgər sülh oyunlarına, nəhayət, son verməli, gerçək barışıq yolu tutmalıdır ki, heç olmasa, bəzi məqamlarda Azərbaycan və Türkiyənin hansısa mərhəmətinə ümid bəsləyə bilsin. Bunu isə görmürük.

***

“Azərbaycanla sülh müqaviləsi olacaq. Amma onun imzalanma tarixi bilavasitə Nikol Paşinyanın Qərb ölkələri ilə bağlı gözləntilərinin iflasa uğramasından asılıdır”.
“Yeni Müsavat”ın məlumatına görə, belə bir proqnozu Rusiya Federasiyası Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi direktoru Anton Bredixin Caliber.az-a müsahibəsində səsləndirib.
“İrəvan nə ABŞ-ın, nə də Fransanın öz qoşunlarını bölgəyə gətirməyəcəyinin, Azərbaycana təzyiq etməyəcəyinin, sərhədlərin dəyişdirilməsinə cəhd göstərməyəcəyinin dərkinə nə qədər tez gəlsə, sülh müqaviləsinə Paşinyanın imzası bir o qədər tez atılacaq. Ona qədər isə Brüsseldəki "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində keçirilən görüş Ermənistanın diplomatik qələbəsi və Qərb dövlətləri tərəfindən ona dəstək kimi təqdim olunacaq", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, bölgədəki nəqliyyat kollapsı və iqtisadi kollaps məhz Ermənistanın təxribatı ilə bağlıdır: “Eyni zamanda onun öz iqtisadiyyatına zərbədir. Düşünürəm ki, bu əməllərin ölkənin iqtisadiyyatına vurduğu böyük ziyanı hesablayacaq çoxlu erməni ekspertləri tapılacaq”.
Erməni tərəfində sərt gerçəyin dərki prosesi isə ağır da olsa gedir.
“Böyük əminliklə deyə bilərəm ki, biz nəyin olduğunu başa düşürük: biz ağır xəstəyik və yaralıyıq”.
Bunu erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan “Civilnet” YouTube kanalında yayımlanan verilişin efirində deyib.
Aparıcının müharibədən sonra erməni cəmiyyətinə hansı diaqnozun qoyula biləcəyi ilə bağlı sualına iş adamı belə cavab verib ki, həll yollarını təklif etməzdən öncə erməni cəmiyyətinin hansı nöqtədə olduğunu, nəyin səhv edildiyini anlamaq lazımdır: “Bu il ərzində biz böyük işlər görmüşük. Böyük əminliklə deyə bilərəm ki, biz nəyin baş verdiyini anlayırıq: biz ağır xəstəyik və yaralıyıq. Və bu, iqtisadiyyat və hətta müharibə məsələsi deyil. Bir millət səviyyəsində ən dərin böhrandır”.

***

Problem də elə acı həqiqətin doğru-dürüst ictimai dərkindədir. Yəni erməni xalqı hansı dərin quyuya düşdüyünü nə qədər tez anlasa, avantürist erməni siyasətçilərinin, erməni lobbisi və din xadimlərinin onu daha hansı fəlakətə doğru sürükləmək istədiyini nə qədər tez fərq eləsə, bir o qədər onun xilas imkanları olar. Çünki istənilən effektli “müalicə” üçün ən əvvəl düzgün “diaqnoz” tələb olunur.
Əks halda, 2022-ci il Ermənistan üçün 2020-dən də betər olacaq. Rəsmi Bakı artıq anonsunu edib. Əgər qarşıdakı ildə də Paşinyan hökuməti Azərbaycanla münasibətləri qaydaya salmasa, o sırada ölkəmizin ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demorkasiyası yönündə real addımlar atmasa, kapitulyant ölkəni daha acınacaqlı aqibət gözləyəcək... 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyevin şərtləri: Bakının mesajları təkcə Ermənistana deyil... - TƏHLİL

    İlham Əliyevin şərtləri: Bakının mesajları təkcə ...

    29-06-2021, 11:22

  • 
  • Ermənilər Türkiyəyə qarşı daha mütəşəkkil ayaqlanır!

    Ermənilər Türkiyəyə qarşı daha mütəşəkkil ...

    19-08-2014, 17:38

  • 
  • Paşinyanın ilk hədəfi: Rusiya xidmət orqanlarının məfkurəsini dağıda biləcəkmi - Analiz

    Paşinyanın ilk hədəfi: Rusiya xidmət orqanlarının ...

    23-06-2021, 15:26

  • 
  • Bakı ermənisi İrəvanı rüsvay etdi: "Nifrət edirəm..."

    Bakı ermənisi İrəvanı rüsvay etdi: "Nifrət ...

    29-01-2018, 13:43

  • 
  • Kapitulyantın davranışları ANTİTERROR ƏMƏLİYYATINI qaçılmaza çevirir - Görünəni budur...

    Kapitulyantın davranışları ANTİTERROR ...

    7-12-2021, 11:23


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu