GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kapitulyantın davranışları ANTİTERROR ƏMƏLİYYATINI qaçılmaza çevirir - Görünəni budur...

Kapitulyantın davranışları ANTİTERROR ƏMƏLİYYATINI qaçılmaza çevirir - Görünəni budur...

Tarix: 7-12-2021, 11:23 Bölmə :Siyasət Baxış: 204


Ötən həftəsonu Bakı və İrəvan arasında humanitar xarakterli növbəti “mübadilə” ilə yadda qaldı. Azərbaycan Ermənistana 16 noyabrdakı “1 günlük müharibə” zamanı ələ keçmiş 10 erməni əsirini qaytardı, qarşılığında mina xəritələrini aldı.


Hərçənd bəzi mənbələr bunu “yerdə qalan” xəritələr kimi təqdim edir. Yəni belə çıxır, daha erməni tərəfdə mina xəritəsi yoxdur. Bunun belə olub-olmadığını tezliklə biləcəyik. Eləcə də verilən xəritələrin nə dərəcədə səhih olduğu zamanla dəqiqləşəcək.

İstənilən halda, tərəflər arasındakı bu mübadilə dinc sülh prosesinə kiçik də olsa, töhfə sayıla bilər. O sülh prosesi ki, müstəsna olaraq, rəsmi İrəvanın ara verməyən qeyri-konstruktivliyi üzündən uzanmaqdadır. Stokholmda, ATƏT Nazirlər Şurasının növbəti illik sammiti çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün İrəvanın təxribatı nəticəsində ləğvi buna əyani sübutdur.

Xatırladaq ki, görüşə bir neçə saat qalmış Ermənistan parlamentinin bir qrup üzvü Xankəndində qondarma “parlamentin” üzvləri ilə görüş keçirmişdilər.

*****

Şübhə yox, Ermənistanın ölkəmizə qarşı ərazi iddiasının qaldığını təsdiqləyən bu cür hoqqalar davam edəcək. Əsasən Qərbdəki havadarlarına və bir az da bölgədə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarına arxayın olan İrəvan bununla özünü sanki heç nə olmayıbmış kimi, 10 noyabr kapitulyasiya sənədinə imza atmayıbmış kimi aparır ki, bu da bölgədə yeni hərbi toqquşmalar riskini artırır, Azərbaycanın antiterror əməliyyatını qaçılmaza çevirir.

İstisna deyil ki, Azərbaycan və Ermənistan rəhbərləri arasında dekabrın 15-nə nəzərdə tutulan Brüssel görüşünədək Paşinyan iqtidarı maksimum aqressiv davranış göstərəcək və Ermənistanı “haqsız əzilən tərəf” kimi təqdim eləməyə çalışacaq ki, situasiyaya Qərbin, o sırada Avropa Birliyinin daha fəal müdaxiləsinə nail olsun - təbii ki, İrəvanın xeyrinə.

*****

Brüssel görüşünə 1 həftə qalmış bu xüsusda xarici siyasi təhlilçilərin fikirləri də maraq doğurur.

Məsələn, rusiyalı tanınmış ekspert və hərbi icmalçı, “Milli Müdafiə” (“Naçionalnaya Oborona”) jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, İrəvanda və bütövlükdə Ermənistanda mövcud hakim rejim hələ də mental olaraq 1994-cü ildə, Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyi vaxtda ilişib qalıb. “Ermənistanın danışıqlar aparmaqla bağlı qabiliyyətsizliyi isə Cənubi Qafqazda sülh və sabitlikdə səmimi şəkildə maraqlı olanların həll etməli olduğu problemdir”, - deyə o qeyd edib.

“Yeni Müsavat”ın Minval.az-a istinadən verdiyi məlumata görə, Korotçenko habelə Qərbin Ermənistandan Rusiyaya qarşı alət kimi istifadə elədiyinə əmindir: “Qərb Cənubi Qafqaza daxil olmaq istəyir. Rusiyanın regionda tutduğu rol onu qane etmir. Qərb yaxşı bilir ki, Cənubi Qafqazda sabitliyin pozulması Rusiya üçün əlavə başağrısı deməkdir və o, Moskvanın bu başağrısını yaşaması üçün hər şeyi edəcək. Aydındır ki, bütün bunların fonunda Paşinyan ABŞ və Avropa Birliyi ölkələrindəki nüfuzlu dairələrin dəstəyinə arxalanacaq”.

Moskva-İrəvan müttəfiqliyinin perspektivinə toxunan analitik deyib ki, Ermənistanın hazırkı iqtidarı Rusiyaya dost mövqedə deyil: “Paşinyanın ətrafı hakimiyyətə gəlməzdən öncə rusofob ritorika ilə yadda qalıb. Rusiya Ermənistana münasibətdə öz mövqeyini dəqiq müəyyən eləməli, sərt mövqe tutmalıdır. Bu bir. İkincisi isə erməni lobbisinin fəal şəkildə bizə sırımaq istədiyi doqmalardan qurtulmalıyıq. Məncə, həqiqətən Rusiyanın maraqlarına cavab verən slavyan-türk geosiyasi birliyini yaratmalıyıq. Anlamaq lazımdır ki, qlobal geosiyasi oyunda Ermənistan və onun elitası artıq Rusiyanın tərəfində deyil. O, indi ”3 stul"da əyləşib - Amerika, Avropa və Rusiya. Və qarşıda bizi müxtəlif xoşagəlməz sürprizlər gözləyə bilər. Ermənistan bu gün Rusiyanın situativ müttəfiqidir. Və vəziyyətdən asılı olaraq, o, tamamilə başqa bayraq qaldıra bilər. Müxalifətin İrəvandakı mitinqlərində biz artıq bunu müşahidə edirik".

*****

Əlbəttə ki, bölgədə aparıcı xarici güclərin hər birinin öz marağı var, o cümlədən Rusiyanın. Əfsus ki, bu maraqlar bir çox hallarda bizim milli mənafe ilə uzlaşmır. Rusiya sülhməramlılarının məsuliyyət zonasında hələ də qanunsuz erməni silahlı dəstələrinin qalması bunun bariz təsdiqidir. Halbuki Moskva istəsə (ydi), bir həftəyə onları tərk-silah edər (di). Üstəlik, bu, könül, istək məsələsi də deyil - 10 noyabr kapitulyasiya sənədinin 4-vü bəndində əksini tapmış konkret öhdəlikdir.

İndi əgər Rusiya da Putinin imzası duran bir sənədə belə barmaqarası baxırsa, hörmətsiz yanaşırsa, aydındır ki, marioneti Ermənistan ondan geri qalmayacaq, sülh prosesini sabotaj eləməyə çalışacaq, Zəngəzur dəhlizinin açılmasına (9-cu bənd) dirəniş göstərəcək. Necə ki, göstərir. Bunu əlbəttə ki, həm də Qərbdəki çevrələrə arxayın olaraq edir.

Odur ki, İrəvanın təhlükəli “3 stul” taktikası və ya siyasəti vaxtında durdurmalı, o, Bakı ilə maksimum qısa zamanda sülh müqaviləsi imzalamağa vadar edilməlidir. Əks halda, bölgədə nələrin baş verəcəyi gərək ki, qaranlıq olmasın. Söhbət növbəti qaçılmaz müharibədən gedir. Hansı ki, Ermənistana yeni və daha böyük fəlakətdən savayı heç nə gətirməyəcək.

Ancaq kimin nə söyləməsindən asılı olmayaraq, belə perspektivə, kapitulyant Ermənistanın sülh anlaşmasını ləngitməsinə görə ən böyük cavabdehlik Moskvanın üzərindədir. Çünki məğlub ölkə ondan hər mənada heç vaxt bunca asılı durumda olmayıb...

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əliyevlə görüşə Paşinyan mina xəritələri ilə gələcək: İrəvan səmimi olacaqmı - GƏLİŞMƏ

    Əliyevlə görüşə Paşinyan mina xəritələri ilə ...

    5-10-2021, 12:26

  • 
  • İrəvanın aeroport iddialarına etiraz artır

    İrəvanın aeroport iddialarına etiraz artır ...

    16-01-2013, 10:23

  • 
  • Yerevan XİN rəhbərlərinin görüşünün anonsunu verdi

    Yerevan XİN rəhbərlərinin görüşünün anonsunu verdi ...

    11-09-2018, 16:22

  • 
  • Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

    Pakistanlı ekspert: "Ermənistanın ...

    4-08-2021, 15:00

  • 
  • Amerikalı analitik: "Ermənistan mina xəritələrinin təhvil verilməsindən boyun qaçıra bilməz"

    Amerikalı analitik: "Ermənistan mina ...

    18-06-2021, 14:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu