GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Almatı iğtişaşları Paşinyanı xilas edəcəkmi... - GƏLİŞMƏ

Almatı iğtişaşları Paşinyanı xilas edəcəkmi... - GƏLİŞMƏ

Tarix: 11-01-2022, 12:23 Bölmə :Siyasət Baxış: 221

Qazaxıstan iğtişaşlarının yatırılmasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tərkibində 70 erməni hərbçinin olması İrəvanın Moskva qarşısında özünü sözəbaxan kimi göstərməsi sayıla bilər. Düzdür, Ermənistan KTMT-də 2 illik sədrlik səlahiyyətlərini yetirə yetirəcək, bununla belə, Qərbə inteqrasiya xəttini tutmuş Paşinyan hakimiyyətinin Almatı hadisələrində canfəşanlığı, Rusiyanın yanında olması Putinin müəyyən qədər ürəyinin yumşalmasına səbəb ola bilər. Xüsusən də İrəvan Qarabağ məsələsində, sülh müqaviləsi ilə bağlı danışıqlarda Bakıya qarşı cığal, pozucu, Rusiyanın bəzi dairələrinin dəstəyini qazanaraq qeyri-konstruktiv mövqe tuta bilər. Lakin Moskvada həlledici sözü prezident Vladimir Putin deyir və o, “drujba drujba, slujba slujba” ifadəsinə söykənərək Ermənistana “Qazaxıstan başqa, Qarabağ məsələsi başqa” söyləyə bilər. DİA.AZ “Yeni Müsavat”a istinadən bildirir ki, KTMT sülhməramlıları ilə bağlı Paşinyanın Putinin işinə yaramasına, ona praktik dəstək verməsinə qarşılıq olaraq İrəvan Moskvadan Azərbaycanla bağlı yeni istəklərə düşə bilər. Bu, istisna deyil.

Yeri gəlmişkən, Qazaxıstan proseslərindən İrəvanın artıq ağzı sulanıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qazaxıstandakı olayları nəzərdə tutaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ilk dəfə böhran vəziyyətə operativ reaksiya verdiyini bu sözlərlə tərifləyib: “Təşkilata üzv ölkələr necə reaksiya vermək lazım gəldiyini əyani göstərdilər”. Armen Qriqoryan ardınca belə bir cümlə də işlədib: “Ümid edirik ki, oxşar durum yaranarsa, təşkilat Ermənistana dəstək olacaq”.

Göründüyü kimi, rəsmi İrəvan indidən KTMT faktorundan yararlanmağa hazırlaşır. Halbuki bundan qabaq etdiklər müraciətlərə bu alyans rədd cavabı vermişdi: istər 44 günlük savaşda, istərsə 16 noyabrda olan 1 günlük sərhəd toqquşmalarında bu alyans Ermənistanın çağırışlarına məhəl qoymamışdı. İndi isə Paşinyan iqtidarı ümid edir ki, hər hansı proses olarsa, Qazaxıstan kimi Ermənistana da dəstək verilməlidir.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya postsovet məkanını qatıb-qarışdırıb: “Ermənilər isə istənilən vəziyyətdən istifadə etməyə can atırlar və bəzən nail olurlar. O baxımdan Ermənistanın hərbçilərini Qazaxıstana göndərməsi Moskva ilə İrəvan münasibətlərində müəyyən yumşalma yarada bilər”.

Politoloqun fikrincə, bölgədə ciddi poseslər gedir və məntiqi sonluğunu gözləməkdəyik: “Amma Rusiya moderatorluq etmək fikrindədirsə, obyektiv olmalıdır. Əks halda, Azərbaycan əlindəki imkanlardan istifadə edə bilər. Bizim üçün bu dəqiqə sülhməramlı problemi var və bu istiqamətdə də addımlar atılmaqdadır. Eyni zamanda kommunikasiyaların açılmasında Rusiya və Ermənistan maraqlı olduğunu göstərir, sərhədlərin delimitasiya işi də getməlidir, yəni bunlara qarşı müqavimət olacaqsa, Azərbaycanın güclü ordusu var, o cümlədən bölgədə Türkiyə amili mövcuddur. Ermənistan özü də Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqda həvəsli görünür”.

Q.Hüseynlinin fikrincə, o baxımdan Rusiya-Ermənistan münasibətlərinin hansı şəkildə inkişaf etməsindən asılı olmayaraq, İrəvan bilməlidir ki, Bakının siyasi manevr imkanları genişdir və hansısa illüziyaya qapılmamalıdır. Odur ki, bölgədə sülhün əldə edilməsi üçün danışıqlarda müsbət mövqe tutmalıdır".

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Qriqoryanın bu cümləsi ikibaşlıdır: “Görünür, Qriqoryan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanı Azərbaycandan qorumasına işarə edib. Ancaq təşkilat İkinci Qarabağ müharibəsində prosesə müdaxilə etməyərək, İrəvanın yalvarışlarına rəğmən, ”bu müharibə bizlik deyil" deyərək Azərbaycanla üz-üzə qalmaq istəmədi. Onlarlıq məsələ yox idi, Azərbaycan öz ərazilərini işğaldan azad edirdi. Hazırda Azərbaycan Ermənistanla sərhədini müəyənləşdirməyə çalışır ki, buna Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müdaxilə edə bilməz. Ermənistan hakimiyyətini və cəmiyyətini o yandırır ki, təşkilat Qazaxıstan prezidenti Tokayevin kömək istəyinə dərhal müsbət reaksiya verdi, onların çağırışları isə qulaqardına vuruldu. Məsələ burasındadır ki, dəstək qərarı təşkilatlıq məsələ deyil. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin hərbçilərinin Qazaxıstana göndərilməsi qərarı Kremldə verilib, o birilər isə bu qərarı yerinə yetirmək məcburiyyətində qalıblar".

Politoloqun sözlərinə görə, Qriqoryanın “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı oxşar durumda Ermənistana dəstək ola bilər” ifadəsinin başqa mənası da var: “Təşkilat Qazaxıstanı hansısa xarici hücumdan qorumur, yerli hakimiyyəti ona hücum edənlərdən qoruyur. Belə çıxır ki, bir gün Ermənistanın hazırkı hökumətini və baş nazir Nikol Paşinyanı radikal müxalifət, o cümlədən ”Qarabağ klanı" devirmək istəyərsə, Qriqoryanın məntiqinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı onların da köməyinə çatmalıdır. Ancaq bunun üçün Qazaxıstanda olduğu kimi, banklara və dükanlara hücum edilməli, silahlı qarşıdurmalar qeydə alınmalıdır. Əslində yerli hakimiyyəti qorumaq üçün bəhanə tapmaq çətin məsələ deyil. Əgər Kreml Paşinyanın və hökumətin devrilməsində maraqlı olacaqsa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yerindən tərpənməyəcək".

Siyasi şəhçi Ramiyə Məmmədova hesab edir ki, Paşinyan KTMT-ni Azərbaycan əleyhinə yönəldə bilməz: “Qazaxıstan hadisələri ilə Azərbaycan-Ermənistan münasibətlərini eyni tutmaq mümkün deyil. Rusiyanın Qarabağ məsələsinə, regionda kommunikasiyaların bərpasına mövqeyi fərqlidir. Putinlə Azərbaycanın siyasi rəhbərliyinin əlaqələri də nəzərdən qaçırılmamalıdır. O baxımdan sərhəddə hər hansı insident qeydə alınsa, KTMT-nin müdaxiləsini gözləmirəm. Lakin bu təşkilat üçün Almatı hadisələri bir presedent oldu. 1992-ci ildə yaradılan bu alyans ilk dəfə idi ki, üzv ölkəyə hərbi kontingent göndərir. Bundan əvvəl Qırğızıstanın sabiq prezidenti Roza Otunbayeva müraciət etmişdi, KTMT getmədi, Paşinyan yalvardı, yenə qarışmadı, Qazaxıstan isə nümunədir. Görünür ki, Putin həm də bu təşkilatı dirçəltməyə, ölüvay vəziyyətdən çıxarmağa, reputasiyasını dəyişməyə çalışır. Ona görə Belarus, yaxud başqa ölkədə daxili çəkişmələr başlasa, KTMT qarışa bilər. Hər halda, Paşinyan Ermənistanda qiyam qalxdığını görsə və idarəolunmaz vəziyyət yaranarsa, müraciət edəcək”.

R.Məmmədova Qriqoriyanın açıqlamasında incə nüans olduğunu düşünür: “O deyir ki, oxşar hadisələr Ermənistanda olarsa... Yəni Qazaxıstanda olduğu kimi ermən əhali hakimiyyətin üstünə qalxarsa, silahlı şəxslər binaları ələ keçirməyə, maşınları, obyektləri yandırmağa, dağıtmağa cəhd göstərərsə, KTMT İrəvana da Almatıya girdiyi kimi daxil olmalıdır. Odur ki, burada söhbət Azərbaycanla bağlı məsələlərdən getmir. Paşinyan Putinin belə bir dayağını qazana bilsə, o zaman Köçəryan kimi revanşistlərin burnu sınmış olacaq. Yəqin ki, Nikol bu olaylardan daxili auditoriyaya, revanşistlərə qarşı istifadə edəcək”.


Gundəmxeber.az 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin etdi - KİMİ?

    Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin ...

    22-11-2018, 14:43

  • 
  • KTMT də MÖVQEYİNİ AÇIQLADI - "Azərbaycan Ermənistana zərbə endirməyəcək"

    KTMT də MÖVQEYİNİ AÇIQLADI - "Azərbaycan ...

    9-10-2020, 15:11

  • 
  • "Moskva Paşinyanı cəzalandıracaq" - Erməni politoloq

    "Moskva Paşinyanı cəzalandıracaq" - ...

    2-08-2018, 11:49

  • 
  • Paşinyan Moskvaya “ikinci Xaçaturov” zərbəsi vurmağa hazırlaşır

    Paşinyan Moskvaya “ikinci Xaçaturov” zərbəsi ...

    4-09-2018, 13:19

  • 
  • İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması

    İrəvandan növbəti ümidsiz Qarabağ açıqlaması ...

    4-04-2018, 15:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu