GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » KTMT Ermənistana "qapılar"ını qapatdı: Paşinyana rəsmi Bakı ilə anlaşma təklif olunur

KTMT Ermənistana "qapılar"ını qapatdı: Paşinyana rəsmi Bakı ilə anlaşma təklif olunur

Tarix: 17-01-2022, 10:33 Bölmə :Siyasət Baxış: 248

KTMT-ya üzv ölkələr Ermənistanın gələcək taleyinin bu qurum üçün qətiyyən maraqlı və prioritet olmadığını gizlətmirlər; Paşinyan hakimiyyətinin gündəminə yalnız Ermənistanın Azərbaycanla yekun sülh sazişi imzalama variantı çıxarılıb...

Ermənistanın xarici siyasət kursu xaotik xarakter daşıyır. Rəsmi İrəvan bu istiqamətdə ardıcıl qərarlara və geopolitik proseslərdə konkret mövqeyə malik deyil. Və Ermənistanın bütün xarici siyasəti yalnız baş verən hadisələrdən faydalana bilmək cəhdləri üzərində qurulub.

Ona görə də, KTMT-nın Qazaxıstana qoşun yeritməsindən rəsmi İrəvanın yanlış nəticə çıxartması qətiyyən təəccüb doğurmadı. Paşinyan hakimiyyəti Kremlin KTMT üzərindən verdiyi Qazaxıstan qərarının bütün üzv dövlətlərin tələbi ilə təkrarlana biləcəyini düşündü. Dərhal da Azərbaycan-Ermənistan sərhəd bölgəsində silahlı təxribatlara başladı.

Rəsmi İrəvanın belə davrana biləcəyi hələ KTMT-nın Qazaxıstan ilə bağlı toplantısında Ermənistan baş naziri Nikol Paşinyanın dediklərindən sonra təxmin edilirdi. Erməni baş nazir Ermənistanın da regionda oxşar təhlükələrlə üzləşdiyini iddia etmişdi. Və KTMT üzvlərinin üzləşdiyi təhlükəsizlik problemlərinə qarşı ortaq reaksiya mexanizmlərinin işə salınmasının vacibliyini vurğulamışdı.

789-1577268730.jpg (30 KB)

Əslində, erməni baş nazirin nə demək istədiyini anlamaq qətiyyən çətin deyildi. Çünki, bir neçə ay əvvəl rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhəd bölgəsində silahlı təxribatlar törətmişdi. Azərbaycan ordusu bu təxribatlara sərt reaksiya vermişdi. Və Ermənistanda KTMT-nın hərbi dəstəyinə ümid bəsləyirdi.

Ancaq KTMT rəsmi İrəvanın ümidləriniə adekvat reaksiya vermədi. Əksinə, bu qurumdan verilən açıqlamalarda Azərbaycan-Ermənistan sərhəd bölgəsində yaranmış gərgin vəziyyətin iki ölkə arasında danışıqlar yolu ilə həll edilməsinin vacibliyi vurğulandı. Rusiya isə mövcud gərginliyin aradan qaldırılması üçün hər iki tərəfə mümkün qədər tez bir zamanda Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamağı məsləhət gördü.

Nəticədə rəsmi İrəvanın KTMT-dan Ermənistanın maraqları çərçivəsində istifadə etmək niyyətləri boşa çıxdı. Ermənistan cəmiyyətində Rusiyaya və KTMT-ya qarşı narazılıq daha da gücləndi. Hətta Ermənistanın bu qurumdan çıxması barədə çağırışlar ön plana keçirildi.

Maraqlıdır ki, Qazaxıstan olaylarından sonra rəsmi İrəvanda KTMT-nın Azərbaycan ilə qarşıdurmada Ermənistana faydalı ola biləcəyi ilə bağlı yeni qənaətlər yarandı. Ermənistan baş naziri Nikol Paşinyanın KTMT qoşunlarının Qazaxıstana yeridilməsi prosesində koordinator rolunu oynaması da rəsmi İrəvanı xüsusi olaraq, həvəsləndirdi. Və bu səbəbdən də, növbəti dəfə KTMT-nın Azərbaycanla qarşıdurmaya cəlb etmək variantı sınaqdan çıxarıldı.

images-azeri-ordu.jpg (10 KB)

Ancaq Ermənistanın hərbi təxribatlarına Azərbaycanın növbəti sərt reaksiyası yenə də KTMT tərəfindən sükutla qarşılandı. Bu qurum rəsmi İrəvanın qurduğu geopolitik oyunlara alət olmağa həvəs göstərmədi. Kreml yenə də gündəmə delimitasiya və demarkasiya prosesinə başlanmasının vacibliyini gətirdi.

Göründüyü kimi, Paşinyan hakimiyyətinin hərbi-siyasi avantüraları nəzərdə tutulan hədəflərdən hələ də çox-çox uzaqdır. Ona görə də, hesab etmək olar ki, rəsmi İrəvan MDB məkanında cərəyan edən proseslərdən yanlış nəticələr çıxarmaqda davam edir. Və xüsusilə də, rəsmi İrəvanın geopolitik proseslərdə Ermənistana verdiyi dəyər əsl real vəziyyət ilə qətiyyən uzlaşmır.

Belarus prezidenti Aleksandr lukaşenkonun son açıqlaması da belə düşünməyə tamamilə əsas verir. Ermənistan cəmiyyətində belə təsəvvür yaradılmışdı ki, guya KTMT-nın Qazaxıstana qoşun yeritməsi barədə qərar məhz baş nazir Nikol Paşinyan tərəfindən verilib. Ancaq "Batka" açıq mətnlə izah etdi ki, bu məsələ cəmisi bir saat ərzində Rusiya prezidenti Vladimir Putin və onun tərəfindən həll edilib. Yəni, erməni baş nazirin bu prosesdə rolu deyilənləri icra etməkdən uzağa getməyib.

Digər tərəfdən, Qazaxıstan olaylarına münasibətdə rəsmi İrəvanın tutduğu "sözəbaxan xidmətçi" mövqeyi də Rusiya siyasi dairələrində Ermənistan baş naziri Nikol Paşinyana münasibəti müsbətə doğru dəyişməyib. Ona görə də, Ermənistanın sərhəd bölgəsində silahlı təxribatlarla KTMT-nın diqqətini çəkmək cəhdləri çox məntiqsiz və mənasız hərbi manevr təsiri bağışlayır. Və belə qeyri-ciddi hərbi manevrlər ilə KTMT-nı, eləcə də bu qurum üzərindən Rusiyanı Azərbaycanla qarşıdurmaya çəkmək real düşüncənin məhsulu deyil.

1641925099_37299590_117_125_1402_848_1920x0_80_0_0_eb092739088190040d4168ec1660884d.jpg (80 KB)

44 günlük savaşdan üzü bəri son vaxtlar baş verən hadisələrə qədər KTMT-nın tutduğu mövqeyə dayanaraq, müəyyən nəticələr çıxartmaq mümkündür. Artıq qətiyyən şübhə doğurmur ki, KTMT Ermənistanın şikayətləri ilə məşğul olmaq niyyətində deyil. Hətta bu hərbi-siyasi qurum Ermənistanın gələcək taleyi ilə maraqlanmaq həvəsindən də uzaqdır. KTMT heç bir halda, Ermənistana dəstək verməyəcək. Və həm Ermənistan, həm də onun sərhəd problemləri KTMT-nın prioritet maraqları sırasında yer almır.

Belə anlaşılır ki, Ermənistan artıq mövcud reallıqlar ilə barışmaq məcburiyyətindədir. Rəsmi İrəvan KTMT-dan Azərbaycana qarşı faydalanmaq niyyətindən artıq əl çəkməlidir. Vaxt itirmədən Ermənistanın geopolitik məkanından silinmə təhlükəsindən xilas edilməsi prosesinə start verməlidir.

Bunun yeganə mümkün yolu isə rəsmi İrəvandan başqa hər kəsə tam dəqiqliyi ilə məlumdur. Hətta Ermənistanın hərbi müttəfiqi Rusiya belə, bu yolu rəsmi İrəvana davamlı olaraq göstərir. Yəni, Kreml rəsmi İrəvannın KTMT-nı regional qarşıdurmaya çəkmək niyyətindən əl çəkib, delimitasiya və demarkasiya prosesinə başlamasının vacibliyini hər imkanda təkrarlayır.

Nəzərə almalıdır ki, KTMT-nın davranışları, Azərbaycan və Ermənistan arasında baş verən sərhəd toqquşmalarına müdaxilə etməməsi bu quruma üzv ölkələrin erməni təxribatlarına rəsmi Bakının verdiyi sərt reaksiyanı beynəlxalq hüquq normalarına uyğun hesab etdiyini təsdiqləyir.

e1048e8e37c92b2f8d65879ef3338edb.jpg (137 KB)

İndi Ermənistanın gələcək taleyini xilas etmək üçün rəsmi İrəvanın yeganə yolu qalıb. Paşinyan hakimiyyəti buna nail olmaq üçün ən qısa zamanda Azərbaycanla yekun sülh sazişinin imzalanmasına məcburdur. Və belə sənədin imzalanmasının reallığa çevrilməsi üçün isə bəzi konkret addımlar da atmaq lazımdır. İlk növbədə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinə başlanılması vacib şərtdir. Çünki yalnız bu halda, iki qonşu ölkənin qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanıması mümkün ola bilər. Üstəlik, rəsmi Bakı bu məsələdə əvvəlki kimi israrçı mövqedən nisbətən uzaqlaşıb. İndi rəsmi Bakı "Ermənistan tanımazsa, Azərbaycan da tanımaz" prinsipinə üstünlük verir. Və belə situasiyada yeganə ziyan çəkəcək tərəfin məhz Ermənistan olacağını da tam dəqiqliyi ilə bilir. Bütün bunlar onu göstərir ki, indi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasında Ermənistan özü birbaşa maraqlı olmalıdır. Əks halda, rəsmi İrəvan Ermənistanın çökməkdə olan iqtisadiyyatına xarici sərmayə tapmaq ümidlərindən imtina etməli olacaq. Və tezliklə xarici kreditlərdən də məhrum qalma təhlükəsi qarşısında olduğundan Ermənistan yaxın gələcək üçün sosial-iqtisadi xaosa məhkumdur.


Gundemxeber.Az




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan XİN: Ermənistan KTMT-nin yeganə üzvü deyil

    Azərbaycan XİN: Ermənistan KTMT-nin yeganə üzvü ...

    1-09-2018, 16:46

  • 
  • KTMT də MÖVQEYİNİ AÇIQLADI - "Azərbaycan Ermənistana zərbə endirməyəcək"

    KTMT də MÖVQEYİNİ AÇIQLADI - "Azərbaycan ...

    9-10-2020, 15:11

  • 
  • Kreml: "Rusiyanın KTMT-dəki öhdəlikləri Dağlıq Qarabağa aid deyil

    Kreml: "Rusiyanın KTMT-dəki öhdəlikləri ...

    7-10-2020, 15:33

  • 
  • Mən təkcə Lukaşenkodan yox, başqalarından da izahat istəyirəm - Paşinyan

    Mən təkcə Lukaşenkodan yox, başqalarından da ...

    20-11-2018, 15:14

  • 
  • Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin etdi - KİMİ?

    Ermənistan KTMT-də yeni daimi nümayəndə təyin ...

    22-11-2018, 14:43


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu