GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kreml istəməsəydi İrəvan Ankara ilə danışıqlara başlamazdı... - HƏQİQƏTƏN DƏ...

Kreml istəməsəydi İrəvan Ankara ilə danışıqlara başlamazdı... - HƏQİQƏTƏN DƏ...

Tarix: 18-01-2022, 11:34 Bölmə :Siyasət Baxış: 334

Türkiyə və Ermənistanın danışıqlar üzrə xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan apardıqları danışıqlardan sonra ortaq nöqtələri müəyyən etmək üçün konstruktiv və qeyri-siyasi şəkildə dialoq aparmağa razılaşıblar. Ötən həftə baş tutan bu görüş tərəflər arasında ilk təmasdır. Görüş 1,5 saat davam edib.

Xatırladaq ki, Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Həmçinin Ermənistan Türkiyəni (Osmanlını) 1915-ci ildə erməni əhaliyə qarşı soyqırım həyata keçirməkdə ittiham edir.

Ermənistanın Azərbaycana qarşı da torpaq iddiaları və ərazi işğalı var. Hazırda da Azərbaycanın müəyyən əraziləri Ermənistan tərəfindən işğalda saxlanır. Bu durumda Ankara ilə İrəvan arasında danışıqların perspektivi necə görünür? Türkiyə ilə sərhədlərin açılması, siyasi-diplomatik və iqtisadi əlaqələrin bərpası üçün Ermənistan referendum keçirib konstitusiyasından o maddəni rəsmən silməli, soyqırım iddiasından əl çəkməli, Azərbaycana qarşı revanşist siyasətdən imtina etməli, işğalda saxladığı əraziləri boşaltmalı, Zəngəzur dəhlizinin açılmasını əngəlləməkdən vaz keçməlidir. Prezident R.T.Ərdoğan Türkiyənin Ermənistanla sərhədləri açmasının şərtlərinin bir qismi kimi bunları deyib. Xüsusilə də Azərbaycanla bağlı Ermənistanın tutduğu mövqedən imtinasını qabardıb. Ya Ermənistan bu şərtlərə uymalıdır, ya da Türkiyə Ermənistanın ona qarşı ərazi iddialarını və soyqırım şərləmələrini gözardı etməlidir. Bunlar olmadan Ankara ilə İrəvan arasında münasibətlərin yaranması mümkün olacaqmı?

Rusiya beynəlxalq məsələlər şurasının baş direktoru Andrey Kortunova görə, Rusiya Ermənistanla Türkiyə arasında yaranmaqda olan əməkdaşlığı praktiki müstəviyə keçirmək üçün tərəflərə Cənubi Qafqazda logistika şəbəkəsinin inkişafı layihələrini təklif edə bilər. Onun qənaətinə görə, bu, yalnız Ermənistan və Türkiyəyə deyil, həm də Ankara ilə fəal ticarət aparan Rusiyanın cənub regionlarına da fayda gətirəcək.

Rusiya Türkiyə ilə Ermənistanın əlaqələrinin qurulmasında maraqlıdırmı?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, hər halda, Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin yaranmasına tərəfdar kimi görünür: “Ən azından rəsmilər, Xarici İşlər Nazirliyinin sözçüsü və eləcə də prezident Vladimir Putinin özü bir neçə dəfə təkrarlayıb. Onların fikrincə, kommunikasiya vasitələrinin açılması həm bölgənin rifahı üçün, həm də Rusiyanın özünün geostrateji maraqları üçün əlverişli perspektivlər aça bilər. Doğrudan da bunu Moskva deməsə də belə, görünür ki, dəmir yolu xətlərinin, eləcə də şose yollarının açılması Rusiyanın Yaxın Şərqə doğru, çox geniş bir regiona doğru açılımını və əlaqələr qurmasını xeyli sürətləndirəcək. Bu, Rusiyaya da həddən artıq lazımdır”.

Politoloq qeyd etdi ki, Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınması üçün həllini gözləyən xeyli mürəkkəbliklər var. Bunların da hamısı Ermənistandan qaynaqlanır. Ermənistan Türkiyəyə qarşı əsası olmayan, heç bir qonşuluq münasibətlərinə xeyir gətirməyən absurd iddialar irəli sürür. Ərazi iddiaları, qondarma “erməni soyqırımı” iddiaları bu sırada öndə gəlir: “Bu məsələdə Ermənistanı Fransa və digər bəzi Avropa dövlətləri dəstəkləyir, erməniləri həvəsləndirirlər. Yəni Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşmasına həm də Fransa kimi ölkələr mane olur. Regionda yeni reallıqların yarandığı və Moskva-Ankara münasibətlərində güclü əməkdaşlıq mühiti qurulduğu üçün artıq Rusiyanı Ermənistan-Türkiyə münasibətlərində pozucu tərəf adlandırmaq olmaz. Əksinə, Rusiya münasibətlərin qurulmasında maraqlı tərəf kimi görünür və çıxış edir. Kreml istəməsəydi, İrəvan Ankara ilə danışıqlara başlamazdı, xüsusi nümayəndə ayırmazdı, ilk danışıqların Moskvada keçirilməsi baş tutmazdı.

Hələlik Ermənistanla Türkiyə arasında danışıqlarda kommunikasiyaların qurulması məsələsi müzakirə edilir. Siyasi şərtlər irəli sürmədən danışıqların davam etdiriləcəyi barədə qərara gəlinməsi də bunu göstərir. 14 yanvar görüşü birinci addım idi. Birinci addımda müəyyən etimad mühitinin yaradılması vacib idi. Amma mən inanmıram Ankara Ermənistandan Türkiyəyə qarşı ərazi və “soyqırımı” iddialarından əl çəkməsini tələb etməyəcək".

Q.Hüseynli xatırlatdı ki, həmçinin Türkiyənin Ermənistan qarşısında qoyduğu başqa şərtlər də var. Bu şərtlərə Ermənistanın Azərbaycan ərazilərinə iddialardan əl çəkməsi, Zəngəzur dəhlizinin açılması da daxildir. Ermənistanın bütün bu şərtlərin bəzilərindən, məsələn, “erməni soyqırımı” iddiasından tamamilə əl çəkəcəyi real görünmür: “Müəyyən yumşalmalara isə gedə bilər. Ermənistan konstitusiyasında bəzi dəyişikliklər etmək istəyir. Gündəliyə Ağrı dağı ilə və dövlət gerbi ilə bağlı məsələnin çıxarılması da mümkün ola bilər. Yəni Ağrı dağının şəklinin Ermənistanın dövlət gerbindən çıxarılmasına xalq ”yox" deyəndən sonra İrəvan Ankaraya “biz istədik, xalq istəmədi” cavabını verə bilər. Bu cavabın Ankaranı qane edib-etməyəcəyi barədə isə dəqiq fikir söyləmək çətindir. Hər halda, tərəflər, məncə, bir-biri ilə kompromisə getməyə çalışacaqlar.

Zəngəzur dəhlizinin açılması şərti isə Ermənistan tərəfindən böyük ehtimalla qəbul ediləcək".


Gundemxeber.Az 



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvan Naxçıvanı “Ermənistanın ayrılmaz hissəsi” elan etdi

    İrəvan Naxçıvanı “Ermənistanın ayrılmaz hissəsi” ...

    23-07-2013, 14:28

  • 
  • Ermənistan Türkiyə və Azərbaycandan torpaq tələb edir

    Ermənistan Türkiyə və Azərbaycandan torpaq tələb ...

    6-07-2013, 19:19

  • 
  • Dünya liderlərindən Sarkisyana ZƏRBƏ

    Dünya liderlərindən Sarkisyana ZƏRBƏ ...

    26-04-2016, 00:49

  • 
  • Dünya liderlərindən Sarkisyana ZƏRBƏ

    Dünya liderlərindən Sarkisyana ZƏRBƏ ...

    26-04-2016, 00:50

  • 
  • ​Türkiyə prezidentinin köməkçisi: "Ermənistan həyasız şəkildə beynəlxalq hüququ pozur"

    ​Türkiyə prezidentinin köməkçisi: ...

    26-12-2018, 12:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu