GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Dünyanın siyasi-hərbi mərkəzlərindən Bakıya ard-arda zənglər - ŞƏRH

Dünyanın siyasi-hərbi mərkəzlərindən Bakıya ard-arda zənglər - ŞƏRH

Tarix: 17-03-2022, 12:34 Bölmə :Siyasət Baxış: 299

Azərbaycanın xarici siyasət kursu çoxşaxəli və əhatəlidir. Rəsmi Bakı ABŞ, Avropa İttifaqı, Rusiya, MDB-nin digər respublikaları, "Şərq Tərəfdaşlığı" proqramına üzv ölkələr, NATO, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər davamlı əlaqələr saxlaması bunu təsdiqləyir. Dünya birliyinin Azərbaycana diqqəti onun beynəlxalq hüququn prinsip və normalarına, eləcə də BMT nizamnaməsinə əməl etməsi, bu istiqamətdə pozuntulara qarşı çıxması ilə bağlıdır. Bu amillər onun beynəlxalq arenada nüfuzunun artmasına təkan verir. Azərbaycan həmin prinsipləri və BMT Nizamnaməsini əsas götürərək torpaqlarını işğaldan azad etməklə bunu təsdiqləyib.

Ötən müddət ərzində Prezident İlham Əliyevin qlobal və regional təhlükəsizliyin təmini, beynəlxalq hüququn qorunması və əməkdaşlıq təklifləri əsasında yürütdüyü xarici siyasi kurs ölkəyə diqqəti daha da artırıb. Azərbaycan bu müddətdə ABŞ, Avropa İttifaqı, Rusiya, ərazi bütövlüyü pozulan Moldova, Ukrayna, Gürcüstan liderləri, NATO, Türkiyə, İran ərəb dövlətləri, Çin, Pakistan rəsmiləri ilə müxtəlif səviyyədə danışıqlar aparıb. Bakıda NATO-nun bir sıra görüşlərinin keçirilməsi Alyansın Azərbaycana etimadından irəli gəlir. Bu istiqamətdə rəsmi Moskva da başqaları ilə müqayisədə Azərbaycana daha etibarlı tərəfdar kimi yanaşır. Bu baxımdan, Bakı NATO və ABŞ hərbi rəhbərlərinin Rusiya Silahlı Qüvvələrinin başçıları ilə danışıqların aparıldığı azsaylı yerlərdəndir.

Son aylar Qərb bloku ilə Kreml arasında gərginlik Rusiya-Ukrayna müharibəsinə səbəb olub. Dünyadakı münaqişə ocaqlarından biri yenidən alovlanıb. Rusiya Ukraynada hərbi əməliyyatlar keçirməyə başlayıb. Rəsmi Bakı beynəlxalq hüquq və normalara əsaslanaraq bu silahlı toqquşmada ortaq mövqe tutub. Hər iki tərəflə yaxşı münasibətləri qorumaqla yanaşı, obyektivliyini göstərib. Rusiyanın hərbi əməliyyatlara başladığı ilk günlərdə Prezident İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlaması Azərbaycana etimadın böyük olduğunu təsdiqləyir. Dövlət başçısı bir gün sonra Rusiya Prezidenti Vladimir Putinlə Ukraynada hadisələrin eskalasiyası ilə əlaqədar vəziyyəti, həmçinin Rusiya-Azərbaycan münasibətlərini müzakirə edib. Azərbaycan silahlı münaqişə, separatçılıq, ərazi bütövlüyünün pozulması, bu məsələyə xarici müdaxilənin edilməsi kimi halları yaşadığı üçün Ukraynada baş verənləri beynəlxalq hüquq normaları və BMT-nin Nizamnaməsi çərçivəsində həllini ən doğru və düzgün sayır. Hər iki tərəfin etimadını nəzərə alan rəsmi Bakı tərəflərə vasitəçiliyini təklif edib. Qeyd edək ki, rəsmi Bakı 2008-ci ilin avqust hadisələri zaman Gürcüstanla Rusiya arasında uğurlu vasitəçilik etmişdi. Azərbaycan Ukraynaya humanitar yardım edərək insanlıq borcunu yerinə yetirib. Son bir ayda Prezident İlham Əliyevin keçirdiyi görüşlər, telefon danışıqları rəsmi Bakının mövqeyinin doğruluğunu sübut edir.

Postsovet məkanındakı münaqişələrdə NATO-nun da adı tez-tez hallanır. Elə Rusiyanın əsas tələblərindən biri Ukraynanın neytrallığı, Alyansa üzv olmamasıdır. Bu baxımdan, ötən ay NATO rəhbərliyinin rəsmi Bakı ilə danışıqları diqqətçəkicidir. Ötən ay dövlət başçısı ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. Bununla ən nüfuzlu hərbi-siyasi birlik Azərbaycana verdiyi dəyər və diqqəti nümayiş etdirib. Ukraynadakı vəziyyətin İlham Əliyevlə müzakirəsi Azərbaycanın beynəlxalq arenadakı etibarının, nüfuzunun göstəricisidirPostsovet məkanında ərazi bütövlüyü pozulan dövlətlərdən biri də Moldovadır. Azərbaycan lideri Ukrayna ilə qonşuluqda yerləşən Moldovanın Prezidenti Maya Sandu ilə telefon söhbəti zamanı regional məsələlər barədə fikir mübadiləsi aparıb. Bu, Azərbaycanın keçdiyi çətin və uğurlu yola münasibətin göstəricisidir. Münaqişəni həll etmək, Rusiya və Qərb dövlətləri ilə münasibətləri normal saxlamaq rəsmi Bakının yürütdüyü siyasətin nəticəsidir. Moldova və Azərbaycan liderlərinin danışıqları bu baxımdan da qiymətləndirilə bilər. Rusiya-Ukrayna müharibəsində Polşa rəsmi Kiyevi dəstəklədiyi sirr deyil. Bu ölkənin Azərbaycanla da çox sıx münasibət və əlaqələri var. Son hadisələr fonunda Polşa Prezidenti Andjey Dudanın dövlət başçısı ilə telefon danışığı Azərbaycanın nüfuz və beynəlxaq aləmdəki nüfuzunun göstəricisidir. Prezident polşalı həmkarı ilə telefon danışığı zamanı iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın Böyük Britaniya ilə siyasi, ticarət əlaqələri də inkişaf etməkdədir. 2021-ci ilin ilk 9 ayında Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 550,655 mln. dollar təşkil edib. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 90,5 faiz çoxdur. Hesabat dövründə ixracın həcmi 336,737 mln. dollar təşkil edib. Bu da illik müqayisədə 4,6 dəfə çoxdur. Nəticədə 2021-ci ilin ilk doqquz ayında 122,818 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Bu ilin yanvar ayında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin həcmi 145,963 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin yanvar ayı ilə müqayisədə 6,1 dəfə çoxdur. 

Bu münasibətlər başqa dövlətlərlə də artan xətt üzrə inkişaf etməkdədir. Britaniyanın dünya siyasəti və ticarətində tutduğu yeri nəzərə alaraq nümunə kimi onu göstərdik. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consondan Böyük Britaniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı təbrik məktubu da tərəflər arasında əlaqələrin genişlənməsi və qarşılıqlı etimadın artmasını göstərib.Azərbaycanla Avropa İttifaqı arasında da normal münasibətlər var. Düzdür, 44 günlük müharibə zamanı qurumun aparıcı üzvləri öz tərəfsizliklərini qoruya bilmədi. Onlardan biri də Fransa və onun Prezidenti Emmanuel Makron idi. Ancaq son zaman onun Azərbaycana münasibətində müsbət istiqamətdə dəyişikliyin baş verməsi müşahidə olunur. Bunu da rəsmi Bakının beynəlxalq arenada tutduğu obyektiv mövqeyin nəticəsi kimi qiymətləndirmək mümkündür. Prezident fransalı həmkarı Emmanuel Makronla telefon danışığında Ukraynadakı böhranı və bu ölkəyə humanitar dəstəyin göstərilməsi məsələlərini müzakirə edib.

Martın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı Cənubi Qafqazda postmünaqişə dövrü, Ermənistanla Azərbaycan arasında təmaslar və normallaşma prosesi, o cümlədən kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası məsələləri müzakirə edilib. Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı Cənubi Qafqazda sabitliyi, sülhü və çiçəklənməni dəstəkləməkdə davam edəcək. Söhbət zamanı həmçinin Ukraynadakı son hadisələrin inkişafı və bunun Cənubi Qafqazda regional təhlükəsizliyə mümkün təsiri məsələləri də müzakirə olunub.

Rusiya-Ukrayna müharibəsi Avropada bir sıra sahələrlə bağlı narahatlığın yaranmasına səbəb olub. Qitə dövlətləri liderlərinin yaranmış vəziyyəti rəsmi Bakı ilə müzakirə etməsi onun artan nüfuzundan və genişlənən təsir dairəsindən xəbər verir. Münaqişə bölgəsində baş verənlərin və ora humanitar yardımın edilməsi kimi məsələlərin Prezident İlham Əliyevlə müzakirə olunması Azərbaycanın beynəlxalq arenadakı etibarının, nüfuzunun artdığını isbatlayır. Avropada qitə dövlətlərinin liderləri rəsmi Bakı ilə hesablaşır, onun tutduğu obyektiv mövqeyə hörmətlə yanaşır.

Azərbaycanın uğurlu xarici siyasəti Türkiyə ilə qarşılıqlı əlaqələrin genişlənməsində də özünü bir daha göstərir. 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış şərait Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni vəziyyət yaradıb. Şuşa bəyannaməsinin icrası həm də regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün təminatdır. Azərbaycan, bu baxımdan, regional təminatçılardan biridir. Odur ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar Türkiyə ilə münasibətləri də yeni müstəvidə formalaşdırıb. Dövlət başçısı bu günlərdə Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyi vurğulanıb. Bu, Azərbaycanın etibarlı tərəfdar olduğuna çoxsaylı nümunələrdən olmaqla yanaşı, həm də eyni etnosa aid dövlətlərin münasibətlərinin göstəricisidir. İki dövlət arasında belə münasibət beynəlxalq hüquqa aid ən yaxşı örnəklərdən sayıla bilər.

Rəsmi Vaşinqtonla Tehran arasında 43 illik gərginlik hər kəsə bəllidir. Ancaq rəsmi Bakı heç birinə üstünlük vermədən bu barışmaz tərəflərlə əlaqələri qoruyub, inkişaf etidirə bilir. Azərbaycan yürütdüyü uğurlu xarici siyasətlə İranı da əməkdaşlığa cəlb edib. Qeyd edək ki, bu ölkənin rəsmiləri 44 günlük müharibə zamanı, ondan sonra Azərbaycana qarşı çox sərt mövqe tutmuşdular. Onlar Azərbaycana qarşı böhtan kampaniyasının iştirakçısı belə olmuşdular. Ancaq martın 11-də iki ölkə arasında tarixi memorandumun imzalanması rəsmi Bakının qonşu dövlətlərlə dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək taktikasının doğruluğunu təsdiqləyib. Qeyd edək ki, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan hökuməti ilə İran hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan-ABŞ münasibətləri də genişlənməkdədir. Bu günlərdə Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Azərbaycanın dövlət başçısı ilə telefonla danışıb. Tərəflər Cənubi Qafqazda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıb, eləcə də bölgənin təhlükəsizlik məsələlərini müzakirə ediblər. 

Dövlət başçısının bu və başqa əlaqələri Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzuna, müsbət imicinə aid çoxsaylı nümunələrdəndir. Nəzərə almaq lazımdır ki, Azərbaycan enerji daşıyıcıları xəttinin keçdiyi ərazilərdəndir. O, dünyanın karbohidrogen daşıyıcıları ilə təhlükəsiz təmin olunmasında aparıcı yerlərdən birini tutur. Odur ki, bu istiqamətdə də əlaqələr və əməkdaşlıq Azərbaycanın artan nüfuzuna təkan verəcək. Dünyada baş verənlərə əsasən demək olar ki, yaxın zamanda ölkəyə diqqət daha da artacaq. Azərbaycan da qlobal və regional siyasi səhnənin bacarıqlı, etibarlı oyunçusu olduğunu yenidən sərgiləyəcək./Report.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış etdi

    Elmar Məmmədyarov beynəlxalq təşkilatlara çağırış ...

    26-09-2019, 14:58

  • 
  • Elmar Məmmədyarov: "Sülhməramlı əməliyyatlar kifayət etmir"

    Elmar Məmmədyarov: "Sülhməramlı əməliyyatlar ...

    29-09-2015, 10:50

  • 
  • Dağlıq Qarabağ məsələsində dönüş: Ermənistana son xəbərdarlıq

    Dağlıq Qarabağ məsələsində dönüş: Ermənistana son ...

    11-07-2016, 15:40

  • 
  • XİN: “Moldova münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır”

    XİN: “Moldova münaqişənin Azərbaycanın ərazi ...

    14-07-2020, 18:30

  • 
  • Prezident: "Mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb"

    Prezident: "Mürəkkəb qlobal çətinliklər ...

    13-07-2021, 16:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu