GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Məmurlar arasında kaset təlaşı

Məmurlar arasında kaset təlaşı

Tarix: 18-11-2013, 11:05 Bölmə :Siyasət Baxış: 855
  Məmurlar arasında kaset təlaşı
İş dünyasında və iqtidarda kompromat savaşının yeni mərhələsi
Əllərində yüksək vəzifəlilərin, onların ətrafının, siyasətçilərin, deputatların və iş adamlarının gizli görüntüləri olan qruplar öz “qəhrəmanlarına” şifrəli mesajlar göndərirlər; gələn ilin əvvəlində gözlənilən mümkün kadr islahatları üçün bu videolar olduqca qiymətli “sənət əsəri” sayılır...
Azərbaycanda bir sıra yüksək vəzifəli məmurlar, onların ətrafı və iş adamları ilə bağlı yeni qalmaqallı videolar yayıla bilər. Bu barədə əldə etdiyimiz məlumatda bildirilir ki, hazırda bəzi vəzifəli məmurlara bağlı, heyəti olduqca dar dairəni əhatə edən bir qrupun əlində yksək vəzifəli şəxslər, onların yaxın çevrələri, siyasətçilər, deputatlar, iş adamları və digər şəxslərin özəl həyatı, iş görüşmələri, apardıqları danışıqlar, anlaşmalar haqda xeyli video kasetlər var.



Müxbirimizə bu görüntülərin əsasən ölkədəki məşhur istirahət və əyləncə mərkəzlərində, bahalı restoranlarda, eləcə də bir sıra məmurların özləri üçün düzəltdikləri çox az adamın bildiyi qapalı məkanlarda qeydə alındığı bəlli olub. Ən müxtəlif vəziyyətlərdə və şəraitlərdə görüntülənən şəxslərin sırasının xeyli geniş olduğu və görüntülərdən hər hansı biri ictimailəşərsə, bunun böyük qalmaqallara yol açacağı da verilən məlumatda iddia olunur. Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, bəzi xarici ölkələrdə də çəkilən bu videoların əsas “qəhrəmanları” kişi məmurlar, siyasətçilər, iş adamları olsalar da, onların partnyorları qismində bəzi tanınan xanımların da görüntüləndiyi iddia edilir.



O da qeyd edilir ki, vəzifə səlahiyyətlərinə görə bu cür görüntüləri kameraların yaddaşların köçürmək imkanına malik qrupun təmsilçiləri əvvəlcə bu işləri “dövlət sifarişi” ilə xeyli lokal masştabda aparıblar. Ancaq sonradan onlarda məşhur şəxslər haqda ciddi kompromatlar toplamaq marağı oyandığından və bunun həm də gələcəkdə onların işinə yarayacağını nəzərə alaraq, “özfəaliyyətlə” məşğul olmağa başlayıblar. Bir neçə illik bu fəaliyyət nəticəsində əldə xeyli material toplanıb və həmin görüntülərin, səs yazılarının bir çox tanınmış cəmiyyət simaları üçün həyati əhəmiyyət daşıdığı bildirilir.

Görüntüləri qeydə alınan məmurların bir çoxu əvvəllər bundan şübhələnsələr və hansısa bir qrup tərəfindən fəaliyyət trayektoriyalarının izləndiyini güman etsələr də, məsələnin bu dərəcədə ciddi olacağından və demək olar ki, cəmiyyətdən gizlətməyə çalışdıqları bütün addımlarının qeydə alınmasından xəbərdar olmayıblar.

Ancaq son zamanlar ən müxtəlif istiqamətlərdən kimlərinsə əlində bu cür görüntülərin olmasına dair şifrəli mesajlar alıblar. Həmin mesajlardan bütün həyat və iş gizlinlərinin görüntüləndiyi onlara məlum olduğundan, fakt qarşısında qalıblar. Xüsusən də bu həmin məmurlardır ki, onların əlində görüntüləri olduğu qrupun zəiflədilməsində və məyyən qədər vurulmasında rolları olub. Vurulan tərəf isə onlara ünvanladığı mesajlarla hər an amansız qisas ala biləcəyinə işarə verir.



Bu barədə kifayət qədər məlumatlı olan dairələr bunu həm də iş və iqtidar çevrələrində böyük kompromat savaşının yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər. Onların sözlərinə görə, görüntüləri qeyd edilən bir sıra şəxslərə verilən ilkin mesajlar bir sıra məmurlar arasında ciddi təlaş yaradıb və şok effekti doğurub. Çünki onlar bilirlər ki, belə videolar varsa, onların nə zamansa yayılması ehtimalı da var. Hətta böyük mənada ictimaiyyət üçün tirajlanmasa da, hakimiyyət daxilində müəyyən dairələrə ötürülə bilər və bu da bir sıra şəxslərin birdəfəlik bitirilməsi ilə nəticələnər. Ona görə də, bu məsələdən çox narahat olan məmurlar vəziyyətdən çıxış yolu axtarır və əlində ciddi kompromatlar olan tərəflərlə dil tapmağa çalışırlar.

Ancaq məlumatda bildirilir ki, bu cür qorxu altında yaşayan məmurlara verilən mesajlar kifayət qədər şifrəli olduğundan onlar bu kompromotların konkret olaraq hansı əllərdə olduğunu dəqiqliyi ilə bilmirlər. Həmin məmurların buna dair yalnız gümanları və ehtimalları var. Amma bəziləri isə daşın onlara haradan atıldığını təxminən müəyyən ediblər və bu proseslərin onları yolun sonuna gətirdiyini düşünürlər. Buna görə də şübhələndikləri dairələrə qarşı həm də əks hücum taktikasına keçərək, bəzi media quruluşlarına, hər hansı informasiyanı tirajlamaq imkanına malik olan dairələrə həmin şəxslərlə bağlı bir növ cavab xarakterli kompromatlar ötürürlər.

Bu videogörüntülər və kompromat məsələsinin niyə indi gündəmə gətirilməsi səbəbləri barədə də mənbələrimizin maraqlı fikirləri var.



Onların dediyinə görə, gələn ilin əvvəlində, yaxud ortalarında hakimiyyət daxilində böyük dəyişikliklərin olacağı gözlənilir. Bu proses çərçivəsində bir sıra məmurların və hakimiyyətdəki qrupların sıradan çıxması, yaxud başqalarını sıradan çıxararaq daha da güclənməsi baş verə bilər. Bu baxımdan bir sıra məmurlarla bağlı kompromatların mümkün dəyişiklik məqamında onların taleyinin müəyyənləşməsində əhəmiyyətli rol oynayacağı şübhəsizdi. Buna görə də haqqında bizə müəyyən bilgilər verilən kompromatlar indi hakimiyyətdəki bir sıra qruplar və onlara bağlı nəhəng layihələrin başında duran şəxslər üçün ən qiymətli “sənət əsəri” sayılır.

Əlində kompromotlar olan tərəfin isə bundan hansı formada istifadə edəcəyi, kimlərin qaranlıq əməllərinin “ekran işığı”na çıxacağı isə çox güman ki, bir müddət sonra bilinəcək.
Qeyd edək ki, məşhur şəxslərin gizli görüntülənməsi ənənəsinin Azərbaycanda yaranma tarixi o qədər dərin olmasa da, gələn məlumatlar göstərir ki, ölkədə bu işlə məşğul olan qruplar başqa ölkələrdəki “həmkarları”ndan da irəli gediblər. Buna görə də, insanların təhlükəsizliyi məqsədilə Azərbaycanda həyata keçirilən “təhlükəsiz şəhər”, “təhlükəsiz ölkə” kimi layihələrin nəticələrindən fərqli olaraq ayrı-ayrı qrupların “təhlükəsizlik kameraları” Bakını və bütünlükdə Azərbaycanı bir çox şəxslər üçün təhlükəli şəhərə və təhlükəli ölkəyə çevirib. Çünki hər an hər yerdə və hər bir vəziyyətdə onların “Çəkirəm a... kameraları”na yaxalanması mümkündü.

Yazdığımız kimi, Azərbaycanda gizli görüntüləmənin tarixi uzaqlara gedib çıxmasa da, indi bu, ölkədə çox populyar bir şantaj üsuluna çevrilib. ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı rüşvət videoları ilə bağlı başlayan proseslərdən sonra isə bu vasitə daha da populyar olub. Bir çoxları üçün bu, az qala özünü qoruma instinktinə, bəziləri üçünsə kompromat toplamaq və şantaj vasitəsinə çevrilib.

Bu məsələlərlə bağlı əlimizə yeni bilgilər yetişdikcə, onları oxucularımızla bölüşəcəyik.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Oliqarx-məmurlar övladlarının şıltaqlığına görə xofa düşdülər

    Oliqarx-məmurlar övladlarının şıltaqlığına görə ...

    28-04-2014, 10:54

  • 
  • Məmurlara bahalı maşın qadağası

    Məmurlara bahalı maşın qadağası ...

    27-01-2014, 17:08

  • 
  • Yüksək vəzifəli diplomatın qızı İŞİD-ə qoşuldu

    Yüksək vəzifəli diplomatın qızı İŞİD-ə qoşuldu ...

    1-07-2015, 18:48

  • 
  • Ermənilərlə qohum olan məmurlar təşviş içində

    Ermənilərlə qohum olan məmurlar təşviş içində ...

    12-02-2013, 11:07

  • 
  • Məmurlar «facebook»un bəlasına keçiblər

    Məmurlar «facebook»un bəlasına keçiblər ...

    8-04-2013, 10:38


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu