GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rublun məzənnəsi yüksəlir, eyni zamanda da inflyasiya da artır... - Rusiya iqtisadiyyatın nələr baş verir?..

Rublun məzənnəsi yüksəlir, eyni zamanda da inflyasiya da artır... - Rusiya iqtisadiyyatın nələr baş verir?..

Tarix: 6-05-2022, 11:52 Bölmə :Siyasət Baxış: 278


Əgər məzənnə adminstrativ şəkildə təyin olunursa, onda Rusya Mərkəzi Bankı bununla nəyə can atır?..


İqtisadçı-ekspert: “Rublun indiki məzənnəsi real məzənnə deyil. Çünki bunun real məzənnə olması üçün məhdudiyyətlər aradan qalxmalıdır”.

“Sanki süni qaydada rublun məzənnəsini yüksəldərək Rusiyanın indiki hakimiyyəti öz əhalisinə mesaj verir. Hakimiyyət xalqa demək istəyir ki, narahat olmayın sanksiyaların bizə təsiri yoxdur və biz sanksiyalardan heç vaxt əziyyət çəkməyəcəyik”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Rusiyada rublun məzənnəsinin yüksəlməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünya Bankının 2022-ci il üçün proqnozlarına görə Rusiya iqtisadiyyatı 11 faiz kiçiləcək. Böyük Britaniyanın tədqiqat mərkəzlərinin hesabatlarına görə isə bu rəqəm 14 faiz civarında olacaq. DB-nın proqnozlarına görə isə təkcə Rusiya iqtisadiyyatı kiçilməyəcək, həm də Rusiyanın iqtisadi əlaqələri sıx olan dövlətlərin iqtisadiyyatında da əhəmiyyətli geriləmələr olacaq. Dünən Moskva birjasında rublun məzənnəsi son iki ildə rekord şəkildə möhkəmlənərək 67 rubla qədər yüksəlib. Bu gün isə rubl yenidən rekorda imza ataraq 1 dollara qarşı 66 rubl olub.

Müharibə şəraitində rublun kəskin qiymət itirməsi gözlənilirkən, rublla bağlı nə baş verir? Əgər bu məzənnə adminstrativ şəkildə təyin olunursa, onda Rusya Mərkəzi Bankı bununla nəyə can atır və rublun məzənnəsinin 2020-ci ilə səviyyəsinə gətirilməsi uzun vədədə inflyasiyaya və ümumilikdə iqtisadiyyata hansı təsirləri göstərə bilər?

Rubul ətrafında baş verən prosesləri PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Rusiyada indi çox qəribə situasiya yaranıb. Rublun məzənnəsi möhkəmlənir, amma infilyasiya da artır”.

Bir müddətdən sonra məcburiyyət yaranacağını və rublun məzənnəsi ilə bağlı müxtəlif qərarların alınacağını proqnoz edən iqtisadçı-ekspert Natiq Cəfərli PİA.az-a bildirib ki, uzun zaman inzibati qaydada tənzimlənən məzənnə rejimi sonradan daha böyük fəsadların yaranmasına səbəb olacaq:

“Əslində rublun indiki məzənnəsi real məzənnə deyil. Çünki bunun real məzənnə olması üçün məhdudiyyətlər aradan qalxmalıdır. Bu gün Rusiyada kifayət qədər ciddi valyuta məhdudiyyətləri var.

 Birinci növbədə ölkə şirkətlərinin valyuta ehtiyatının 80 faizinin satılması məcburiyyəti var. Yəni istənilən şirkət əlində olan valyutanın 80 faizini Mərkəzi Banka və yaxud birjada salmalıdır. Bu inzibati tənzimləmə metodlarından bildirir. 

İkincisi vətəndaşlara 10 min dollardan yuxarı vəsaitin satışına qadağa qoyulub. Bu da ciddi məhdudiyyətlərdən biridir.

Üçüncüsü Rusiyada artıq “qara bazar” formalaşıb. Yəni real Mərkəzi Bankın məzənnəsindən əlavə “qara bazar” məzənnəsi də var. Orada qiymətlər daha bahadır.

Siyasi məsələ isə ondan ibarətdir ki, sanki süni qaydada rublun məzənnəsini yüksəldərək Rusiyanın indiki hakimiyyəti öz əhalisinə mesaj verir. Hakimiyyət xalqa demək istəyir ki, narahat olmayın sanksiyaların bizə təsiri yoxdur və biz sanksiyalardan heç vaxt əziyyət çəkməyəcəyik. Buna görə də Rusiyadakı indiki məzənnə rejiminin inzibati və siyasi məzənnə rejimi adlandırmaq daha doğru olar.

Natiq Cəfərli: “Rublun məzənnəsini uzun müddət belə suni qaydada saxlamaq mümkün deyil”.

Rusiyada indi çox qəribə situasiya yaranıb. Rublun məzənnəsi möhkəmlənir, amma infilyasiya da artır. Ölkədə inflyasiya da ikirəqəmlidir. Yəni rublun möhkəmlənməsi infilyasiyanın qarşısını alan fakta çevrilməyib. Bu Rusiyada maraqlı bir tendensiyadır.

Rublun məzənnəsini uzun müddət belə suni qaydada saxlamaq mümkün deyil. Bir müddətdən sonra məcburiyyət yaranacaq və rublun məzənnəsi ilə bağlı müxtəlif qərarlar alınacaq. Çünki uzun zaman inzibati qaydada tənzimlənən məzənnə rejimi sonradan daha böyük fəsadların yaranmasına səbəb olacaq.

Bunu Rusiyanın Mərkəzi Bankının rəhbəri keçirdiyi mətbuat konfransında üstüörtülü şəkildə dedi. Hələlik onların hədəfi budur ki, Rusiyanın Ukraynadakı müharibəsi davam etdikcə, inzibati qaydada rublun məzənnəsini aşağı səviyyədə saxlasınlar. Beləliklə də əhalinin narahat olmasının qarşısını almaq və onların əmanətlərinin təhlükədə olmadığının mesajını vermək istəyirlər. Müharibə dayanadan sonra rubulla bağlı fərqli qərarların olması mümkündür”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyada dollar sürətlə bahalaşır

    Rusiyada dollar sürətlə bahalaşır ...

    28-12-2015, 20:47

  • 
  • Mərkəzi Bank manatı real üzən məzənnəyə keçiribmi? – Ekspert rəyi

    Mərkəzi Bank manatı real üzən məzənnəyə ...

    11-02-2016, 19:30

  • 
  • 1 avro 100 rubla çatdı

    1 avro 100 rubla çatdı ...

    16-12-2014, 22:56

  • 
  • Mərkəzi bankın gecəyarısı təcili toplantısı – Şok qərarlar verildi

    Mərkəzi bankın gecəyarısı təcili toplantısı – Şok ...

    16-12-2014, 20:56

  • 
  • İqtisadiyyat üçün “qısır döngə”: - Manata daha risk yoxdur?

    İqtisadiyyat üçün “qısır döngə”: - Manata daha ...

    1-09-2020, 14:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu