GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan Avropaya doğru, amma: dayana-dayana, çəkinə-çəkinə - İNCƏLƏMƏ...

Azərbaycan Avropaya doğru, amma: dayana-dayana, çəkinə-çəkinə - İNCƏLƏMƏ...

Tarix: 14-05-2022, 12:27 Bölmə :Siyasət Baxış: 138


Azərbaycan 2009-ci il mayından Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edir. “Şərq Tərəfdaşlığı” Proqramı Aİ-yə üzv ölkələrlə, onun Şərq qonşuları - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsinə, gücləndirilməsinə yönəlmiş birgə siyasi təşəbbüsdür.

Sonradan Belarus bu proqramda iştirakını dayandırsa da, digər beş dövlət iştirakını davam etdirir. Bu ölkələrdən Gürcüstan, Moldova, Ermənistan və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. Ötən ilin dekabrında “Şərq Tərəfdaşlığı” Proqramının VI sammiti çərçivəsində Avropa İttifaqına üzv dövlətlər və “Şərq Tərəfdaşlığı” ölkələri regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə sadiq olduqlarını təsdiq etmək, ortaq dəyərlər əsasında gələcək prioritet və planları müəyyənləşdirmək üçün bir araya gəliblər.

Yeni Azərbaycan Partiyasının (YAP) son qurultayında çıxışı zamanı Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Aİ ilə sıx əlaqələr qurmağa nail olub: “Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik, bu saziş artıq 90 faiz razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək”.

Bu günlərdə Bakıda keçirilən Avropa Gününə həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev qeyd edib ki, Aİ və Azərbaycan fəal əməkdaşlıq edir və rəsmi Bakı bu əməkdaşlığı artırmaq niyyətindədir.

Bəs, görəsən, Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin imzalaması niyə yubanır? Buna mane olan səbəblər nədir: Rusiyanın təzyiqləri, yoxsa fikir ayrılıqları? Gundemxeber.az xəbər verir ki, AYNA mövzunu ekspertlərlə müzakirə edib.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun dediyinə görə, Azərbaycanla Aİ arasında sazişin yubanması əsasən ticarət amili ilə əlaqədardır: “Hazırda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər “Şərq Tərəfdaşlığı” Proqramı üzrə davam edir. Biz bu proqramın şərtlərinə nəzə yetirsək, görərik ki, orada təmsil olunan ölkələrin əksəriyyətində iqtisadiyyatın strukturu fərqlidir. Bu fərqlilik ondan irəli gəlir ki, onlar Avropa İttifaqına daxil olan ölkələr arasında ticarət mübadiləsinin genişlənməsinə çalışırlar. Demək olar ki, hər bir Avropa İttifaqı ölkəsi öz bazarını Avropa məhsulları üçün açıq elan edir”.

“Bu isə öz növbəsində müəyyən rikslər yaradır. Azərbaycan Avropaya əsasən enerji daşıyıcıları ixrac edir. Azərbaycan öz neftini və qazını onsuz da Avropaya sata bilir. Əgər biz Azərbaycan bazarını Avropa İttifaqı ölkələrinin üzünə açsaq, o zaman bizim daxili istehsalımız iflic vəziyyətinə düşəcək. Digər dövlətlərin təcrübəsində dəfələrlə buna şahid olmuşuq”, - deyə həmsöhbətimiz bildirib.

Əlavə edib ki, bu gün İsveçrə və Norveç Aİ-nin üzvü deyil: “Ona görə üzvü deyillər ki, hər ikisi kifayət qədər sərvətlərə sahibdir. Əgər onlar İttifaqa üzv olarsa, üzərinə müəyyən öhdəliklər götürmüş olacaqlar. Digər ölkələrə dəstək göstərmək məcburiyyəti qarşısında qalacaqlar. Onlar bəyan edirlər ki, biz onsuz da istədiyimiz Avropa və qeyri-Avropa ölkəsinə dəstək göstəririk, lakin bununla bağlı öhdəlik götürmək niyyətində deyilik”.

“Azərbaycanla da bağlı oxşar vəziyyətdir. Təsəvvür edin ki, Azərbaycan belə bir öhdəlik götürsə, yerli istehlakçılar, məsələn, Gədəbəy kartofunu yox, Polşadan idxal olunan kartofu alacaqlar. Çünki orada qiymətlər bizdən daha ucuzdur. Belə olacağı təqdirdə Gədəbəyin fermerləri işsiz qalacaq. Bu da öz növbəsində məşğulluğun və vergilərin azalmasına gətirib çıxaracaq. Bəzi dövlətlər ona görə Avropa İttifaqına daxil olurlar ki, müəyyən üstünlük və dotasiya əldə etsinlər. Azərbaycanın isə buna ehtiyacı yoxdur. Məhz elə bu səbəbdən də Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanması yubanır”, - deyə sabiq nazir söyləyib.

Rusiya amilinin məsələyə təsirindən danışan Zülfüqarov bunun siyasi baxımdan düzgün yanaşma olmadığını deyib: “Sözsüz, Rusiya da arzulayır ki, Azərbaycana və digər ölkələrə öz məhsullarını ixcrac etsin. Bundan kənarda Moskvanın “Şərq Tərəfdaşlığı” Proqramı ilə bağlı hər hansı ciddi narahatlığı yoxdur. Təbii ki, Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanacaq. Bir məqamı da qeyd edim ki, “Şərq Tərəfdaşlığı” ölkələrindən yeganə dövlət Azərbaycandır ki, Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Biz ona görə ora üzv olmuruq ki, üzərimizə öhdəlik götürmək istəmirik. Hesab edirəm ki, bu, kifayət qədər düzgün və əsaslandırılmış bir qərardır”.

“Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev isə fərqli düşünür. Onun fikrincə, rəsmi Bakı bunda maraqlı deyil və buna görə də sazişin imzalanması yubanır: “Məhz elə bu səbəbdəndir ki, digər dörd ölkə bu sazişi imzalasa da, biz hər vəclə yayınırıq. İllərdir bu məsələ müzakirə olunsa da, reallaşmır. Azərbaycan hökuməti Avropa İttifaqı ilə münasibətlər adı altında imitasiya ilə məşğuldur. Hər dəfə müxtəlif bəhanələrlə bundan yayınmağa çalışır. Ona görə ki, bu quruma üzv olan ölkələr üzərinə müəyyən öhdəliklər götürürlər. Həmin öhdəliklərdən biri də demokratik islahatlarla bağlıdır. Bu, həm iqtisadi, həm siyasi, həm də məhkəmə islahatları ilə əlaqədardır. Bu islahatları aparmaq isə Azərbaycan hökumətinin mənafeyinə cavab vermir”.

“Son dövrlər qəbul edilən qanunlar bir daha göstərir ki, Azərbaycan iqtidarı Qərbə inteqrasiyada maraqlı deyil. Təsəvvür edin ki, “Media haqqında” yeni qanun qəbul edildi və bu, özündən əvvəlkindən də mürtəce qanundur. Vəziyyəti düzəltmək əvəzinə daha da pisləşdirirlər. Ölkədə sərbəst toplaşmaq azadlığı yoxdur, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə maneçiliklər yaradılır”, - deyə müsahibimiz vurğulayıb.

Əliyevin qənaətincə, bütün bunlar onu göstərir ki, müxtəlif bəhanələr səsləndirilsə də, əslində hakimiyyət bu sazişi imzalamaq niyyətində deyil: “O ki qaldı Rusiya amilinə, bunlar tamamilə mənasız iddialardır. Ermənistan sazişi imzaladı, Rusiya ona nə etdi ki, Azərbaycana da nə etsin?! “Şərq Tərəfdaşlığı” Proqramı NATO deyil ki, Rusiya bundan narahat olsun. Son hadisələrə qədər Rusiyanın Avropa ilə daha ciddi münasibətləri var idi, nəinki Azərbaycanın”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda Avropa İttifaqına inteqrasiya dəstəklənir

    Azərbaycanda Avropa İttifaqına inteqrasiya ...

    13-07-2019, 15:03

  • 
  • Azərbaycana görə Avropa İttifaqının bəyanatını yalnız Moqerini imzaladı

    Azərbaycana görə Avropa İttifaqının bəyanatını ...

    14-05-2019, 12:24

  • 
  • İlham Əliyev Poroşenko ilə görüşəcək

    İlham Əliyev Poroşenko ilə görüşəcək ...

    22-11-2017, 11:45

  • 
  • "Azərbaycan hökuməti insan hüquqları və qanunun aliliyinə pis münasibətdə"

    "Azərbaycan hökuməti insan hüquqları və ...

    17-11-2013, 12:07

  • 
  • Gürcülər Avropaya vizasız gedə biləcək

    Gürcülər Avropaya vizasız gedə biləcək ...

    2-02-2017, 20:50


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (65)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu