GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Akarın Bakı səfərinə SÖZARDI... - NƏ BAŞ VERİR?

Akarın Bakı səfərinə SÖZARDI... - NƏ BAŞ VERİR?

Tarix: 1-06-2022, 11:52 Bölmə :Siyasət Baxış: 311


Ötən həftə sonu Türkiyənin Milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Qonaqları Heydər Əliyev Beynəlxalq Aeroportunda müdafiə naziri, general-polkovnik Zakir Həsənov qarşılayıb. Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi oldu. Hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçdilər, dövlət himnləri səsləndirildi.

Generalların görüşündə Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı və digər rəsmilər iştirak etdilər. Görüş zamanı hər iki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd olundu. Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edildi. Gundemxeber.Az-ın məlumatına görə, siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə açıqlamasında bildirib ki, general Hulusi Akarı müşayiət edən nümayəndə heyəti Türkiyə ordusunun ən üst elitası idi. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibi belə fikir yürütməyə əsaslar verir ki, dünya nizamınının dəyişdirilməsi fonunda yaranan təhlükələrə qarşı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını gücləndirmək tezisləri Bakı və Ankara ikilisinin masasındadır:

“Ona görə də, bağlı qapılar arxasında aparılan müzakirələrin anatomiyası birgə strateji aktivlərin artırılmasına və təhdid senarilərinin hərbi modellə həllinə istiqamətlənib. Bunlar Azərbaycana və Türkiyəyə bütün qütblərdən gələ biləcək təhdidlərə qarşı təsir rıçaqlarını inkişaf etdirəcək. Hərbi partnyorluğun mərkəzində dayanan mövzulardan biri də Azərbaycanın Türkiyədən ən müasir silahların tədarükünü davam etdirməsidir. Türkiyənin “Baykar” şirkəti perspektiv üçün dünya hərb bazarları üçün ən cəlbedici olan yeni layihələr üzərində işləyir. “Bayraktar Kızılelma” və “Bayraktar TB3” layihələri, eləcə də uçan maşınların hazırlanması üzərində çalışır. Bunlar müdafiə doktrinalarındakı müharibə senarilərinin pilotsuz aparatlarla aparılmasının gedişatını özündə ehtiva edən ən müasir texnologiya olacaq. Türkiyənin “ASELSAN” şirkəti də həddindən artıq cəlbediciliyi ilə seçilir. Ordunun əməliyyatları üçün mükəmməl koordinasiya quran ən müasir texnologiyalara sahibdir. İndi strateji müttəfiqlik ruhundan irəli gələrək Azərbaycanla Türkiyə arasında vahid əlaqələndirici mərkəzin qurulması istiqamətində iş aparıldığını deyə bilərik. Lap yaxın perspektivdə isə Azərbaycanın ordu arsenalına yeni modern texnologiyaların gələcəyi mümkündür”.
A.Kərimov hesab edir ki, ikitərəfli sistematik hərbi quruluş Türkiyənin Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirəcək: “Ankaranın Azərbaycanın təhlükəsizliyi üçün qarantında yeni istiqamətlər yaradacaq. Türkiyə Azərbaycanda müdafiə sənayesinin inkişaf etdirilməsinə kömək edə biləcək bazasını da işə salacaq və yəqin ki, artıq proseslərə başlanılıb. Bütün bunlar Şuşa Bəyannaməsinin müddəalarından irəli gələn proseslərin davamıdır və hərbi əməkdaşlığa yeni çərçivə verəcək. Bu, elə bir səviyyəyə çatacaq ki, mövcud modelin də fövqünə qalxacaq və Azərbaycanla Türkiyə bir-birinin müdafiə ehtiyaclarını ödəmək üçün səyləri birləşdirəcək. Həmin səylər isə bir nöqtənin qoyulmasına hesablanıb: Türkiyənin Azərbaycanda hərbi baza yaratması planı mövcuddur. Azərbaycanın Hərbi Doktrinası da belə bir halı (xarici ölkələrin bazasının ölkədə yerləşdirilməsi) istisna etmir”.


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Akarın Bakı səfərinə SÖZARDI... - NƏ BAŞ VERİR?

    Akarın Bakı səfərinə SÖZARDI... - NƏ BAŞ VERİR? ...

    1-06-2022, 11:52

  • 
  • Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb

    Azərbaycan və Belarus müdafiə nazirləri görüşüb ...

    18-02-2019, 12:03

  • 
  • Zakir Həsənov Türkiyəyə getdi

    Zakir Həsənov Türkiyəyə getdi ...

    16-08-2021, 13:15

  • 
  • Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri görüşdü – Foto

    Azərbaycan və Türkiyə Baş Qərargah rəisləri ...

    20-11-2018, 13:45

  • 
  • Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

    Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə ...

    13-02-2019, 10:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu