GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan və Ermənistan XİN rəhbərləri niyə anlaşa bilməyib? - AKTUAL

Azərbaycan və Ermənistan XİN rəhbərləri niyə anlaşa bilməyib? - AKTUAL

Tarix: 19-07-2022, 09:33 Bölmə :Siyasət Baxış: 258

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında Tiflisdə keçirilən ikitərəfli görüş bir ilk olsa da, istənilən nəticəni vermədi.

Görüşün 3 saat davam etməsi tərəflərin müxtəlif məsələləri hərtərəfli şəkildə müzakirə edilməsinə işarədir. Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunub, bununla bağlı hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. Bununla belə, danışıqların birinci raundunun konkret nəticə vermədiyini demək olar.

Bütün hallarda Tiflisdə keçirilən görüş bir ilk idi və danışıqların ilk raundunda konkret nəticələrin əldə olunmaması heç də təəccüblü deyil.

Tərəflərin açıqlamaları

Görüş sonrası rəsmi Bakı və İrəvanın açıqlamaları diqqət çəkir. Sevindirici hal odur ki, hər iki tərəf münasibətlərin normallaşmasını istəyir, götürdükləri öhdəliklərin icrasının tərəfdarıdır və hər iki tərəf bu formatda dialoqun davam etdirilməsinə razılaşıblar. Bununla belə, tərəflər arasında kifayət qədər fikir ayrılığı da mövcuddur. Misal üçün, Azərbaycanın hazırda əsas tələbləri bunlardır:

1. Erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır,

2. Ermənistan status istəyinə son qoymalıdır,

3. Ermənistan Zəngəzur dəhlizinə mane olmamalı və dəhlizin ərazisindən keçən hissəsində işlərə başlamalıdır,

4. Rəsmi İrəvan ATƏT-in Minsk Qrupunun bərpası səylərinə son qoymalıdır,

5. Delimitasiya və demarkasiya prosesi sürətləndirilməlidir.

Rəsmi Bakı bu və digər məsələlərin növbəti 27 il ərzində deyil, ən qısa zamanda həllini istəyir. İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə dövlət başçısısının nitqi əsnasında toxunduğu məqamlar da bunu təsdiqləyir.

Bayramov və Mirzoyan növbəti dəfə harda görüşəcək?

Tiflisdə keçirilən Bayramov-Mirzoyan görüşü ilk olsa da, tərəflər arasında həllini gözləyən məsələlərin aktuallığı, rəsmi Bakının səbir kasasının daşması tərəflər arasında növbəti görüşü aktual edir.

Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili “Pirveli arxi” kanalına açıqlamasında “Biz gələcək görüşlərin vaxtı barədə danışmadıq”,- deyib. Bu mənfi bir haldır, çünki həllini gözləyən məsələlərin həlli üçün növbəti görüşün ən qısa zamanda keçirilməsi vacibdir. Yəni proses 27 illik mənasız danışıqlar kontekstində keçməməlidir. Digər tərəfdən, rəsmi Bakının sərgilədiyi mövqe bunun belə olmayacağından da xəbər verir.

Bununla belə, Darçiaşvili “istənilən formatda danışıqlar üçün Gürcüstana gəlmək zərurəti yaranarsa, biz qəbul etməyə və dəstəkləməyə hazırıq”,- deyib. Yəni növbəti görüşün zamanı bəlli olmasa da keçirilmə yeri yenidən Tiflis ola bilər.

Üzdə Tiflis, pərdəarxasında Vaşinqton...

Darçiaşvili “Azərbaycan və Ermənistanın Gürcüstana etibar etməsi” ifadəsini işlətsə də aydın məslədir ki, Tiflisdə keçirlən ikitərəfli görüşün pərdəarxasında ABŞ dayanır. Təsadüfi deyil ki, ABŞ dövlət katibi Entoni Blinken görüşdən sonra “Tvitter” hesabında paylaşım edərək “Ceyhun Bayramov və Ararat Mirzoyan Tiflisdə görüşərək müsbət addım atdılar”, - yazıb. Bundan başqa, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında baş tutan telefon danışığı da Vaşinqtonun prosesin pərdəaraxındakı ölkə olduğunu göstərir.

Aydın məsələdir ki, Vaşinqton Ermənistanla Azərbaycanı danışıqlar masasından uzlaşdırıb Kremli üstələmək istəyir. Vaşinqton buna nail ola bilsə, Baltikyanı ölkələr və Şərqi Avropada olduğu kimi Cənubi Qafqazdan da Rusiyanı çıxara biləcək. Kreml mövcud Rusiya-Ukrayna müharibəsi fonunda “Kremlin arxabaxçası” adlandırdığı bütün regionlardan çıxarmağı hədəfləyir. ABŞ-ın bunu bacarıb-bacarmayacağını zaman göstərsə də, indiki məqamda Bakı üçün prosesin kim tərəfindən, ya da hansı ölkənin vasitəçiliyi ilə həll edilməsinin elə də əhəmiyyəti yoxdur. Rəsmi Bakı prosesin beynəlxalq hüquq və sülh yolu ilə ən qısa zamanda həllini istəyir.

Turan RZAYEV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda görüşün yekunları haqqında

    Azərbaycan və Ermənistan XİN başçıları ...

    21-06-2019, 14:31

  • 
  • Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında mümkün görüş barədə

    Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan ...

    9-01-2019, 16:37

  • 
  • Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib

    Azərbaycan və Ermənistan xarici işlər ...

    12-07-2017, 11:00

  • 
  • Masadakı təkliflər müzakirə edildi, Bakı razılaşdı - XİN

    Masadakı təkliflər müzakirə edildi, Bakı ...

    17-11-2017, 12:04

  • 
  • Ceyhun Bayramov fransız həmkarına: Sərhəd məsələsinin şişirdilməsi yolverilməzdir

    Ceyhun Bayramov fransız həmkarına: Sərhəd ...

    17-05-2021, 11:10


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu