GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İran və Azərbaycan arasında gizli savaş: “Musəvi terrorçu kimi danışır”

İran və Azərbaycan arasında gizli savaş: “Musəvi terrorçu kimi danışır”

Tarix: 27-07-2022, 10:18 Bölmə :Siyasət Baxış: 393


İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Tehrana çağırılması Azərbaycanla münasibətlərdə diplomatik narazılığın yaranması kimi şərh olunur.


Bu hadisənin Abbas Musəvinin İsrailin Azərbaycandakı səfiri Corc Diki ölümlə hədələməsindən dərhal sonraya təsadüf etməsi baş verənlər arasında əlaqə olduğunu təsdiq edir. Yəni səfir Musəvinin ölkəsinı çağırılaraq İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Azərbaycanla münasibətləri müzakirə etməsi Bakıda baş vermiş diplomatik qalmaqalla bağlıdır. 

Qeyd edək ki, İsrail səfiri Corc Dik “Təbrizin sehrli nağılları” kitabını oxuduğu barədə tvit paylaşıb. Buna cavab olaraq Abbas Musəvi Corc Diki “Qırmızı xətti” keçməməyə çağırıb və ölümlə təhdid edərək bildirib ki, onu Təbriz camaatı basdıracaq. 

Bu olaydan sonra Tehrana dəvət edilən səfir Musəvini İranın xarici işlər naziri qəbul edib. Rəsmi məlumata görə, səfir nazirə rəsmi Tehran və Bakı arasında ikitərəfli əlaqələrin inkişafı haqqında hesabat verib.


Görüşdə Hüseyn Əmir Abdullahian qonşu ölkələr, xüsusilə də müsəlman xalqlarla əlaqələrin əhəmiyyətinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu vurğulayıb.

Təbii ki, bu görüşdə İsrail səfirinə Musəvinin cavabı ilə bağlı yaranmış diplomatik qalmaqal müzakirə olunub. Ancaq bu məsələyə nazirin münasibəti barədə heç bir açıqlama verilmir.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan Cebhe.info-ya açıqlamasında son günlər baş verən proseslərin İranın Azərbaycana qarşı mənfi münasibətinin dəyişmədiyindən xəbər verdiyini deyib.


Ekspert hesab edir ki, Abbas Musəvi Azərbaycan ərazisində başqa dövlətin səfirinə qarşı terrorçu kimi davranış nümayiş etdirməklə diplomatik etiket qaydalarını pozub:

“Bu isə Azərbaycan-İran münasibətlərində gərginlik yarada bilər. 44 günlük müharibədən sonra İranın Azərbaycana qarşı nümayiş etdirdiyi şər və böhtan dolu mövqeyi 2021-ci ilin payız aylarından etibarən yumşalmağa başladı.

İran Prezidenitinin çıxışı, xarici işlər nazirinin Bakıya səfəri bunu təsdiq edirdi. Hətta bu jestləri ikitərəfli münasibətlərdə xoş addımların atılacağına ümid kimi qəbul edənlər də oldu. Hesab edirdilər ki, İran regionda yaranmış yeni şəraitə uyğun olaraq, Azərbaycana münasibətində korrektələr edəcək. Amma sonrakı hadisələr İranın Azərbaycana yanaşmasında dəyişikliyin baş vermədiyini göstərdi. İran Azərbaycana münasibətini heç vaxt dəyişməyəcək. Azərbaycan dövləti gücləndikcə, inkişaf etdikcə, Güney Azərbaycan türklərinin milli haqları təmin olunmadıqca İranın da qısqanclıq, kinli siyasəti alt qatda qalacaq və ondan vaxtaşırı istifadə edəcək.

Ötən təcrübə sübut edir ki, İran özünü problem yaradıb sonra da onu həll etməklə məşğul olan tərəf kimi göstərməyə çalışır. Yəni Azərbaycanla münasibətlərdə çətinliklər yaradır, sonra isə özünü vəziyyəti yaxşılaşdıran tərəf kimi təqdim etməyə başlayıb. Son günlər İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə adi yanaşma nümayiş etdirməsi, üstəlik Ermənistan-İran sərhəddi məsələsinə məntiqsiz yanaşması Azərbaycan-İran münasibətlərində gərginlik yaradıb. Bu, ali rəhbərə, imama, dünya müsəlmanlarının liderlik tituluna iddialı olan bir adama yaraşmır. Xameneyi deyir ki, İran-Ermənistan sərhəddini heç kim bağlaya bilməz. İran-Ermənistan sərhəddini hansı ölkə bağlayır? Zəngəzurdan keçəcək yolu Azərbaycanla yanaşı, İran və Ermənistan da istifadə edəcək. Azərbaycanın qərb hissəsi ilə Naxçıvanı birləşdirəcək və İran ərazisindən keçəcək yol da Ermənistanla sərhəddin bağlanmasına səbəb olmayacaq.

Burada yeganə mübahisəli məsələ İranın Gorus-Qafan yolundan istifadə etməsi ilə bağlıdır. Azərbaycan ərazilərinin işğal altında olduğu dövrdə İran bu yoldan qanunsuz olaraq istifadə edib. Azərbaycan da torpaqlarını işğaldan azad etdikdən sonra bu yola özü nəzarət etməyə başlayıb. Azərbaycan İran maşınlarının həmin ərazidən keçməsinə mane olmurdu. Lakin İranın yük avtomobilləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonası olan Azərbaycan ərazilərinə qanunsuz mallar daşıdığına görə onların bu yoldan istifadəsinə qadağa qoyulub.

İran-Azərbaycan münasibətlərinə ziyan vuran hadisələrdən biri səfir Abbas Musəvinin İsrailin Azərbaycandakı səfiri Corc Dikə qarşı söz savaşı meydanı açmasıdır. İsrail diplomatı Təbrizin tarixini oxuyur və belə qənaətə gəlir ki, Təbriz gözəl şəhərdir, Azərbaycanın tarixini öyrənmək lazımdır. Burada qorxulu heç nə yoxdur. İran hakimiyyəti isə özündən xoflanır. Təbriz də Şərqi Azərbaycanın paytaxtıdır. İsrailin səfiri də deyir ki, “Təbrizin sehrli nağılları” kitabını oxuyuram, gözəl şəhərdir. Bu çox normal haldır. Bundan xoflanıb azərbaycanlıları İsrail səfirinə qarşı qaldırmaq, onu ölümlə hədələmək kimi sərsəm iddialar irəli sürməyə ehtiyac yox idi. Bu azmış kimi səfir Musəvi Azərbaycanı İran-İsrail münaqişəsinin meyadına çevirməyə cəhd edib.

Gələcəkdə səfir Corc Dikin həyatına qarşı hər hansı təhlükə yaransa, buna görə məsuliyyəti Seyid Abbas Musəvi daşıyır. Çünki burada öldürməyə təhrik var. Belə ifadələr diplomatın şəninə yaraşmaz. Musəvi terrorçu kimi danışır. Kimisə ölümlə hədələmək diplomatın işi deyil. Bu, Corc Diklə Abbas Musəvi arasında ikinci qalmaqaldır. Hesab edirəm ki, yay mövsümi ilə əlaqdar İran səfirlərini Tehrana dəvət ediblər və perspektiv xarici siyasət kursu ilə bağlı onlara təlimatlar verirlər.

İkincisi, ola bilər ki, rəsmi Bakı gizli kanallarla Azərbaycanı İran-İsrail müharibəsi meydanına çevirməmək barədə İran hakimiyyətinə xəbərdarlıq edib. Yəqin ki, İran tərəfi də öz səfirini İsrailə, ABŞ-a, özünə düşmən elan etdiyi digər ölkələrə, təşkilatlara davranmaqla bağlı təlimatlandıracaq. Hətta İran hakimiyyəti Abbas Musəvini bu hərəkətinə görə mükafatlandıra da bilər. Əgər İran səfiri öz etirazını bildirirsə, o zaman həmin günlərdə Urmu gölünün quruması ilə bağlı keçirilən etiraz aksiyasına niyə münasibət bildirmədi? Ancaq Təbriz haqqında kimsə danışırsa, buna sərt reaksiya vermək Güney Azərbaycan türkləri ilə yəhudilər arasında iğtişaş yaratmaq cəhdidir”.

Sədrəddin Soltanın sözlərinə görə, nazir Abdullahianın Musəvi ilə görüşdə Azərbaycanla əlaqələrin genişləndirmək əzmində olması barədə dediyi xoş sözlər İran tərəfinin yol verdiyi siyasi səhvi ört-basdır etmək cəhdidir:

“Çünki son hadisələr İranın xarici siyasət kursu ilə bağlı konkret proqramının olmadığını göstərdi. İranın xarici işlər naziri 44 günlük müharibədən sonra Azərbaycanda terrorçu dəstələrin olduğunu iddia edirdi.

Sonra Hüseyn Əmir Abdullahian özünün, Xameneyinin və səfirin səhvlərini düzəltmək üçün yumşaldıcı, xoşməramlı açıqlamalar verməyə başladı. Baş verənlər isə Ayətullah Əli Xameneyinin və onun Azərbaycandakı səfiri Abbas Musəvinin çıxışlarını yanlış olduğunu təsdiq etdi. Onların ifadələri  Azərbaycan-İran münasibətlərinə yalnız ziyan vurur”. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

    İranın xarici işlər naziri Azərbaycana səfər ...

    7-08-2019, 16:01

  • 
  • Musəvi: İranın Azərbaycanla iqtisadi əlaqələri olduqca dinamik inkişaf edir

    Musəvi: İranın Azərbaycanla iqtisadi əlaqələri ...

    31-07-2020, 15:47

  • 
  • İran səfiri İsrail səfirinin Təbrizlə bağlı paylaşımına reaksiya verdi - Bu macəraçı oğlanın…

    İran səfiri İsrail səfirinin Təbrizlə bağlı ...

    21-07-2022, 14:00

  • 
  • İsrail səfirinin paylaşımı iranlı həmkarını niyə narahat etdi? - ŞƏRH

    İsrail səfirinin paylaşımı iranlı həmkarını niyə ...

    21-07-2022, 15:33

  • 
  • “Təbrizin sehrli nağılları” kitabı İranın iç üzünü AÇDI: - “O qədər narahatdırlar ki...”

    “Təbrizin sehrli nağılları” kitabı İranın iç ...

    25-07-2022, 18:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (493)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu