GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Səfirlərin Qarabağ “etirazı”: ”ABŞ və Fransaya nota verilməlidir” - GƏLİŞMƏ

Səfirlərin Qarabağ “etirazı”: ”ABŞ və Fransaya nota verilməlidir” - GƏLİŞMƏ

Tarix: 29-08-2022, 14:36 Bölmə :Siyasət Baxış: 286


27 avqustda Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib.

Tədbirə Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə qatılıb. Lakin bu dəfə də ABŞ və Fransanın ölkəmizdəki səfirləri Şuşada keçirilən mötəbər tədbirə qatılmadılar. Xatırladaq ki, Fransa və ABŞ səfirlərinin Şuşada təşkil olunan beynəlxalq tədbirlərdən kənar qaçması ilk dəfə deyil.

Bundan əvvəl də Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-10-u Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Həmin ölkələrin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər. Gundemxeber.az-ın məlumatına görə, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, ABŞ və Fransa səfirinin Şuşaya getməməsi çox xoşagəlməz haldır:

“Artıq neçənci dəfədir ki, Azərbaycanda akkreditasiya olunmuş səfirlər Şuşaya getməkdən imtina edirlər. Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mövqeyini ifadə edərək bildirdi ki, həmin səfirlər bundan sonra belə səfərlərə dəvət olunmayacaqlar. Hesab edirəm ki, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər olduğu üçün belə mövqe sərgiləyirlər. Son dönəmlərdə də, həm ABŞ, həm də Fransa tərəfindən Minsk qrupunun növbəti dəfə yenidən dirçəldilməsi cəhdləri olub. Əslində bu, həmin Minsk qrupudur ki, 30 ildir ki, cinayətkar fəaliyyətsizliyi ilə yadda qalıb. Problemin həllinə vasitəçilik missiyasını öz üzərinə götürən bir qurum bunu olduqca uğursuz şəkildə yerinə yetirib. Elə onun nəticəsizdir ki, torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Yalnız 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz gücünə beynəlxalq hüququ, qərar və qətnamələri bərpa etdi. Təbii ki, bu qurumun yenidən dirçəldilməsi cəhdləri heç bir halda qəbul edilə bilməz. Azərbaycan xalqının, dövlətinin və Prezidentinin Minsk qrupunun bundan sonrakı fəaliyyətinə heç bir halda razılıq verilməməsi ilə bağlı konkret mövqeyi var. ABŞ və Fransa səfirlərinin Şuşadakı tədbirdə iştirak etməkdən imtina etmələrinin onların Azərbaycanın ərazi bütövlüyünü tanımadığını, Azərbaycanın qələbəsini həzm edə bilmədiyini göstərir”.

Partiya sədri qeyd edib ki, ABŞ və Fransanın səfirləri ölkədən göndərilməyəcək:

“Belə radikal qərarın verilə biləcəyini düşünmürəm. Çünki ABŞ və Fransa kifayət qədər nüfuzu və Azərbaycanla geniş əlaqələri olan ölkələrdir. Buna görə də hesab edirəm ki, ABŞ və Fransa səfirləri Azərbaycandan göndərilməyəcək. Amma təbii ki, Azərbaycan xalqının və dövlətinin bununla bağlı narazılığı onlara çatdırılıb. Həmçinin, buna görə ABŞ və Fransaya nota verilməlidir. Səfirləri ölkədən göndərmək isə artıq son hədd olar. Yəni bu, o deməkdir ki, ölkələr arasındakı münasibətlər tam olaraq dayandırılır. Bu isə əslində düşmənlərimizi növbəti dəfə sevindirə bilər”.

Arzuxan Əlizadə onu əlavə edib ki, Azərbaycanın Laçından sonrakı hədəfi Xankəndi olmalıdır:

“Azərbaycan ərazisində hal-hazırda müqaviləyə əsasən sülhməramlı adlandırılan rus hərbçiləri yerləşdirilib. Hesab edirəm ki, buna da son qoymaq lazımdır. Yəni rus ordusunun da ölkəmizdən çıxarılması ilə bağlı ciddi addımlar atılmalıdır. Biz düşmənləri dosta çevirməliyik. Təbii ki, həm ABŞ, həm Fransa Azərbaycanın söz sahibi olduğunu qəbul edəcəklər və reallıqlarla barışacaqlar. Çünki təkcə Azərbaycan deyil, Türkiyə də regionda söz sahibinə çevrilib. ABŞ, Fransa və beynəlxalq birliyə çatdırılmalıdır ki, Azərbaycan öz torpaqlarının sahibidir, suveren dövlətdir. Öz ərazilərində hansısa addımı atmaqla bağlı qərar da yalnız Azərbaycana məxsusdur. Heç bir dövlət bu və ya digər formada Azərbaycanın daxili işlərinə qarışa bilməz”.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb

    Xarici hərbi attaşelər və beynəlxalq ...

    5-10-2020, 15:25

  • 
  • Səfirlər cəbhədə

    Səfirlər cəbhədə ...

    6-05-2016, 13:02

  • 
  • Diplomatlar, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri Gəncədədir

    Diplomatlar, hərbi attaşelər, beynəlxalq ...

    12-10-2020, 12:29

  • 
  • Şərkisyan Şuşada muzey açılışına qatılıb

    Şərkisyan Şuşada muzey açılışına qatılıb ...

    2-09-2014, 10:59

  • 
  • Şuşada mədəni tədbirlərin keçirilməsi Əlaqələndirmə Qərargahının işçi qrupunda müzakirə edildi

    Şuşada mədəni tədbirlərin keçirilməsi ...

    29-01-2021, 10:11


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu