GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ərdoğan Zəngilana, Abdullahian Qafana getdi: İran nə demək istəyir?

Ərdoğan Zəngilana, Abdullahian Qafana getdi: İran nə demək istəyir?

Tarix: 21-10-2022, 15:17 Bölmə :Siyasət Baxış: 313

“Bilirsiniz ki, təsadüf deyilən bir şey yoxdur. Qanunauyğunluqlar var və məncə İranın Qafanda konsulluq açması məsələsi əvvəldən mövcud idi. Sadəcə olaraq, son hadisələr ola bilsin ki, işi sürətləndirib”.


Bu sözləri Yenisabah.az-a açıqlamasında Orta Doğu Araşdırma Mərkəzinin sədri Sədrəddin Soltan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sonuncu Zəngilan səfəri ilə eyni vaxtda İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahianın Ermənistana getməsini şərh edərkən deyib:

“Çünki yaxın zamanda Ermənistanın Mehri rayonu ərazisində İsrailin ticarət obyektləri də açılacaq. Üstəgəl, Azərbaycan Ermənistanla sərhədyanı bölgələrdə fəal işlər aparır. Nəzərə alsaq ki, konsulluq xidməti təkcə iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi funksiyalarını yerinə yetirmir, bu, həm də yarımhərbi və yarımkəşfiyyat orqanıdır. 

O zaman da məsələ bizə aydın olar. Yəni İran Ermənistan ərazisində yarımhərbi və yarımkəşfiyyat mərkəzini açıb. Səbəb isə aydındır: həm oradakı perspektivdə İsrail müəssisələrinin fəaliyyətinə nəzarət etmək, həm sərhədyanı bölgədə Azərbaycanın fəaliyyətini diqqətdə saxlamaq, həm də Ermənistan ərazisində yerləşən Aİ mülki missiyasının fəaliyyətini izləmək, yaxud onlar müşahidə etmək”.

“O ki qaldı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın eyni vaxtda bölgəyə səfər etməsinə, hesab edirəm ki, burada başqa bir paralel də aparmaq olar. Məsələn, İranın Azərbaycanla sərhəddə keçirdiyi irimiqyaslı hərbi təlimlərin qurtardığı gündə Türkiyə Prezidenti Azərbaycana səfər etdi. Bu da mesaj deyilmi? Bu, Şuşa Bəyannaməsinin müəllifləri tərəfindən Azərbaycan və Türkiyəni özünə düşmən bilənlərə, hədələyənlərə bir ismarıc idi. Özü də Azərbaycan Prezidenti İranın hərbi təlimlər keçirdiyi günlərdə Cəbrayılda səfərdə oldu. Bu da dövlət başçısının İrana qarşı olan özünəməxsus bir mesajı idi”, – o, əlavə edib.

Mütəxəssis deyib ki, Azərbaycan və İran tərəfi bu tip jestlərlə bir-birilərinə müəyyən ismarıclar çatdıra bilərlər:

“Lakin bu məsələnin böyük ciddi bir münaqişəyə, qarşıdurmaya keçəcəyinə inanmıram. Çünki bu, heç bir tərəfə sərf etmir. Xüsusən də İrana. Çünki İranın vəziyyəti regiona və dünyaya bəllidir. Onun hansısa münaqişələrə cəlb olunması, münaqişədə iştirakı mövcud vəziyyəti daha da ağırlaşdıra bilər.

Qarşılıqlı mesajlaşmalara gəldikdə isə bu, İran rəsmilərinin çıxışlarında var. Onlar Azərbaycan ərazisində İsrail şirkətlərinin fəaliyyətini yumşaq dillə desək, istəmirlər. Əslinə qalsa, buna qarşıdırlar. Bu isə Azərbaycanın İran tərəfindən təhdid olunmasıdır. Özü də Azərbaycan ərazisində kim fəaliyyət göstərib, kim göstərməyəcək, bunun kimə nə dəxli var?!”

Müsahibimiz izah edib ki, Azərbaycan Prezidentinin son günlər regiona səfəri, Türkiyə Prezidentinin Zəngəzur dəhlizinin açılmasıyla bağlı Zəngilanda verdiyi bəyanat bir mesajdır:

“Yəni ki, bunun İrana heç bir aidiyyəti yoxdur. Ona görə ki, bu məsələ Azərbaycan, Türkiyə və Ermənistan arasında həll oluna biləsi bir məsələdir. İran Cənubi Qafqaza, Azərbaycan-Ermənistan münasibətlərinə burnunu soxmaqla, əksinə, iki ölkə arasındakı sülh prosesinə mane olur. Bütün bu məsələlərin hamısının əsasında dayanan budur. Bu, həm də dünya və beynəlxalq birliyə bir ismarıcdır ki, Azərbaycan regionda quruculuq və əməkdaşlıqla məşğuldur,amma bunun tərsi olaraq isə İran hərbi təlimlər keçirməklə qonşularını və dünyanı təhdid edir”.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib

    İran səfirliyi Azərbaycan XİN-ə nota verməyib ...

    13-12-2012, 13:30

  • 
  • İranın XİN başçısı: "Ərdoğana Bəşşar Əsədlə bağlı dosye təqdim edəcəyəm"

    İranın XİN başçısı: "Ərdoğana Bəşşar Əsədlə ...

    17-04-2019, 13:38

  • 
  • İran və Türkiyə arasında şok skandal

    İran və Türkiyə arasında şok skandal ...

    16-12-2015, 17:28

  • 
  • Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb

    Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb ...

    30-10-2017, 11:42

  • 
  • Azərbaycan viza rejimini sadələşdirdi

    Azərbaycan viza rejimini sadələşdirdi ...

    7-08-2014, 01:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu