GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Makronun Qarabağda işğal planı - Paris regionu belə “partlatmaq istəyir”

Makronun Qarabağda işğal planı - Paris regionu belə “partlatmaq istəyir”

Tarix: 26-10-2022, 10:56 Bölmə :Siyasət Baxış: 215

Murad Sadəddinov: “Azərbaycan ərazisinə icazəsiz daxil olmaq cəhdi edən Fransa qarşısında Türkiyə ordusunu da görər”

“Ukraynadakı müharibə Ermənistan, Suriya, İraq, Somali və Yaxın Şərqdə baş verən digər münaqişələri dünyaya unutdurmamalıdır”. Bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib. Fransa lideri sonra deyib ki, bu gün hücuma məruz qalan insanlar var, digər tərəfdən, hücum etməyi, işğal etməyi və alçaltmağı seçən liderlər var, neytral qalmaq güclülərin qanununun ümumbəşəri qanuna çevrildiyini dərk etmək deməkdir.

Bu arada Türkiyədə nəşr olunan “Türkiyə Qəzeti” “Makronun Qarabağda 15 maddəlik işğal planı” başlıqlı məqalə dərc edib. Məqalədə bildirilir ki, Makron Qarabağ üçün 15 maddədən ibarət işğal planı hazırlayıb və bu barədə Avropa İttifaqına (Aİ) üzv dövlətlərdən dəstək istəyib. Fransa 2 min hərbçi ilə qondarma sülhməramlı qüvvə adı altında Qarabağa daxil olmaq planları qurub və pilot bölgə kimi hələ də işğal altında olan Xankəndi şəhərini seçib. “Rusiyanın Ukraynada zəifləməsi Makronun Qarabağdakı işğal planının əsas hissəsini təşkil edir. Qərb dövlətlərinin hesablamalarına görə, Ukraynada zəifləyən Rusiyanın Ermənistan və Qarabağdakı siyasi, hərbi və iqtisadi mövcudluğu sona çatacaq. Fransa bir tərəfdən Ermənistandakı, xüsusən də Gümrüdəki Rusiya bazalarını ələ keçirməyi, digər tərəfdən isə 2000 əsgərlə Qarabağa girməyi planlaşdırır”, - deyə yazıda bildirilir.

Makronun hazırladığı plana görə, “müstəqilliyini elan edərək” Azərbaycandan “ayrılan” Xankəndi və ətraf bölgələrdə  Avropa İttifaqının siyasi və iqtisadi hərbi attaşeləri açılacaq. Yəni Fransa burada bir növ peyk dövlət qurmaq istəyir. Bu tədbirlərin maddi-texniki bazası kimi Xocalı aeroportu seçilib. Makron Bakının qarşısını almaq üçün Avropa İttifaqının sanksiya silahından da istifadə etmək istəyir.

O da bildirilir ki, Fransanın işğalçılıq planlarına İran da şərikdir. “İran bugünlərdə Zəngəzur dəhlizinə yaxın ərazilərdə, Araz çayı boyunca hərbi təlimlərə başlayıb. Daha sonra isə İrəvan administrasiyasına birbaşa dəstək verən bəyanatlar səsləndirib. Əsas plan regionun alov topuna çevrilməsi, yeni bir münaqişə ocağının yaradılmasıdır.

Məqalədə vurğulanır ki, regionda xaos yaratmaq istəyənlər Türkiyə-Azərbaycan birliyi faktorunu unudurlar. “Bu məsələdə Türkiyənin rolu olduqca kritik önəm daşıyır. Həm NATO, həm də Rusiya ilə qurulan bacarıqlı münasibətlər bu oyunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Bəli, problem böyükdür, lakin Türkiyə-Azərbaycan işbirliyi də bütün bunların öhdəsindən gələ biləcək qədər qüvvətlidir” - deyə bildirilir.

Bəs Makronun bölgədə  xaos planı gerçəkləşə bilərmi? Azərbaycan-Türkiyə birliyinə qarşı Paris-İran tandemi nəyə nail ola bilər?

Politoloq Murad Sadəddinov “Yeni TV”nin CANLI YAYIMINDA - YouTube

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Fransa Prezidenti Makronun ürəyindən çox planlar keçə bilər. Amma hər ürəyindən keçəni həyata keçirə bilməz. Dünyada gərgin vəziyyətin hökm sürdüyü, Fransanın daxilində ictimai-siyasi, sosial vəziyyətin də yaxşı olmadığı halda ermənilərin maraqları üçün bu qədər canfəşanlıq eləyən Makronun hərəkətləri şübhələrə yol açır: “Məndə belə bir ehtimal formalaşır ki, Makron kifayət qədər erməni diasporasının maliyyəsindən asılı vəziyyətdədir. Fransa siyasətində biz bu cür halları əvvəllər də görmüşük. Vaxtilə Fransanın prezidentləri lobbi qruplarından, diasporadan maliyyə asılılığına görə məsuliyyətə də cəlb olunublar. Məsələn, Nikola Sarkoziyə qarşı cinayət işi açılmışdı və məhkəmə hökmü də var. Çox güman ki, Emmanuel Makron hakimiyyətdən gedəndən sonra biz şahidi olacağıq ki, o da erməni diasporasının imkanlarından öz xeyri, siyasi karyerası üçün qanunsuz sui-istifadə eləyib.

Makron erməni diasporasından asılı vəziyyətdə olduğu üçün çox güman ki, həmin diaspora onun qarşısında tələblər qoyur və o da qarşısına qoyulan tələbləri, öhdəlikləri hansısa şəkildə yerinə yetirməyə çalışır. Ən azından heç olmasa çalışdığı görüntüsü yaratmaq istəyir. Ona görə də Makron hətta özündən yayılan xəbərdəki kimi uydurma, avantürist planlar da cıza bilər. Ancaq o cür planları həyata keçirmək mümkündürmü? Qətiyyən mümkün deyil. Əvvəla, Azərbaycan ərazisinə hər hansı sülhməramlı qüvvənin daxil olması məhz Azərbaycanın razılığı ilə olmalıdır. Məsələn, Rusiyanın bu gün Qarabağdakı sülhməramlıları Azərbaycanın razılığı ilə daxil olublar. Azərbaycanın razılığı olmadan Fransanın əsgəri bizim ərazimizə ayaq qoya bilməzlər. Güc yolu ilə də daxil olmaları mümkün deyil. Bu gün Qarabağda Azərbaycanın sayı kifayət qədər yüksək olan, müasir silahlarla təchiz olunan ordusu var. Azərbaycanın icazəsi olmadan quş-quşluğu ilə buraya uça bilməz. Hələ mən Türkiyə faktorunu, Şuşa Bəyannaməsinin yaratdığı imkanları demirəm. Azərbaycan ərazisinə icazəsiz daxil olmaq cəhdini edən Fransa qarşısında Türkiyə ordusunu da görər. Çünki Şuşa Bəyannaməsinin tələbi avtomatik işə düşəcək. Üçüncüsü, Rusiyanın da Cənubi Qafqaz bölgəsinə avantürist Makronun rəhbərlik elədiyi Fransanın daxil olmasına yaxşı yanaşmayacağı bəllidir. Makron Ermənistanda Gümrüdəki Rusiya hərbi bazasının yerinə Fransa hərbi bazasını yerləşdirmək fikrindədirsə və buna nail olmağı mümkün hesab edirsə, bu o deməkdir ki, Makronun səhhətində ciddi problemlər yaranıb”.

Politoloq qeyd etdi ki, Fransanın bu avantürasına Avropa İttifaqının dəstəyini əldə eləmək cəhdi də boşa çıxmağa məhkumdur. Avropa İttifaqında elə ölkələr var ki, Azərbaycanla çox sıx əlaqələri var. Onlar heç vaxt Avropa İttifaqının Makronun istəyinə razılıq verməsinə dəstək verməzlər: “Avropa İttifaqının aparıcı dövlətlərindən olan İtaliyanın yeni seçilmiş baş naziri ilk çıxışında Makronun apardığı siyasətə qarşı çox sərt tənqidi fikirlər söylədi. Makronun Azərbaycana qarşı Avropa İttifaqı tərəfindən sanksiyalar qəbul olunması istəyinin də reallaşması sıfıra bərabərdir. Makron düşünürsə ki, Ermənistanı Rusiyanın əlindən qopara və tamamilə Fransanın tabeçliyinə keçirə biləcək, burada da yanılır. Rusiya Ukraynada nə qədər zəifləsə də onun Ermənistana təsir etmək üçün gücü qalacaq. Çünki Ermənistan Rusiyadan bütün sahələrdə asılı vəziyyətdədir. Ermənistanın taleyi Rusiyanın əlindədir. Fransanın Ermənistanda Rusiyanı əvəz eləməsi mümkün deyil. Makronun İran amilindən bəhrələnmək cəhdləri ola bilər. Amma İranın Azərbaycan sərhədlərində keçirdiyi son hərbi təlimlərin səviyyəsi Makronun bu niyyətinin də puça çıxacağını bəri başdan labüd edir. Ona görə də yaxşı olar ki, Makron Fransanın daxili işləri, daxili problemləri ilə məşğul olsun”.  /musavat.com


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Trampın güvəndiyi dağlara qar yağdı — Makronun tənqidi

    Trampın güvəndiyi dağlara qar yağdı — Makronun ...

    26-04-2018, 12:34

  • 
  • Makron: “Fransa Türkiyəni əhəmiyyətli tərəfdaş hesab edir”

    Makron: “Fransa Türkiyəni əhəmiyyətli tərəfdaş ...

    24-03-2021, 11:48

  • 
  • Dünya liderləri Braziliyadan təhqirlər fonunda Bricit Makrona dəstək bildirir

    Dünya liderləri Braziliyadan təhqirlər fonunda ...

    11-09-2019, 15:47

  • 
  • Türkiyə və Fransa Qarabağ münaqişəsi ilə bağlı bir-birlərinə qəzəbli mesajlar verir

    Türkiyə və Fransa Qarabağ münaqişəsi ilə bağlı ...

    1-10-2020, 15:25

  • 
  • Fransa prezidenti Donald Trampa qarşı Avropanın müqavimətinə başçılıq etmək niyyətindədir

    Fransa prezidenti Donald Trampa qarşı Avropanın ...

    9-06-2018, 12:49


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu