GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakı hansını seçsin: Vaşinqton, yoxsa Moskva variantını? - AKTUAL

Bakı hansını seçsin: Vaşinqton, yoxsa Moskva variantını? - AKTUAL

Tarix: 28-10-2022, 16:00 Bölmə :Siyasət Baxış: 246


Bakı hansını seçsin: Vaşinqton, yoxsa Moskva variantını?

Rusiya prezidenti Vladimir Putinin ötən gün “Valday” diskussiya klubundakı çıxışı bir çox baxımdan diqqət çəkdi. Sözügedən toplantıda erməni politoloq Aleksandr İsgəndəryanın sualına Putin belə cavab verdi:

“Hesab edirik ki, sülh sazişi lazımdır. Biz sülh nizamlanması kimi, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllini də dəstəkləyirik. O ki qaldı, sülhün Vaşinqton, yoxsa Moskva variantının seçilməsinə, bu, erməni xalqının və Ermənistan hakimiyyətinin iradəsidir. İstənilən halda proses sülhə gətirib çıxaracaqsa, hamımız bunun tərəfdarıyıq. Amma biz heç nəyi məcbur etmək fikrində deyilik. Biz Ermənistana nə isə diqtə edə bilmərik və belə niyyətimiz də yoxdur.

“Vaşinqton variantı” - başa düşdüyüm qədərincə, bu, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Əgər Ermənistan buna razıdırsa, buyurun, biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik. Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür. Ancaq əlbəttə ki, Azərbaycanla razılaşmaq lazımdır. Bu sazişin Azərbaycan üçün də məqbul olması lazımdır. Bu ağır, çətin məsələdir.

Ermənistan bizim strateji partnyorumuz, müttəfiqimizdir və biz, əlbəttə ki, Azərbaycanın maraqlarını nəzərə alaraq, Ermənistanın təklif edəcəyini böyük ölçüdə rəhbər tutacağıq”.

İsgəndəryanın sualının səbəbi

Erməni politoloq Aleksandr İsgəndəryanın Putinə verdiyi sual heç də səbəbsiz deyil. Ermənistanda bəzi siyasi dairələr və politoloqlar sülhün Vaşinqton və Moskva variantlarının olduğunu, guya Ermənistan rəhbərinin "Vaşinqton variantı"nı imzalamağa razılaşdığını, "Moskva variantı"nın ermənilərin maraqlarına qəti uyğun olmadığını iddia edirlər. Görünür, erməni politoloqun V. Putinə sualının qoyuluşu da istiqamətləndiricidir.

Putin Bakı ilə fikir ayrılıqlarını etiraf etdi

Putin “Biz sülh nizamlanması kimi, sərhədin delimitasiyası və sərhəd məsələsinin tam həllini də dəstəkləyirik”,- deyərək topu Bakı və İrəvanın üzərinə atır. Lakin “O ki qaldı hansı variantı seçməyə, bu, erməni xalqının və Ermənistan hakimiyyətinin rəyidir”,- fikri isə açıq şəkildə Ermənistana diş qıcamaqdır. Yəni rəsmi İrəvan hansı variantı seçəcəksə, bunun bir nəticəsi olacaq.

Putinin “əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür”,- sözləri isə rəsmi Bakıya ünvanlanan mesajdır.

Ümumiyyətlə, Moskva və Bakının son günlər bir-birinə açıq mesajlar verməsi, hətta hər iki ölkənin dövlət televiziya kanallarında qarşılıqlı ittiamlar fonunda demək olar ki, Bakı ilə Moskvanın fikir ayrılıqları var.

Bakı üçün sülhün hansı variantı önəmlidir?

Hazırda bu sual Ermənistandan daha çox Bakını maraqlandırmalıdır. Çünki hər iki variant özlüyündə Bakı üçün təhlükəli tezislər ehtiva edir. Məsələn, sülh modelinin ABŞ variantı Putinin də dediyi kimi, Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin tanınmasını əks etdirir. Yəni Ermənistan Qarabağı Azərbaycan ərazisi olaraq tanıyır. Lakin bu o demək deyil ki, İrəvan status tələbindən imtina edir. Əksinə, belə bir güzəştə gedərək Vaşinqtonun bu istiqamətdə dəstəyini daha çox qazanacaq və ABŞ ermənilərə statusun verilməsi istiqamətində Bakıya təzyiqləri artıra bilər.

Sülh modelinin “Moskva variantı”na gəldikdə isə Putinin qeyd etdiyi “Əgər erməni xalqı və Ermənistan hakimiyyəti hesab edirsə ki, Qarabağın özünəməxsus xüsusiyyətləri var və gələcək sülh müqaviləsində bu xüsusiyyətlər nəzərə alınmalıdır, bu da mümkündür”,- ifadələri bu variantın kodlarını açıqlayır.

Nəticə etibarilə ABŞ-ın da, Rusiyanın da modeli Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin ABŞ prosesin yekunda ermənilərə statusun verilməsi ilə, Rusiya isə münaqişənin gələcəkdə yenidən alovlanması üçün müvəqqəti dondurulması ilə bitməsini təklif edir.

Rəsmi Bakı indiki məqamda prosesi bir qədər uzatmalı, ən azından Ukrayna-Rusiya müharibəsində Kremlin zəifləməsini, eyni zamanda ABŞ-ın beynəlxalq vəziyyətə uyğun olaraq prosesə baxış bucağının dəyişməyini gözləməlidir.

Turan RZAYEV
Politoloq

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Biz müharibəyə hazırıq...”

    “Biz müharibəyə hazırıq...” ...

    25-01-2014, 01:26

  • 
  • "Erməni qoşunu çıxmalıdır"

    "Erməni qoşunu çıxmalıdır" ...

    10-08-2014, 18:27

  • 
  • Putin üçtərəfli görüşlə bağlı açıqlama verdi

    Putin üçtərəfli görüşlə bağlı açıqlama verdi ...

    10-08-2014, 18:39

  • 
  • “Ermənistanı sülhə məcbur edə bilmərik”

    “Ermənistanı sülhə məcbur edə bilmərik” ...

    8-01-2014, 18:15

  • 
  • Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi haqda

    Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi ...

    15-10-2014, 15:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu