Bu həftə Azərbaycan, Ermənistan və Rusiya liderləri Soçidə görüşüblər. Sonra Ermənistan baş naziri Nikol Paşinyan İrana səfər edib.
Belə bir dövrdə İran azərbaycanlılarının yaşadığı ərazilərin İrandan ayrılmasına dair fikirlər eşidilməyə başlayıb.
Nəticə etibarı ilə İranın Təbriz, Ərdəbil və digər şəhərlərində küçələrə Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan posterlər vurulub. GundemXeber.az bildirir ki, bu barədə İran mediası məlumat yayıb. Fotolar üzərində “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident” sözləri qeyd olunub.
Sorğu
Yeni dizaynımız necədir?