GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycanlıların pulu ilə Ermənistana raket verilir... - Bu barədə CİDDİ DÜŞÜNMƏLİYİK...

Azərbaycanlıların pulu ilə Ermənistana raket verilir... - Bu barədə CİDDİ DÜŞÜNMƏLİYİK...

Tarix: 15-12-2022, 10:26 Bölmə :Siyasət Baxış: 257

Ötən ay Azərbaycan Nazirlər Kabineti Pakistan düyüsünün idxal-gömrük rüsumundan azad edilməsi barədə qərar imzaladı.

Qərar 31 dekabr 2027-ci ilə qədər, yəni kifayət qədər uzun müddətə qüvvədə olacaq.
Bu, həm keyfiyyətli düyünün ölkəyə idxalı, həm də Pakistanla ticarət əlaqələrinin genişlənməsi baxımından olduqca önəmli, təqdirediləsi qərardır. Bu qərara 25 noyabr 2022-ci ildə Prezident İlham Əliyevin ADA ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda xüsusi toxunması isə təsdiqlədi ki, proses şəxsən Prezidentin nəzarəti altındadır. Yeri gəlmişkən, Pakistan Baş naziri Şahbaz Şərif 26 noyabrda Azərbaycan Prezidentinə bu qərara görə xüsusi təşəkkür də etdi.
Pakistan düyüsünün gömrük-idxal rüsumundan azad edilməsindən sonra Bakı marketlərində vəziyyət necədir?
Apardığımız qısa müşahidə bunları göstərdi: Bakının böyük marketlər şəbəkələrinin əksəriyyətində Pakistan düyüsü yoxdur – tamam yoxdur, təklif edilmir. Əvəzində Hindistan düyüsünün bütün çeşidləri, markaları, növləri var.

Hazırda Hindistanın çeşid-çeşid, bir-birindən bəzəkli düyü markaları Bakıda hər yerdədir və az qala rəqabətsizdir.

Yalnız bir supermarketlər şəbəkəsində rəfləri dolduran Hindistan düyü markası çeşidlərinin yanında bircə növ Pakistan düyüsünə rast gəlmək mümkündür. Hindistanın da eyni qabda, eyni həcmdə, eyni dizaynda düyüsü var – söhbət “Basmati” markasından gedir.
Maraqlıdır ki, ilk baxışda xüsusi heç bir fərq olmayan, yalnız diqqətlə baxdıqda birinin Hindistan, digərinin Pakistan məhsulu olduğu yazılmış düyünün qiyməti arasında çox ciddi fərq olduğu üzə çıxdı: Hindistan “Basmati”si 4 manat 15 qəpik, Pakistan “Basmati”si isə 6 manat 99 qəpik.
Pakistan düyüsü idxal-gömrük rüsumundan – yəni 15% vergidən azad edildiyi üçün onun qiymətinin daha az olması adi məntiqdir. Həmçinin iş adamları da Pakistan düyüsünü gətirməyə, supermarketlər şəbəkəsi məhz Pakistan düyüsünü daha rəqabətli halda təklif etməyə borcludurlar.
Birdəfəlik başa düşmək lazımdır: əgər heç biri deyil, yalnız Pakistan düyüsü idxal rüsumundan azad edilirsə, burda dövlətin siyasi maraqları var.
Azərbaycanda “meydan sulayan” Hindistan və İran düyü çeşidlərinin satışına qadağa qoyulması doğru olmaz, bu, nə ticari, nə də siyasi baxımdan normal qarşılanar. Ancaq iş adamları, supermarket şəbəkələrinin rəhbərləri qanmalıdırlar ki, Hindistan Ermənistana hazırda silah satan yeganə, Ermənistanla iqtisadi-siyasi əlaqələri məhz Azərbaycanın əleyhinə inkişaf etdirməkdə qərarlı olan dövlətdir, İran isə hətta satmır da, Ermənistana tank əleyhinə sistemləri pulsuz, havayı bağışlayır.
Dövlət bütün bunları nəzərə alıb, Pakistan düyüsünün rəqabət qabiliyyətini artırırsa, onda eynihəcmli, oxşar, eyniformalı Pakistan düyüsü niyə baha olmalı, niyə Pakistan düyüsü bir çox böyük supermarketlərdə ümumiyyətlə təklif edilməməli, satışda görünməməlidir?
Bu halda Ermənistana İranın pay etdiyi, Hindistanın satdığı raket sistemlərində azərbaycanlıların da pulu olduğu təsəvvürü yaranır. Sanki biz əsgərlərimizə tuşlanan, bizə qarşı çevrilmiş hərbi sistemləri özümüzdən asılı olmadan maliyələşdiririk.
Azərbaycanı haqq savaşımızda 30 ildir dəstəkləyən, 44 günlük müharibədə daim yanımızda gördüyümüz qardaş ölkəmiz məhz Pakistandır! Hindistan da, İran da daim Ermənistana yardım edib və edir!
Bu, təkcə “düyü söhbəti” deyil, prinsiplərdir, aksiyadır, aktdır, milli immunitetdir, millətin reaksiyasıdır: dövlət addımını atdı, işini gördü, indi söz iş adamlarının, supermarket rəhbərlərinindir. Alıcıları bu ikiqat bahalı malı almaq məcburiyyətində buraxmaq vicdansızlıqdır və bu ədalətsiz seçim qarşısında alıcıları qoya bilməzsiniz! Pakistan düyüsü hər tərəfi sarmalı, bütün mağazalarda ən görünən yerə qaldırılmalı, dövlətin tanıdığı güzəştə görə, qiyməti də Hindistan-İran düyüsündən ucuz olmalıdır.
Amma doğrusu, şübhələnməyə də bilmirsən: sanki qəsdən bir görünməz əl Hindistan düyülərini məhz dövlətin bu qərarından sonra rəflərdə hər yerə düzür; sanki qəsdən məhz Prezidentin bu məqamı xüsusi vurğulamasından sonra Hindistan düyüləri Pakistan düyüsündən (məhz düyüsündən – çünki Pakistan düyülərinin çeşidləri yoxdur) az qala ikiqat aşağı qiymətə təklif edilir.
Burda da “5-ci kolon”dan şübhələnək?
Deyəsən, buna da dövlət qarışmalı olacaq... //axar.az//

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mazut gömrük rüsumundan azad edildi

    Mazut gömrük rüsumundan azad edildi ...

    7-04-2016, 11:42

  • 
  • Bu avtomobillər gömrük rüsumundan azad edildi - Qərar

    Bu avtomobillər gömrük rüsumundan azad edildi - ...

    5-02-2020, 12:18

  • 
  • Azərbaycanda bəzi yanacaq markaları gömrük rüsumundan azad edilib - 2020-ci il yanvarın 1-dək

    Azərbaycanda bəzi yanacaq markaları gömrük ...

    15-04-2019, 11:13

  • 
  • Prezident İlham Əliyev: "Azərbaycanla Pakistan əlaqələri yüksək səviyyədədir"

    Prezident İlham Əliyev: "Azərbaycanla ...

    14-10-2016, 16:22

  • 
  • "Ai-92" ilə bağlı mühüm qərar

    "Ai-92" ilə bağlı mühüm qərar ...

    18-07-2017, 11:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu