GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistanın təxribatına cavab verib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Ermənistanın təxribatına cavab verib

Tarix: 21-12-2022, 10:31 Bölmə :Siyasət Baxış: 239

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın dövlət tərəfindən idarə olunan manipulyasiya, təhrif və saxtakarlıq kampaniyasına görə Təhlükəsizlik Şurasından sui-istifadə etməsindən dərin təəssüf hissi keçirdiyini bildirib. Səfir Ermənistanın BMT yanında daimi nümayəndəliyi tərəfindən Azərbaycana qarşı irəli sürülən bütün iddiaları qətiyyətlə rədd edib, tamamilə yalan, əsassız olduğunu bildirib.

“Report”un yerli bürosunun xəbərinə görə, BMT-nin Təhlükəsizlik Şurasına bu ay rəhbərlik edən Hindistanın idarəçiliyi ilə baş tutan iclasda çıxış edən Y.Əliyev deyib ki, Ermənistanın və bəzi Şura üzvlərinin səhvən “Dağlıq Qarabağ” adlandırdıqları Qarabağ Azərbaycanın 30 ilə yaxın müddətdə qanunsuz erməni işğalı altında olan beynəlxalq səviyyədə tanınmış suveren regionudur və bunu Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində ardıcıl olaraq bir daha təsdiq edilib:


“Azərbaycanın bu ərazisinin hüquqi adı hazırda Qarabağ iqtisadi rayonu və ya qısaca ekvivalenti ilə Qarabağ regionudur. Laçın yolu ətrafındakı vəziyyətə gəlincə, Azərbaycan Ermənistanın bütün iddialarını qətiyyətlə rədd edir, bu, tamamilə yalan, əsassızdır. Laçın yolu tamamilə Azərbaycanın ərazisində, onun Laçın rayonu ərazisində yerləşir. Bu rayon 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 77 mindən çox sakini olan Laçının əhalisi öz evlərini və mülklərini tərk etməyə məcbur olub, şəhər və ətraf kəndlər Ermənistan ordusu tərəfindən talan edilərək yandırılıb.

İki il əvvəl 44 günlük müharibədən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın rayonu Azərbaycana qaytarılarkən Azərbaycan Laçın yolunda hərəkət edən insanların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb.

Nə Azərbaycan hökuməti, nə də etirazçılar Laçına gedən yolu bağlayıblar. Marşrut boyu vətəndaşların, malların və nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı rejim dəyişməz olaraq qalır, sülhməramlılar isə marşrutun mühafizəsi ilə bağlı üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edirlər. Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə təcili yardım maşınları və humanitar yardım karvanları da daxil olmaqla müxtəlif növ avtomobillərin maneəsiz keçidi əks olunub. Üçtərəfli Bəyanata əsasən, Laçın yolunun müstəsna olaraq humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur. Yoldan hər hansı digər məqsədlər üçün, o cümlədən qeyri-qanuni hərbi fəaliyyətlər, məsələn, minaların basdırılması və ya Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni dövriyyəsi üçün sui-istifadə Üçtərəfli Bəyanatın şərtlərinin pozulmasıdır və buna yol verilə bilməz.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq öz suverenliyini və ərazi bütövlüyünü, vətəndaşlarının hüquq və təhlükəsizliyini bütün mümkün vasitələrlə müdafiə etməyə davam edəcək. Vəziyyətin iddia edilən humanitar nəticələri ilə bağlı iddialar da yalandır. Bölgədə yerli əhalinin istifadəsi üçün malların tədarükü və ya əsas səhiyyə xidmətlərinin göstərilməsi baxımından heç bir maneə yoxdur. Bu, Ermənistanın açıq-aşkar pis niyyətli siyasi məqsədlər üçün manipulyasiyasının növbəti təzahüründən başqa bir şey deyil”.

Diplomat əlavə edib ki, Ermənistan iki ildən artıqdır ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndini pozaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindən silahlı qüvvələrini və qeyri-qanuni silahlı birləşmələri tamamilə çıxarmaqdan imtina edir və orada qanunsuz hərbi fəaliyyətləri davam etdirir: “Ermənistan beynəlxalq hüququn və Üçtərəfli Bəyanatın bəndlərini pozaraq, Laçın yolunun humanitar əhəmiyyəti barədə fərziyyələr irəli sürməklə yanaşı, həm də ondan hərbi məqsədlər üçün, o cümlədən silahlı qüvvələrin şəxsi heyətinin rotasiyası və silahların bu bölgəyə ötürülməsi üçün fəal istifadə edir. Tərəflərin bütün hərbi əməliyyatlara son qoymağı öhdəsinə götürdüyü Üçtərəfli Bəyanatın 1-ci bəndini pozan Ermənistan nəinki Azərbaycan ərazisinə yerləşdirdiyi yüz minlərlə mina xəritələrini bölüşməkdən imtina edir, hətta münaqişədən sonrakı dövrdə də Azərbaycan ərazisinə yeni minalar qoymaqda davam edir. Belə ki, bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunan 2 700-dən çox mina aşkar edilib.

Ötən çərşənbə günü Azərbaycanın Kəlbəcər rayonunda minanın partlaması nəticəsində 7 nəfər yaralanıb, 1 nəfər ölüb. İnsidentin baş verdiyi ərazi köhnə təmas xəttindən çox uzaqda olub və Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarılarkən orada minalar yerləşdirilib. Üçtərəfli Bəyanatın imzalanmasından sonra ümumilikdə 276 Azərbaycan vətəndaşı minaların qurbanı olub, onlardan 46 nəfər, o cümlədən 35 mülki şəxs həlak olub. Nəticə aydındır - Ermənistan Azərbaycanın yenidənqurma səylərinin və yüz minlərlə məcburi köçkünün öz evlərinə qayıtmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə etməyə çalışır”.

Y.Əliyev deyib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarında olan təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı bölgədə ekoloji terror törədib:

“Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazisində olan faydalı qazıntı yataqlarını talan edir. Onların beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, Azərbaycanın əvvəllər işğal olunmuş ərazisində genişmiqyaslı qanunsuz iqtisadi fəaliyyətin həyata keçirilməsinə dair təkzibedilməz sübutlar dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Bu torpaqlarda işğala qədər müəyyən edilmiş 151 faydalı qazıntı yatağından 52-si ilk dəfə 1993-2020-ci illərdə istismar edilib. Suveren dövlətin təbii sərvətlərinin qeyri-qanuni istismarı ilə yanaşı, mədən və karxana əməliyyatları kifayət qədər ekoloji nəzarət olmadan, tullantı sularının təmizlənməsi və ərazinin rekultivasiyası, ekoloji texniki standartlara əməl edilmədən aparılmışdır”.

Sonda Y. Əliyev Azərbaycanın regional sülhə, sabitliyə və inkişafa sadiq olduğunu deyib. Diplomat əlavə edib ki, Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin yaradılması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Azərbaycanın bununla bağlı mövqeyi aydın, prinsipial və ardıcıldır, beynəlxalq hüquqa və beynəlxalq təcrübəyə əsaslanır. Məhz Azərbaycan münaqişənin başa çatmasından dərhal sonra Ermənistanla dövlətlərarası münasibətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınması və hörməti əsasında, o cümlədən sülh müqaviləsinin imzalanması yolu ilə normallaşdırılması prosesinə başlayıb.

Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş Assambleyasında debatlarda çıxış edib

    Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş ...

    2-10-2018, 21:41

  • 
  • ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi - QÜDSLƏ BAĞLI

    ​Fələstin BMT Təhlükəsizlik Şurasına çağırış etdi ...

    9-12-2017, 18:16

  • 
  • İtaliyalı senator: "Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətrafdakı yeddi rayonunu işğal altında saxlayır"

    İtaliyalı senator: "Ermənistan Azərbaycanın ...

    1-03-2019, 10:24

  • 
  • Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı BMT sənədi kimi yayılıb

    Dağlıq Qarabağın azərbaycanlı icmasının bəyanatı ...

    16-04-2020, 13:04

  • 
  • Üçlü Zirvədən sonra Rusiyadan kritik həmlə!

    Üçlü Zirvədən sonra Rusiyadan kritik həmlə! ...

    11-09-2018, 12:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (487)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu