GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Turan İttifaqını formalaşdırmaq tarixin diqtəsidir - İNCƏLƏMƏ...

Turan İttifaqını formalaşdırmaq tarixin diqtəsidir - İNCƏLƏMƏ...

Tarix: 21-01-2023, 12:47 Bölmə :Siyasət Baxış: 99

Turan İttifaqını formalaşdırmaq tarixin diqtəsidir
“Türkiyə NATO blokunda hərbi gücünə və nüfuzuna görə ikinci dövlət sayılır. ABŞ bu hərbi-siyasi birlikdən imperatorluğunu qorumaq və inkişaf etdirmək üçün vasitə kimi istifadə edir. Bloka daxil olan dövlətlər ABŞ-ın iradəsindən kənar, dünyada gedən siyasi proseslərə müdaxilə edə bilmir”.

GUNDEMXEBER.AZ bildirir ki, bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev Türkiyənin dünyanın geosiyasi proseslərində rolundan danışarkən deyib.

A. Məsiyev iddia edir ki, Türkiyə NATO-da ABŞ-ın iradəsindən kənarda olan yeganə dövlətdir: “Bunu bir neçə faktla əsaslandırmaq yerinə düşərdi. Yaxın keçmişimizə nəzər salaq, Suriya hadisələrində Türkiyə öz milli və dövlət maraqlarına uyğun davrandı, Rusiya ilə ikitərəfli iqtisadi, hərbi, siyasi münasibətlərini tam müstəqil həyata keçirir, ABŞ-ın açıq təzyiqlərinə, şantajlarına baxmayaraq bu münasibəti inkişaf etdirməkdədir. Rusiya-Ukraya münaqişəsində ABŞ-ın və Qərbin iradəsinə tabe olmadı, Rusiyaya düşmən mövqe nümayiş etdirmədi, ən azından bu münaqişədə tərəfsizliyi ilə seçildi. Daha doğrusu, ABŞ-ın əlində alətə çevrilmədi”.

Siyasi şərhçinin sözlərinə görə, İsveç və Finlandiyanın NATO blokuna daxil olması üçün Türkiyənin prinsipial mövqeyi onu deməyə əsas verir ki, Şimal Alyansında tam müstəqil dövlət Türkiyədir: “Eyni zamanda Rusiya-Ukrayna münaqişəsi zamanı Türkiyə prezidenti Ərdoğan BMT-nin edə bilmədiyini Türk dövləti adına etdi və dünyanı qismən də olsa, açlıqdan qurtardı. Prezident Ərdoğanın Rusiya-Ukrayna münaqişəsinin dayandırlması üçün göstərdiyi səylər də onun siyasi lider olaraq dünyada, geosiyasi proseslərdə öndə olmasından xəbər verir”.

A. Məsiyev xatırladıb ki, türklərin “Yurdda sülh-Cahanda sülh” fəlsəfəsi var, bu, dünya siyasi arenasında Türkiyənin brendidir: “Fikir verin, xristian dünyasının mərkəzində, iki xiristian dövlət - Rusiya və Ukraynanın hərbi münaqişəsini alovlandıran, qızışdıran xiristian mənşəli Avropa dövlətlərindən fərqli olaraq, müsəlman türk xalqı adına prezident Ərdoğan bu münaqişənin dayandırılması üçün müstəsna fəaliyyət göstərməkdədir. O, müntəzəm olaraq hər iki dövlət başçısı ilə təmas qurur və münaqişənin sülh yolu ilə həllinə hesablanmış addımlar atır”.

Müsahibimiz qeyd edib ki, Rusiya və Ukrayna dövlət başçılarının Türkiyə prezidentinə etimadları böyükdür. Ona görə ki, Ərdoğan sözünün və imzasının sahibi olan dövlət başçısıdır.

Siyasi şərhçi xatırladıb ki, Ərdoğanın təşəbbüsü ilə ötən il Türkiyədə Rusiya və Ukranyna nümayəndələrinin görüşü olub: “Görüşdə uğurlu məqamlar da var idi, təəssüflər olsun ki, münaqişəni alovlandıran ABŞ və Qərbin pozucu fəaliyyəti nəticəsində danışıqlar dayandırıldı. Buna baxmayaraq Türkiyə prezidenti nəcib sülh siyasətini, barış üçün bəlli humanitar fəaliyyətini davam etdirməkdədir. Prezident Ərdoğanın bu davranışı həm də onun dini inancına bağlı olan bir məsələdir - İslam dini sülhsevər, qardaşlıq dinidir”.

Türkiyə və türkdilli dövlətlərin yeni dünya düzənində yeri və fəaliyyətinə gəldikdə, A. Məsiyev xatırladıb ki, dünyanın müxtəlif bölgələrində təxminən 300 milyona yaxın türk soyundan olan insan yaşayır: “Bu insanlar dünyanın 34 dövlətində məskunlaşıb. Müstəqil dövlət quruluşuna malik olan, BMT tərəfindən tanınan 6 türkdilli dövlət var, bunlar - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandır, ərazi baxımdan 5 miyon kvadrat klometr sahəyə malikdirlər, bu ərazidə təxminən 200 milyondan çox insan yaşayır”.

Siyasi şərhçi əlavə edib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri bir millət-bir ittifaq halına gətirmək, Turan İttifaqını formalaşdırmaq tarixin diqtəsidir: “Turan İttifaqının yaradılmasında lokamativ dövlət kimi Türkiyənin imkanları daha genişdir. Türkiyə dünya siyasətində türk dövlətlərinin mənafeyinə hər zaman dəstək verib və bu sahədə siyasətini davam etdirməkdədir. Turan İttifaqının formalaşması üçün əsas şərtlər kimi TDT arasında mənəvi, iqtisadi və siyasi inteqrasiyanın əldə olunması zəruridir. Turan İttifaqının yaradılması nəticəsində bəşəriyyət yeni güc mərkəzinin formalaşmasını görəcək, bu güc nəinki regionda, o cümlədən dünyada sülhün təminatçısına çevrilə bilər. Türan İttifaqının yaranması ilə dünyada yeni sivilizasiyanın təməli qoyula bilər, bu TURAN SİVİLİZASİYASI olacaq”.

A. Məsiyev düşünür ki, hazırda Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükə yaratmaqdadır, Avropa dövlətləri Rusiya-Ukrayna münaqişəsini dayandırmaq əvəzinə, daha da qızışdırıcı mövqe tutmaqla dünyanı nüvə müharibəsinə sürükləyir. “Turan Sivilizasiyası isə "Yurdda sülh-Cahanda sülh” fəlsəfəsi ilə bəşəriyyətə əminamanlıq gətirə bilər. Rusiya-Ukrayna münaqişəsindən asılı olmayaraq, dünya siyasi nizamı yenidən format olunacaq, yəni dünyada kəskin qutbləşmə prosesi başlayacaq”,- A. Məsiyev əlavə edib.

Bəs bu yeni dünya düzənində TDT-nin yeri və mövqeyi necə olacaq?

Müsahibimizin fikrincə, Türk xalqlarının gələcək taleyinin formalaşdırılması bilavasitə Türan İttifaqına bağlı məsələdir. Yəni dünya siyasətində gücün qanunu xüsusi önəm daşıyır, bu baxımdan TDT-nin siyasi, iqtisadi, mənəvi birliyi Turan İttifaqının yaradılması ilə nəticələnə bilər. Bu ittifaqın yaradılması isə bəşəriyyətə əminamanlığı bir o qədər tez gətirər.

Bu il Türkiyədə seçki keçiriləcək. Görəsən, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi Türk dünyasına nə verə bilər?

A. Məsiyev bu suala cavabında deyib ki, Türkiyə demokratik dövlətdir, hətta demokratiya şkalasına görə Avropa dövlətlərindən irəlidə gedir. Onun sözlərinə görə, Türkiyə dövləti xalqın iradəsi ilə formalaşıb, bir sözlə, Türkiyədə həmişə xalq hakimiyyəti olub.

Ərdoğanın simasında Türkiyənin dünyanın ictimai-siyasi proseslərində rolunun danılmaz olduğunu bildirən siyasi şərhçi əlavə edib ki, Ərdoğanın yenidən prezident seçilməsi tək Türkiyənin mənafeyinə deyil, bütün Türk dünyasının, bəşəriyyətin mənafeyinə xidmət edər. 


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təcili: Türkiyə ABŞ təyyarələrini İncirlik hərbi bazasından çıxarır - Rəsmi açıqlama

    Təcili: Türkiyə ABŞ təyyarələrini İncirlik hərbi ...

    19-02-2016, 16:00

  • 
  • NATO Rusiyaya xəbərdarlıq etdi

    NATO Rusiyaya xəbərdarlıq etdi ...

    5-10-2015, 22:02

  • 
  • Türkiyə NATO çəkişməsindən Rusiya qalib çıxacaq

    Türkiyə NATO çəkişməsindən Rusiya qalib çıxacaq ...

    28-11-2019, 13:38

  • 
  • Tramp öz yarıtmaz siyasəti ilə Türkiyə, İran, Çin və Rusiyadan ibarət “sanksiya oxu” qurur -Qərb mediası

    Tramp öz yarıtmaz siyasəti ilə Türkiyə, İran, Çin ...

    15-08-2018, 12:09

  • 
  • ABŞ və Türkiyə arasındakı gərginlik manata da təsir edir

    ABŞ və Türkiyə arasındakı gərginlik manata da ...

    9-08-2018, 13:39


Təqvim

«    Fevral 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728 

Arxiv xəbərlər

Fevral 2023 (91)
Yanvar 2023 (499)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (497)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (581)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu