“Trampın ticarət savaşının qurbanları ona qarşı birləşə bilərmi?”,- Oksford Böhran situsiyaları araşdırmaları institutunun direktoru Mark Almondun Böyük Britaniyanın “The Telegraph” qəzetində yazdığı məqalə bu cümlə ilə başlayır.
Ekspet yazır: “Türkiyə, İran, Rusiya və hətta Çin belə ABŞ-ın təzyiqləri qarşısında tab gətirəcək gücdə deyil. Lakin əgər bu ölkələr yaxınlaşsalar, onların bir-birlərinə verdiyi qarşılıqlı dəstəyi və qarmaqarışıqlıq yaratmaq qabiliyyəti nəticəsində ABŞ-ın tədbirləri səmərəsiz qalacaq. Burada İran və Türkyiə birliyini hesabdan silmək olar. Onların heç bir-birinə dəstək verəcək halı yoxdur. Lakin buraya Rusiya və Çini əlavə etsək. o zaman bu dövlətlər üçün geopolitik arxa və dayaq meydana gəlir”.
Müəllif Ərdoğanın açıq şəkildə siyasi döngəni işarət etdiyni bildirərək Türkiyəsiz NATO-nun ağır nəticələrini təsvir edib: “Türkiyənin Avropa və Asiyanın qovşağında, Rusiya, İran, İraq və Suriya ilə sərhəddə yerləşməsi Vaşinqtonu hər zaman onu NATO-da görmək istəməsi səbəblərinin başında gəlib. Elə buna görə də ABŞ-ın Kremllə ilə bərabər, Ankaranı da cəzalandırması Rusiyaya çox sərf edir”.
Almond burada 3-cü qüvvənin də adını çəkir: “Çin sərmayəsindən asılı olan Pakistan da Türkyəni dəstəkləyəcəyini artıq bəyan edib. Rusiya isə İslamabada ABŞ tərəfindən bloklanan hərbi yardımın yerinə öz “yardımını” təklif edib. Bunun sayəsində Türkiyə və İranı Çinlə bağlayan şahmat lövhəsində yeni bir fiqur yaranıb”. Ekspert Trampı müdrik siyasət yeridə bilməməkdə ittiham edib:
“Sanksiyaya məruz qalmış ölkələr oxuna qarşı duraraq Tramp əslində müasir beynəlxalq münasibətlərə də bir növ aydınlıq gətirmiş olub. O, hamını öz seçimini etməyə məcbur edir. Lakin Tramp böyük Abraham Linkolnun müharibəni hamı ilə deyil, tək-tək aparmaq kimi müdrik taktikasını unudur. ABŞ prezidenti ticarət savaşlarını birdən deyil, ayrılıqda həyata keçirməli idi. Nəticədə o görərdi ki, dostları azalan dövlətlər necə yola gələn olurlar”.
“İndependent” qəzeti iqtisadi müharibələrdə qalibin olmadığını yazıb. “Hazırkı situasiyada isə bu savaş nəinki Qərbin təhlükəsizliyini, hətta bütün dünyada sülhü təhdid altına qoya biləcək geopolitik dəyişiklikərə yol aça bilər.
Qəzet Türkiyənin Səudiyyə Ərəbistanı və İsraillə bilrikdə ABŞ-ın bölgədəki yeganə böyük müttəfiqi olduğuna diqqət çəkərək onun Rusiya və İranı durdurmaq da daxil olmaqla siyasi və hərbi sabitliyə ciddi töhfə verdiyini yazıb.
Yazı müəlliflərinin fikrincə, Türkiyənin ABŞ və NATO-dan təcrid olunması onu tarixi düşmənlərinə tərəf müttəfiqliyə itələyir. Bunun sayəsində isə Rusiya Türkiyə və İran kimi qüdrətli müttəfiqlər qazanmış olur.
“Tramp artıq ilk dəfə deyil ki ABŞ-ın və dünyanın təhlükəsizliyini təhdid altına salır. Əgər Türkiyə ilə ağıllı dialoq aparılsa, ziyanın yarısından dönmək də olar. Bu baş vermədiyi təqdirdə isə Ankara Rusiya lə yaxınlaşacaq ki, bunun da nəticələri ABŞ və müttəfiqləri üçün fəlakətə çevriləcək”, - məqalədə qeyd olunur.
Sorğu
Yeni dizaynımız necədir?