GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Dostları Gülər Əhmədovanı meydanda tək qoyurlar

Dostları Gülər Əhmədovanı meydanda tək qoyurlar

Tarix: 28-11-2013, 12:08 Bölmə :Siyasət Baxış: 680
Dostları Gülər Əhmədovanı meydanda  tək qoyurlar
Novella Cəfəroğlu: “Gülər xanımın məhkəməsi digərlərindən yaxşı gedir”; Siyavuş Novruzov: “Biz prosesə getsək, bunu məhkəməyə təzyiq kimi qiymətləndirəcəklər”; Fazil Mustafa: “Kiminlə daha çox münasibəti olubsa, onlar daha çox həssaslıq nümayiş etdirməlidilər”
Sabiq deputat Gülər Əhmədovanın məhkəməsi sona doğru yaxınlaşır. Dekabrın 2-də G.Əhmədova son söz deyəcək və həmin gün hakimin hökm çıxaracağı da istisna deyil. Amma proses boyunca jurnalistlərin ən çox diqqətini cəlb edən məsələlərdən biri bu məhkəməyə qatılanların kimliyi oldu. Əsasən jurnalistlərdən və G.Əhmədovanın yaxın qohumlarından ibarət olan heyətə gözlənilənlərin əksinə olaraq, YAP-çılardan və deputatlardan heç kim qatılmadı.

Bundan başqa, adətən siyasi prosesləri izləyən, monitorinq aparan tanınmış hüquq müdafiəçiləri G.Əhmədovanın məhkəməsində nəyə görəsə gözə görünmədilər. Biz də bunun səbəbləri ilə maraqlandıq.



Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu bildirdi ki, 3 həftə bundan əvvəl G.Əhmədova ilə saxlandığı 1 saylı İstintaq Təcridxanasında görüşüblər. Onun sözlərinə görə, elə həmin vaxt ona məhkəməsində iştirak edəcəkləri ilə bağlı vəd veriblər: “Söz vermişdik ki, gedəcəyik. Amma mənim yaşım o yaş deyil ki, gedib məhkəmələrdə oturum. Cəmiyyətimizin xanım əməkdaşları isə prosesə gedirlər, müşahidə aparırlar. Biz hamının məhkəməsinə gedirik. Amma yaşımla bağlı olaraq bütün məhkəmələrə qatıla bilmirəm. Bizim təşkilatın əməkdaşları bildirdilər ki, Gülər xanımın məhkəməsi digər məhkəmələrdən daha yaxşı gedir. Siyasi məhbuslarınkından daha yaxşıdır. Bizim qızlar ”NİDA"çıların, Tofiq Yaqublunun, İlqar Məmmədovun məhkəməsinə də gedirlər. Müşahidələri odur ki, Gülər Əhmədovanın məhkəməsi onların hamısınınkından daha sakit keçir".

Müsahibimiz Kürdəxanıda G.Əhmədova ilə baş tutan görüşlərindən də danışdı. Dedi ki, sabiq deputat onlara “məni niyə müdafiə etmirsiz” deyə irad tutub: “Biz də dedik ki, saxlanma şəraitinizlə tanış olacağıq, məhkəmənizdə iştirak edəcəyik. Saxlandığı kamera adi kamera idi, orda ondan başqa iki qadın məhbus da vardı. Kamerada lüks şəraitin olması ilə bağlı deyilənlər yalandır. 4 çarpayı vardı kamerada. Adi şəraitli kamera idi”.
YAP sədrinin müavini Siyavuş Novruzov isə keçmiş deputat həmkarının, partiydaşının məhkəməsinə niyə qatılmadıqlarına aydınlıq gətirdi. Onun fikrincə, istintaq və məhkəmə prosesində hər hansı həmkarının bu məsələyə münasibət bildirməsi, qarışması əks tərəfdən məhkəməyə təzyiq kimi qiymətləndirilə bilərdi: “O baxımdan da kimliyindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Əgər prosesə qatılsaydıq, bu da məhkəməyə təzyiq kimi qiymətləndirilə bilərdi. Baxmayaraq ki, bu, belə qiymətləndirilməməlidir. Bilirsiz ki, qarşı tərəf, yəni Elşad Abdullayev dələduzun biridir. Amma onunçün fərqi yoxdur. Bunu görüb məhkəməyə təzyiq kimi qiymətləndirə və belə ictimai rəy formalaşdıra bilərdi”.

Müsahibimiz G.Əhmədovaya prokuror tərəfindən 4 il iş istənilməsinə də münasibət bildirdi. Dedi ki, bu, qanunla tənzimlənən bir məsələdir: “Bu, məhkəmə araşdırmasıdır. Həmkarlarının nə düşünməsindən asılı olmayaraq, qərar hakimindir, məhkəmənindir. Mən də bir insan kimi Allah qapısını açsın deyirəm. Amma qərara qarışa bilmərəm”.
“Gülər Əhmədovaya şərti cəza verilsə, keçmiş həmkarları buna sevinərmi” sualına cavabda isə S.Novruzov dedi ki, Allah-təalanın hamının qapısını açmasını arzulayır.
G.Əhmədovanın həbsinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı müraciəti imzalayanlardan olan deputat Fazil Mustafa da sualımıza cavabında dedi ki, G.Əhmədova Yeni Azərbaycan Partiyasının üzvüdür və bu məsələ onun partiya yoldaşları tərəfindən diqqətdə saxlansaydı daha yaxşı olardı: “Hər halda, bir yerdə mübarizə aparıblar. Başqa partiyanın nümayəndələrinin YAP üzvünün məhkəmə prosesinə həssas yanaşmasını anlamaq olar. Deputat həmkarı kimi də kiminlə daha çox münasibəti olubsa, ailəvi yaxınlığı olubsa, onlar daha çox həssaslıq nümayiş etdirməlidilər. Bizim işlərin çoxluğu var. Digər tərəfdən, bizim onunla məsafəli münasibətimiz olub. Sadəcə, əlimizdən gələni etdik. Gördük ki, YAP üzvləri onun ev dustaqlığı ilə əvəz olunmasına imza atmadılar. Amma biz imza atdıq ki, onun həbsi ev dustaqlığı ilə əvəz olunsun. Bizim maraq dairəmizdə çox da geniş yer tutmur. Çünki bu proses partiya üzvlərini daha çox maraqlandırmalıdır”.

Müsahibimiz hesab edir ki, partiya üzvlərinin bu məsələdəki passivliyi də səbəbsiz deyil. Onun fikrincə, ümumən mətbuatda məsələyə əvvəlki maraq yoxdur: “Hamıda elə bir təsəvvür var idi ki, Gülər Əhmədova həbs olunandan sonra ölkədə korrupsiya tam durdurulacaq, heç kim heç kimdən rüşvət almayacaq. Amma bu həbsdən sonra rüşvətin də məzənnəsi artdı, korrupsiyanın da səviyyəsi yüksəldi”.

F.Mustafa hakimin sabiq deputatla bağlı verəcəyi qərardan nə gözlədiyini də dedi. Onun sözlərinə görə, Azərbaycanda məhkəmələr o qədər müstəqildir ki, əvvəldən müəyyən etmək olmur ki, nə qədər iş verə bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müttəhim Gülər Əhmədovanın ilk fotoları

    Müttəhim Gülər Əhmədovanın ilk fotoları ...

    28-10-2013, 16:00

  • 
  • Gülər Əhmədova huşunu itirib

    Gülər Əhmədova huşunu itirib ...

    6-05-2013, 21:33

  • 
  • Gülər Əhmədovanın adı deputatlar siyahısında

    Gülər Əhmədovanın adı deputatlar siyahısında ...

    16-01-2013, 10:45

  • 
  • Gülər Əhmədova azadlığa buraxılır

    Gülər Əhmədova azadlığa buraxılır ...

    4-12-2013, 12:37

  • 
  • YAP Gülər Əhmədovanın çıxarıldığını təsdiqlədi

    YAP Gülər Əhmədovanın çıxarıldığını təsdiqlədi ...

    15-12-2012, 15:52


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (77)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu