GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycanla münasibətlərin düşməni - dinlə maskalanan Tehran rejimi - ŞƏRH

Azərbaycanla münasibətlərin düşməni - dinlə maskalanan Tehran rejimi - ŞƏRH

Tarix: 7-04-2023, 18:51 Bölmə :Siyasət Baxış: 192

İrandakı rejim 44 ildir İslam Respublikası adı altında ölkə əhalisini girovluqda saxlayır. Vətəndaşlar rejimdən xilas olmaq üçün nicatı daha çox Tehran hakimiyyətinin bəyənmədiyi Qərb dövlətlərinə sığınmaqda görürlər. Bu günlərdə İran Prezidenti İbrahim Rəisinin sədrliyi ilə keçirilən iclasda ölkədən beyin axını müzakirə edilib. Bu, imkan düşən kimi bütün təbəqələrin təmsilçilərinin İrandan qaçmasının göstəricisidir. İctimai, siyasi, mədəni fəallar rejimin təqib və təzyiqlərindən qurtulmaq üçün mühacirət edirlər.

Yeri gəlmişkən, İran hakimiyyəti təmsilçilərinin övladları da Qərb dövlətlərində təhsil alır, orada qalıb, yaşamağa üstünlük verirlər. Onların övladlarının çoxunun hicabsız video və fotoları son günlər sosial şəbəkələri bəzəyir. Başqa sözlə, ailə üzvlərinin qəbul etmədiyi qaydaları Tehrandakı mürtəce hakimiyyət 80 milyonluq əhaliyə zor gücünə qəbul etdirməyə çalışır. Qərb dövlətlərinin, yaxud mütərəqqi ölkələrin vətəndaşları öz ölkələrini tərk edib yaşamaq, yaxud sığınmaq üçün İranı seçmirlər. Bəs İranı kimlər seçir? Bu rejimin müxtəlif şirnikləndirici üsullarla ələ aldıqları, yaxud insanların dini, təriqət təəssübündən istifadə edərək tora saldıqları insanlar, bir də tamahkarlığının qurbanı olub İrandakı rejimlə əlaqə quranlar. Bu, “İslam Respublikası”nın dinə bağlılığı onun adında, zorla qəbul etdirilən hicab qaydalarında görünür. Qalan nə varsa, saxta və yalandır. İran hakimiyyəti 44 ildir vətəndaşlarına islam adı ilə yalan, boş vədlər verir. Bunu son ayların etiraz aksiyalarında irəli sürülən şüarlar, edilən çıxışlar, habelə hakimiyyətin bu aksiyalar fonunda verdiyi vədlər, keçirdiyi toplantılardan da müşahidə etmək olarİran hakimiyyəti uzun illərdir Azərbaycan Respublikasında da din və təriqət amillərindən istifadə edərək 5-ci kolon yaratmağa səy göstərib, yaxud casus şəbəkəsi formalaşdırıb. İnsanlara dini əsaslarda dövlət, “Kərimə dövləti” yaradacaqları ilə bağlı vədlər verənlər əslində İran hakimiyyətinin Azərbaycana qarşı tapşırıqlarını həyata keçirirlər. 5-ci kolonçular, yaxud öz dövlətinə, vətəndaşlarına, böyüdüyü elinə, kəndinə xəyanət edənlər hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır. Məlum olur ki, İran ali rəhbərinin Azərbaycan Respublikası üzrə nümayəndəsi “höccətülislam” Əliəkbər Ocaqnejat dini təbliğat adı altında insanların heysiyyatından mənsub olduğu rejimin mənafeyinə istifadə edib. Bu, din adından istifadə edən dəllal əslində ayətullah Ruhullah Xomeyninin “İslam inqilabı doktrinası” kimi cəfəng, çürük ideyasını yaymaqla məşğul olub, ətrafında xainlər şəbəkəsini formalaşdırıb.

Azərbaycan vətəndaşlarını tələyə salıb, belə zəif iradəli insanlardan dövlətçiliyə qarşı istifadə edilməsi ilə yanaşı, İran hakimiyyətinin ölkə ərazisində terror aksiyaları təşkil etdiyi təsdiqlənir. Ötən il Tehranın Azərbaycandakı səfirliyinə məxsus avtomobildən terror törədilməsində istifadə ediləcək alətlər tapılmışdı. Bu hadisələrdən sonra “İslam Respublikası” Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu təşkil edib. Aprelin 6-da isə Azərbaycan Xarici İşlər Nazirliyinin İran səfirliyinin 4 əməkdaşını persona-non-qrata (“arzuolunmaz şəxs”) elan etməsi Tehranın əməllərinin məntiqi nəticəsi olaraq dəyərləndirilə bilər.

İran hakimiyyəti Azərbaycana qarşı terrordan və narkotik maddələrdən silah olaraq istifadə edir. O, bununla cəmiyyətin çox az qismini özündən asılı vəziyyətə salır. Bu rejimin saxta müsəlman təəssübkeşliyi işğalçı, regionda destruktiv fəaliyyət göstərən Ermənistanı müdafiə etməsi ilə ifşa olunub. Azərbaycana qarşı törətdiyi cinayətkar əməllərə baxmayaraq, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamaneidən tutmuş yüksək vəzifəli hərbi rəsmilər də daxil olmaqla bütövlükdə rejimin Ermənistanı müdafiəsinə dair çoxsaylı faktlar göstərmək olar. Azərbaycanın Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən qanunsuz erməni hərbi dəstələrinə təlimat vermək üçün Tehranın bura terrorçu göndərməsi bu faktlardandır. Həmin hadisədən bir ilə yaxın vaxt keçməsə də, Tehran rejimi rəsmi Bakının məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.

İran parlamenti rejimin Azərbaycana qarşı törətdiyi terror, saxta əməllərini ört-basdır etmək məqsədilə ötən gün məlum “bəyanatı” qəbul edib. Bu hakimiyyət həmin “sənəddə” riyakarlığını saxta Fələstin təəssübkeşliyi ilə gizlətməyə çalışıb...

Milyonlarla azərbaycanlının vətəndaşı olduğu İran Azərbaycan üçün bütün baxımlardan ən yaxındır. Təəssüf ki, panfarsist, şovinist mürtəce rejim iki dövlət arasında münasibətlərin yaxşı olmasına imkan vermir. Çünki bu rejim iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasından da qorxur.


SƏDRƏDDİN İSMAYILOV

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kərbəlada İran konsulluğuna hücum - Tehran nota verdi

    Kərbəlada İran konsulluğuna hücum - Tehran nota ...

    10-05-2021, 13:28

  • 
  • Hicabsız fotolarını paylaşan iranlı aktrisa ölkədən qovuldu

    Hicabsız fotolarını paylaşan iranlı aktrisa ...

    30-10-2015, 12:05

  • 
  • Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir

    Tehran Vaşinqtonla gizli danışıqları təkzib edir ...

    11-12-2013, 02:00

  • 
  • İranlı qız Tehran metrosunda belə rəqs etdi - Video

    İranlı qız Tehran metrosunda belə rəqs etdi - ...

    28-11-2014, 00:57

  • 
  • Rüqəyyə Kəbiri Tehran Beynəlxalq Qısametrajlı Film Festivalının mükafatını almaqdan imtina edib

    Rüqəyyə Kəbiri Tehran Beynəlxalq Qısametrajlı ...

    17-12-2019, 16:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu