GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qərbdən Öyrənəcəyimiz Təcrübə və doğru yoldayıqmı?

Qərbdən Öyrənəcəyimiz Təcrübə və doğru yoldayıqmı?

Tarix: 28-11-2013, 16:08 Bölmə :Siyasət Baxış: 851
Qərbdən Öyrənəcəyimiz Təcrübə və doğru yoldayıqmı?


Qərbdən Öyrənəcəyimiz TəcrübəNazirlər Kabineti “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi qaydası”nın təsdiq edilməsi barədə qərar verib. Bu Qayda çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi qaydasını müəyyən edəcək.

Hökumət çətin həyat şəraiti yaşayan insanlara dövlətin yardımına dair qaydaları müəyyən edib. Ekspertlər hesab edir ki, dövlət qayğısı Sovet modelinə uyğunlaşdırılıb. Dünya isə daha praktiki modellərdən istifadə edir.

Qaydalar müəyyənləşdi


Nazirlər Kabineti “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi qaydası”nın təsdiq edilməsi barədə qərar verib. Bu qayda çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi qaydasını müəyyən edəcək. Bura valideyn himayəsindən məhrum uşaqların, baxımsız və ya sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan insanların dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi nəzərdə tutulub.

Bu sahədə prioritet uşaqlardır
Qərbdən Öyrənəcəyimiz Təcrübə və doğru yoldayıqmı?

Qərbdən Öyrənəcəyimiz TəcrübəBu problemlə bağlı artıq bir neçə qanun və prezident fərmanları mövcuddur. Dövlətin hansı strukturunun konkret nə işlər görəcəyi və nə qədər vəsait xərcləyəcəyi müəyyənləşib. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, bu məsələlər qanunda nəzərdə tutulduğu kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəliyindədir. Hətta bununla bağlı nazirliyə prezident tərəfindən müəyyən məbləğdə maliyyə də ayrılıb və bu il həmin məbləğin bir az da artırılacağı gözlənilir.

Son zamanlar oxşar qərarların qəbulunda daha çox diqqətin uşaqlara verildiyini deyən Mehriban Zeynalova kimsəsiz, valideyn himayəsindən məhrum, əlilliyi olan, eləcə də məişət zorakılığı qurbanı uşaqlarla bağlı sığınacaqların olmasını vacib sayır: "Bildiyimə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu istiqamətdə 11 təşkilat maliyyələşir. Bu təşkilatlar regionlarda və Bakı şəhərindədir. Bunların içində uşaq sığınacaqları da var. Bir sözlə, bugünkü siyasət məhz uşaqlara yönləndirilib".

Uşaqlardan sonra diqqət mərkəzində ikinci kimlər durur?

Küçəyə atılan qocaların sayının artdığını müşahidə edirik. Mehriban Zeynalova onların əksəriyyətinin evləri əllərindən alınmış adamlar olduğunu deyir. Bu aspektdə müəyyən tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayan ekspert hesab edir ki, 60 yaşından sonrakı qocaların kiməsə etibarnamə verməsi, əmlakını satmaq istəməsi məsələləri araşdırılmalıdır.

O ki qaldı, məişət zorakılığından əziyyət çəkən insanlar üçün sığınacaqların yaradılmasına Mehriban Zeynalova bildirib ki, qadın komitəsinin rayonlarda 11 belə mərkəzi var: "Bu mərkəzlər Türkiyədəki danışma mərkəzlərinə də bənzəyir. Burada daha çox məsləhət verilir, yardımlar göstərilir, müəyyən problemlər həll edilir. Ancaq sığınacaqlar hələ ki, fəaliyyət göstərmir. Yeganə sığınacaq bizim təşkilatın nəzdindəki qadın sığınacağıdır, bir də Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyilə insan alveri qurbanları üçün nəzərdə tutulan mərkəzdir".
Qərbdən Öyrənəcəyimiz Təcrübə və doğru yoldayıqmı?

Qərbdən Öyrənəcəyimiz TəcrübəUşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının sədri Nazir Quliyev deyir ki, Nazirlər Kabinetinin bu qərarına qədər uşaqların yerləşdirilməsi rayon icra hakimiyyətindəki komissiyalara və qəyyumluq orqanlarına baxırdı. Onlar həmin uşaqları dövlət uşaq evlərinə, internatlara, ahılları isə Qocalar evlərinə yerləşdirirdilər. Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən bu qaydaların tətbiq olunması vəziyyəti yüngülləşdirə bilər. "Sosial Xidmətlər Haqqında Qanunun 7-ci maddəsində konkret olaraq çətin həyat şəraitinə kimlərin daxil edildiyi göstərilib. Bu insanların yerləşdirilməsi artıq qaydalara müvafiq olaraq yaradılmış müəssisələrə yönələcək".

Doğru yoldayıqmı?

Ekspertlərin verdiyi dəyərləndirmədə problemə qeyri hökumət təşkilatlarının müəyyən qədər cəlb olunduğu görünsə də, bu problemin həllini dövlət əsasən öz fəaliyyəti çərçivəsində saxlayır. Bu da daha çox Sovet modelini xatırladır. Yəni qocalar evi, internatlar.

Qərbdən Öyrənəcəyimiz Təcrübəİqtisadçı exspert Natiq Cəfərli Avropada bu işlə əsas etibari ilə xeyriyyə təşkilatlarının məşğul olduğunu deyir. Və dövlət də öz növbəsində qanunvericilikdə nəzərdə tutulan güzəştlərlə sivil toplumun fəaliyyətini yüngülləşdirir. "Məsələn, dövlət bu işlə məşğul olan təşkilatlara qrantlar ayırmaqla, vergidən azad etməklə qeyri hökumət təşkilatlarını stimullaşdırır. Eyni zamanda dövlət strukturları özləri də sosial proyektlərdə iştirak edirlər."

Azərbaycan hakimiyyətinin problemə yanaşmasını Sovetlərlə müqayisə edən ekspertin fikrincə, bu şəkildə korrupsiyaya yol açılır. "Dövlətin bu problemə birbaşa müdaxiləsi onu həll etmir, əksinə əngəllər yaradır. Məsələn, dövlət konkret hansısa layihəni reallaşdırana qədər vəsaitin böyük hissəsini bürokratik aparatına xərcləyir. Və bu yol da yeyintilərdən keçir".
Qərbdən Öyrənəcəyimiz Təcrübə və doğru yoldayıqmı?

"Xarici ölkələrdə bu problemlə məşğul olmaq həm imic, həm də təşviq məsələsidir" deyən Natiq Cəfərli ən uğurlu model kimi Skandinaviya ölkələrinin qəbul olunduğunu bildirib. "Həm dövlətin güzəştləri və ianələri, həm də biznes yardımları ilə fəaliyyət göstərən təşkilatlar bu işi dövlətdən daha yaxşı görürlər. Məsələn, Türkiyədə bələdiyyələr daha çox xeyriyyəçilik, ərazidən toplanan ianələrin hesabına uğurlu sosial layihələr həyata keçirirlər".

Əslində nümunə kimi hazırda dünyada iki model - Amerika və Avropa modelləri formalaşıb. Amerika modeli sosial yardımların həyata keçirilməsində dövlətin təsirinin güclü olması ilə xarakterizə olunur, Avropa modeli isə sosial layihələrdə daha çox kommunaların, yəni şəhər və kəndlərdə yerli özünü idarəetmənin rolunu qabardır.

Bu işin həyata keçirilməsində önəmli məqamlardan biri də sosial işçilərin professional hazırlığı məsələsidir. Bu gün sosial işlərin ən uğurlu modeli doğrudan da, Norveç, İsveç və Finlandiyadadır. Bütün dünyada sosial işlərdə çalışan insanların hazırlığı nəzəri deyil, praktiki səviyyədə həyata keçirilir. Odur ki, əsrlərlə oturuşmuş praktiki sosial işlərin xarici təcrübəsini öyrənmək çox önəmlidir. Bizim insanlar psixoloji olaraq bu işə hələ hazır deyillər. Yəni qısası sosial qayğı mədəniyyəti bizdə hələ formalaşmayıb. Qərbdən öyrənəcəyimiz çox şey var hələ.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlikdən uşaqlar üçün yeni xidmət

    Nazirlikdən uşaqlar üçün yeni xidmət ...

    3-03-2015, 17:29

  • 
  • Valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı razılığ

    Valideyn himayəsindən məhrum olmuş uşaqlarla ...

    26-08-2013, 11:26

  • 
  • Jurnalistlərlə bağlı yeni qayda təsdiqləndi

    Jurnalistlərlə bağlı yeni qayda təsdiqləndi ...

    19-08-2015, 11:22

  • 
  • Varlı ailələrin övladlarına xüsusi yardım nəzərdə tutan qanun hazırlanır

    Varlı ailələrin övladlarına xüsusi yardım nəzərdə ...

    28-11-2013, 15:15

  • 
  • Ali məktəblərə qəbul qaydaları AÇIQLANDI

    Ali məktəblərə qəbul qaydaları AÇIQLANDI ...

    14-03-2016, 12:40


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (76)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu