GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Mayın 14-də sülh sazişi imzalanacaq? - AKTUAL

Mayın 14-də sülh sazişi imzalanacaq? - AKTUAL

Tarix: 9-05-2023, 13:12 Bölmə :Siyasət Baxış: 275

Mayın 14-də sülh sazişi imzalanacaq?

İlham Əliyev və Nikol Paşinyan mayın 14-də Brüsseldə görüşə bilərlər.

“Financial Times”a istinadla xəbər verir ki, bu barədə görüşə hazırlıqla bağlı xəbərdar olan diplomatlar məlumat veriblər. Bildirilir ki, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən danışıqlara Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel vasitəçilik edəcək. Mayın əvvəlindən başlayaraq, 4 gün davam edən Vaşinqton görüşləri nəticəsində tərəflərin iyunun 1-də Moldovanın paytaxtı Kişinyovda “Münasibətlərin Tənzimlənməsi Sazişi”ni imzalayacağı qeyd edilir. İddialara görə, Azərbaycan və Ermənistan məlum sazişi Moldova keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin ikinci iclasında imzalaya bilərlər. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ABŞ-ın dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə mayın 14-də Vaşinqtonda keçirilən danışıqlarda sülh sazişi layihəsini razılaşdırmaq mümkün olmayıb. Lakin diplomatik təmas üçün yeni platformaların mövcud olması sülh danışıqları üçün imkanların tükənmədiyini göstərir. Mayın 14-də Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə bir araya gələcəyi, ardınca isə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Miroyanın Moskvada görüş keçirəcəyi gözlənilir. İyunun 1-də isə Kişinyovda Prezident İlham Əliyev və Baş nazir Paşinyanın növbəti dəfə müzakirələrinin təşkil olunacağı xəbər verilir.

DİA.AZ-ın məlumatına görə, politoloq İlqar Vəlizadə Cebhe.info-ya açıqlamasında bildirib ki, Brüsseldə substantiv danışıqların aparılacağı gözlənilir. Lakin tərəflər arasında sülh sənədinin imzalanacağı real görünmür.

“Brüssel görüşündə razılaşmanın olacağını gözləmək sadəlövhlük olar. Xüsusilə də tərəflərin son açıqlamaları gösərir ki, razılaşdırılması çətin olan problemlər var. Azərbaycanın işğal altında olan anklavlarının qaytarılması ilə bağlı ciddi fikir ayrılığı mövcuddur. Görünür, Ermənistan həmin əraziləri qaytarmaq istəmir. Digər tərəfdən, Ermənistan Qarabağdakı ermənilərlə təmasların aparılmasını beynəlmilləşmiş müstəvidə görür. Azərbaycan isə buna etiraz edir və öz daxili işi sayır. Burada heç bir beynəlxalq mexanizm tətbiq olunmamalıdır. Bu məsələdə də fikir ayrılığı var. Rəsmi Bakı Ermənistanın bu mövqeyini Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə müdaxilə kimi qiymətləndirir. Bu isə o deməkdir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır və onu müəyyən amillərlə şərtləndirir. Amma bu, düzgün deyil. Paşinyan hakimiyyəti Ermənistanın ərazisinin 29,8 min kv.km. təşkil etdiyini iddia edir. Bu halda Ermənistan Azərbaycanın 86,6 min kv.km. əraziyə malik olduğunu qəbul etməlidir”.

O bildirib ki, Brüssel görüşündə çox güman ki, substansiv danışıqlar aparılacaq:
“Yəni tərəflər hər hansı bir məsələ ilə bağlı ortaq məxrəcə gəlibsə, artıq onun müzakirəsinə yenidən qayıtmırlar və danışıqlar davam edir. Ümid edirəm ki, Brüsseldə tamamlanmış məsələlərə qayıdılmayacaq və gündəlikdə olan digər mövzular diqqət mərkəzində olacaq. Amma sülh sazişinin əldə olunması ilə bağlı razılaşma inandırıcı görünmür. Amma tərəflərin yanaşmasında müəyən irəliləyişlər ola bilər. Danışıqlar prosesində Qərb meydançasının fəallaşması müşahidə olunur. Bu mərhələdə ABŞ Avropa İttifaqı ilə tərəfdaş mövqedən çıxış edir. ABŞ artıq “topu” Avropa İttifaqının meydançasına ötürür. Abncaq hər hansı sənədin imzalacağını gözləmirəm. İyunun 1-də Kişinyovda müəyən razılaşmanın imzalanacağına dair proqnozlara gəlincə, bu şübhə doğurur. Çünki nə Azərbaycan, nə də Ermənistan qarşı tərəfin redaksiyasında təqdim etdiyi şərtləri qəbul etmək istəyir”.
Politoloq hesab edir ki, Kişinyovda Azərbaycana hər hansı çərçivə sənədi deyil, sülh sazişinin mətninin razılaşdırılması lazımdır. İlqar Vəlizadənin sözlərinə görə, Paşinyanın guya Azərbaycanın nəzarətində olan 4 anklavın Qazax və Sədərək rayonlarının Ermənistanın işğalı altındakı səkkiz kəndə dəyişdirilməsi təklifi əslində sülh prosesini dalana dirənməsinə səbəb ola bilər. Ermənistan işğal etdiyi Azərbaycan kəndlərindən çəkilməlidir. Ərazilərin qarşılıqlı mübadiləsindən söhbət gedə bilməz.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi haqda

    Elmar Məmmədyarov Ermənistanla Böyük sülh sazişi ...

    15-10-2014, 15:08

  • 
  • Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ-də danışıqların final raundunu keçirəcəklər

    Bu gün Azərbaycan və Ermənistanın xarici işlər ...

    4-05-2023, 14:20

  • 
  • Səfir: "Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş ilə bağlı danışıqlarda irəliləyişlər əldə olunmaqdadır"

    Səfir: "Azərbaycanla Avropa İttifaqı ...

    2-07-2019, 10:40

  • 
  • Təzyiq altında qalan Paşinyan: Sülh sazişi yaxın günlərdə imzalana bilər? - İNCƏLƏMƏ...

    Təzyiq altında qalan Paşinyan: Sülh sazişi yaxın ...

    21-05-2022, 09:55

  • 
  • Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır - Prezident

    Azərbaycan Ermənistanla sülh sazişi üzərində ...

    22-05-2021, 12:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu