GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Bakının cavabı şok yaşatdı: 1918-20 xəritəsi gündəmdə

Bakının cavabı şok yaşatdı: 1918-20 xəritəsi gündəmdə

Tarix: 6-06-2023, 14:10 Bölmə :Siyasət Baxış: 243

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində saxlanılan 1975-ci il xəritəsinin guya sərhədlərin delimitasiyasında əsas götürüləcəyi haqda bir müddətdir rəsmi İrəvanın apardığı təbliğata ötən gün Azərbaycan XİN cavab verdi və bütün bu iddiaları yalanladı.

Gundemxeber.Az Axar.az-a istinadən xəbər verir ki, Bakının bu cavabı Ermənistan rəsmilərini təkzibə məcbur etdi, ardınca isə erməni mediası və politoloqlar "digər münasib variantlar" üzərində şərhlərə başladılar. Belə ki, hazırda "daha əvvəlki" xəritələrlə bağlı fikirlər səsləndirilməkdədir. Erməni politoloq Artur Qazinyan 1926-cı il xəritələrinin əsas götürülməsinin vacibliyini irəli sürüb. O iddia edib ki, SSRİ-yə daxil olan zaman Azərbaycan və Ermənistan sərhədləri ilk dəfə 1926-cı ildə ayrılmışdır, sonrakı dəyişikliklər isə "formal xarakter" daşıyırdı.

Bu isə ermənilərin özündə belə şübhə ilə qarşılanıb. Çünki 1926-cı il "xəritəsi" deyə bir anlayış yoxdur, 1920-29-cu illərdə ermənilər bir neçə dəfə Azərbaycandan əlavə torpaqlar almağa çalışıblar ki, bunlardan biri də 1926-ci ilə aiddir. Amma SSRİ zamanı ilk razılaşdırılmış xəritə 1929-cu ildə olub. O ki qaldı Qazinyanın dediyi kimi, hər iki respublikanın SSRİ-yə daxil olmasına qədər olan ərazilərinə, bununla bağlı elə erməni politoloqlar özləri narahatlıqlarını ifadə ediblər.

Politoloq Argişti Kiviryan bildirib ki, Azərbaycan Respublikası Azərbaycan SSR-in deyil, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu elan edib. Həqiqətən də Konstitusiyamızda da Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Belə olduğu halda isə Azərbaycan varisi olduğu respublikanın ərazisinə iddia etmək hüququ əldə edir.

Belə ki, 1920-ci il 11 yanvarda Azərbaycan Xalq Cümhuriyyəti ABŞ da daxil olmaqla, dünyanın o dövr üçün ən qüdrətli ölkələri tərəfindən tanınıb. AXC hansı ərazilərlə tanınıbsa (1920-ci il 11 yanvarda), o ərazilərə də Azərbaycan Respublikası iddia etmək haqqına sahibdir

Kirikyan bildirib ki, bunu əsas götürərək, Azərbaycan Zəngəzur və Göyçə gölünün yarısına iddiasını beynəlxalq müstəviyə qaldıra bilər.

Əslində erməni politoloqların bu istiqamətdə şərhləri Ermənistan Baş naziri Nikol Paşinyanın "29,8 min kv.km üçün kadastr almaq" arzusu və "Qarabağdan imtina etməsək, Ermənistanın öz ərazisi və suverenliyi təhlükə altına düşəcək" sözlərinin mahiyyətini anlamağa imkan verir. Məsələ budur ki, Ermənistanın "29,8 min kv.km ərazisi" hüquqi olaraq tanınmayıb, Ermənistanın işğal siyasətindən əl çəkməməsi isə varislik hüququnu aktivləşdirir və Azərbaycana əlavə şans verir. Beləliklə, 1920-ci il 11 yanvar de-yure tanınması və xəritələri ortaya gətirilə bilər.

Digər tərəfdən, erməni politoloqlar Ermənistanın işğalı zamanı taladığı sərvətlərə görə Azərbaycanın hüquqi prosedura başlamaq üçün hazırlıq görməsindən də əndişədədirlər. Kirikyan bildirib ki, Azərbaycan işğal zamanı dağıdılan evlərə, Yer üzündən silinən şəhərlər, maddi-mədəni abidələrə və talanan təbii sərvətlərə görə ən azı 50 milyard dollarlıq iddia qaldırmağa hazırlaşır (bu, qeyri-dəqiq rəqəmdir, son hesablamalara görə, Azərbaycana vurulan maddi zərər bir neçə yüz milyad dollardır - red.). Erməni politoloqlar anlayır ki, bu maddi təzminatı Ermənistan ödəmək iqtidarında deyil və bunun əvəzi olaraq Azərbaycan Zəngəzuru tələb etmək haqqı qazana bilər və Kirikyan bunu açıq şəkildə bəyan da edib.

Nəticə etibarilə İrəvanın aylardır gündəmə gətirmək istədiyi və delimitasiya üçün əsas götürməyə çalışdığı 1975-ci il xəritəsində israrının mahiyyəti üzə çıxmaqdadır. Rəsmi Bakının bircə cavabı (ötən gün Azərbaycan XİN-in cavabı nəzərdə tutulur - red.) ilə ümidləri puç olan Ermənistan hazırda "ən münasib digər variantlar" üzərində çalışmaqla məşğuldur.

Azərbaycan hər hərbi, həm siyasi, həm hüquqi, həm də tarixi baxımdan ən üstün mövqedədir və ona görə də sərhəd delimitasiyası, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanın şərtləri ilə aparılacaq.

Ermənistan buna qarşı çıxdıqca tarixi gerçəklik və hüquqla üz-üzə qalacaq.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Ermənistanda bütün minalanmış ərazilərin xəritəsi yoxdur” - Zərdüşt Əlizadə

    “Ermənistanda bütün minalanmış ərazilərin ...

    9-04-2021, 12:20

  • 
  • Sərhədlər 1974-cü ilin xəritəsi ilə müəyyənləşəcək? – “Bizə sərf etmir, ermənilər isə…”

    Sərhədlər 1974-cü ilin xəritəsi ilə ...

    17-12-2021, 16:23

  • 
  • Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı layiqincə veriləcək - Nazirlik

    Ermənistan yenidən təxribatlara əl atarsa, cavabı ...

    31-07-2020, 16:56

  • 
  • Azərbaycan prezidenti iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrini təsdiq edib

    Azərbaycan prezidenti iqtisadiyyatın əsas ...

    7-12-2016, 00:11

  • 
  • İrəvandan Ankaraya 3 bəndlik “yol xəritəsi”

    İrəvandan Ankaraya 3 bəndlik “yol xəritəsi” ...

    10-12-2013, 14:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu