GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvandan Ankaraya 3 bəndlik “yol xəritəsi”

İrəvandan Ankaraya 3 bəndlik “yol xəritəsi”

Tarix: 10-12-2013, 14:55 Bölmə :Siyasət Baxış: 670
İrəvandan Ankaraya 3 bəndlik “yol xəritəsi”
Ermənistan Tükiyə ilə münasibətləri normallaşdırmaq üçün planı 10 gün əvvəl Əhməd Davudoğluna çatdırıb

Türkiyə xarici işlər nazirinin İrəvana səfərinə az qalmış Ermənistan XİN-in iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün rəsmi Ankafaya “yol xəritəsi” təqdim etdiyi açıqlanıb.

Ermənistanın iqtidaryönlü “Aravot” qəzeti XİN-dəki mənbəyə istinadən yazır ki, bu təklif 10 gün əvvəl diplomatik kanallarla Tükiyənin xarici işlər naziri Əhməd Davudoğluna çatdırılıb.

Ə.Davudoğlu dekabrın 12-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısına qatılmaq üçün İrəvana səfər edəcək. Səfər zamanı Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsi də müzakirə olunacaq. Ə.Davudoğlu bu məqsədlə prezident Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbəndyanla ayrıca görüşlər planlaşdırır.

Ə.Davudoğlu səfər ərəfəsində Türkiyə KİV-lərinə bildirib ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşması və sərhədlərin açılması üçün İrəvana təkliflərini çatdıracaq. Bu təkliflərə əsasən Ermənistan Dağlıq Qarabağ ətrafında işğal edilmiş 7 rayondan ikisini boşaltmağa razılıq versə, Türkiyə sərhədləri açacaq.



Lakin Ermənistan tərəfinin təqdim etdiyi “yol xəritəsi” Türkiyənin təkliflərinə diametral şəkildə ziddir. Mənbənin bildirdiyinə görə, “yol xəritəsi”ində 3 konkret bənd yer alır:

1. Türkiyə “erməni soyqırımı”nı rəsmən tanıyır, öz məsuliyyətini boynuna alır və erməni diasporu qarşısında üzr istəyir;

2. Ermənistanla sərhədləri dərhal açır və diplomatik münasibətlər qurur;

3. Yalnız bundan sonra Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sülh səyləri ilə çıxış edə, hərbi ritorikanın azaldılması, təmas xəttində insidentlərin qarşısının alınması, snayperlərin geri çəkilməsi və xalqların sülhə hazırlanması məsələsində ictimai proqramların reallaşdırılması hüququ qazanır.

Gözlənilir ki, Davudoğlunun İrəvana səfəri zamanı onun bu təkliflə bağlı Ankaranın cavabını erməni həmkarı Edvard Nalbəndyana təqdim etməyə imkanı olacaq.

Əgər qəzetin yazdıqlarına inansaq, erməni tərəfinin Ankaraya təqdim etdiyi “yol xəritəsi”nin Türkiyə üçün nə dərəcədə alçaldıcı olduğuna şübhə yoxdur.

Bu təkliflərdən də göründüyü kimi, Ermənistanın Türkiyə ilə münasibətəri normallaşdırmaq üçün 2009-cu ildən bəri mövqeyində dəyişiklik olmayıb. İndi guya erməni tərəfi iki təslimçi şərtin yerinə yetirilməsindən sonra Türkiyənin Qarabağ prosesində əhəmiyyətsiz rol almasına imkan yaratmağa hazırdır.



Əgər belədirsə, Türkiyə diplomatiyasının “biz regionda sülh yaratmaq üçün hərəkətə keçirik” kimi pafoslu bəyanatlarının səbəbini anlamaq olmur. Hansı sülh yaratma səylərindən söhbət gedə bilər ki, Ermənistan Türkiyənin münasibətləri normallaşdırmaq üçün Qarabağ məsələsinə bu və ya digər formada istinad etməsini yaxına belə buraxmır?! Hansı ki, neçə gündür Türkiyə iqtidarına bağlı media durmadan “Davudoğlu İrəvana 2 rayon təklifi ilə gedir” məzmununda xəbərlər yaymaqdadır.

Belə görünür ki, Türkiyə hökuməti Davudoğlunun İrəvana Ermənistanın indiki mövqeyi baxımından heç də yerinə düşməyən səfəri ilə bağlı Azərbaycan ictimaiyyətini sakitləşdirmək üçün bu cür informasiya-təbliğat kampaniyası aparır. Məqsəd Azərbaycan ictimaiyyətini inandırmağa çalışmaqdır ki, Davudoğlu İrəvanda Qarabağ şərtini kənara qoyub hansısa sövdələşməyə getməyəcək.

2009-cu ildə də Türkiyə hökuməti Azərbaycanı bu cür inandırmağa çalışırdı, ancaq sonda gizli sövdələşmə açıldı. Ona görə də Azərbaycan Türkiyə iqtidarının rəsmi mövqeyini qəbul etməklə bərabər ehtiyatını da əldən verməməlidir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Davudoğlu İrəvana gedir

    Davudoğlu İrəvana gedir ...

    6-12-2013, 08:26

  • 
  • Davudoğlunun təyyarəsində üç erməni

    Davudoğlunun təyyarəsində üç erməni ...

    13-12-2013, 10:27

  • 
  • Davudoğlu Sərkisyan üçün “Qarabağ təklifi” hazırladı

    Davudoğlu Sərkisyan üçün “Qarabağ təklifi” ...

    9-12-2013, 13:01

  • 
  • Davudoğlu iki rayonun qaytarılmasından danışdı - Yeniləndi

    Davudoğlu iki rayonun qaytarılmasından danışdı - ...

    12-12-2013, 23:56

  • 
  • Davudoğlu: “Ermənistanla bir araya gəlməyimiz cinayət deyil”

    Davudoğlu: “Ermənistanla bir araya gəlməyimiz ...

    16-12-2013, 01:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu