GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putinlə Paşinyan Soçidə nə danışdılar?

Putinlə Paşinyan Soçidə nə danışdılar?

Tarix: 12-06-2023, 11:44 Bölmə :Siyasət Baxış: 154

"Biz bunu nəzərə alarıq” - burada bir daha yada salaq ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun Nikol Paşinyanın "Biz Ukrayna müharibəsində Rusiyaya müttəfiq deyilik” məzmunlu bəyanatına reaksiyası belə olmuşdu. Bəli, çox yığcam, amma yığcam olduğu qədər də çoxmənalı!


Ermənistanın baş naziri Paşinyan Soçidə olarkən bu sözləri xatırlamaya bilmədik. Ona görə ki, "Putin və Paşinyan nələrdən danışdılar” sualının cavabı həm də bu reaksiyadan keçir. Qərəz, tərəflərin danışmaq üçün mövzuları çoxdur.

Birincisi, ən əsas mövzu ikitərəfli münasibətlərdir. Ermənistanda Rusiyanın və onun geosiyasi-geoiqtisadi layihələrinin tənqidi, özü də ciddi tənqidi getdikcə sistemli xarakter alır. Özü də bu, bir qərbçi komandanın "söz oyunu” deyil, yox, bu, onların hərəkət planı, proqramı və məramnaməsidir. Cəmi bircə ay bundan əvvəl Paşinyan və komandası KTMT-ni "uğursuz dövlətlərin klubu” adlandırmışdı. Bu isə o deməkdir ki, yeni siyasi komanda Rusiya ilə birlikdə keçirilən bu illərin İrəvan üçün demək olar ki, faydasız olduğunu başa düşür. Bu vaxta qədər onlar üçün Azərbaycanın işğal olunmuş rayonları, xüsusən də Dağlıq Qarabağ bir təsəlli idi – bəli, ermənilər "Böyük Ermənistan” naminə ölkələrini Rusiyanın ayaqları altına atmışdılar. Amma indi bu da yoxdur – Azərbaycan işğal olunmuş rayonlarını qaytarıb, hətta Dağlıq Qarabağ üzərində demək olar ki, öz nəzarətini bərpa edib. Ona görə də Ermənistanın Qərbə yönəlik siyasəti ciddi məzmun almağa başlayır – İrəvan öz ərazisində Qərbin missiyasını gücləndirir, KTMT-nin əlavə qüvvələrini ölkəyə dəvət etməyə tələsmir. Üstəlik, gələcək Zəngəzur dəhlizinin belə təhlükəsizliyini Rusiyaya həvalə etməyə tələsmir. 

Bir sözlə, indiyədək itaətkar olan Ermənistanla Rusiyanın hazırki münasibətləri heç bir vaxt belə kritik olmamışdı. Ən başlıcası odur ki, məsələ təkcə Paşinyanlıq da deyil. Onu cəmiyyətin böyük hissəsi hələ ki müdafiə edir və Rusiya Ermənistanın məsələsini yalnız növbəti bir terrorla həll edə bilər.

İkincisi, Rusiyanın Dağlıq Qarabağ müstəvisində də yeri və rolu o qədər də ürəkaçan deyil. Vaxtilə həmsədrlik institutu prosesin tamam Rusiyanın nəzarətinə keçməməsi üçün yaradılmışdı. İndi daha Minsk Qrupu yoxdur, onun əvəzində paralel danışıqlar sxemi var: Bir tərəfdə ABŞ və Fransa, digər bir tərəfdə Rusiya danışıqlar aparır. Fransa suları bulandırmağa çalışsa da o, Qərb, eləcə də ABŞ təəssübkeşliyindən vaz keçə bilməz, ona görə də çalışır ki, ABŞ-ın apardığı prosesə əngəl olmasınr
Rusiya isə tamamilə başqa məsələdir. O, prosesi tamam özünün nəzarətinə götürməyə çalışır. Burada incə bir detal var. Rus sülhməramlı kontingentinin 2025–ci ildə bölgədən çıxarılması haqqında çağırışlar mütəmadi və sistemli xarakter almağa başlayır. Ruslar yəqin bu varianta hazırlaşır və güman ki, alternativ sxemlər üzərində işləyirlər. Rusiyanın bölgədə qalmasının daha bir yolu onun Zəngəzur layihəsində iştirakı ola bilər – belə ki, ruslar bu dəhlizin təhlükəsizliyinin təmin olunmasını öz üzərlərinə götürmək istəyirlər. Bu günlərdə Rusiyanın baş nazirinin müavini də bəyan etdi ki, gələcək dəmiryolu ilə bağlı əsas məsələlər razılaşdırılıb. Amma bütün hallarda bir məsələ qalır: bu da onun təhlükəsizliyinin kim tərəfindən təmin ediləcəyidir. Bir daha deyirik ki, ermənilər hələ ki bu missiyanı Rusiyaya həvalə etmək istəmirlər. 
Qeyd edək ki, bunu Qərb də istəmir, belə ki, kommunikasiyaları Rusiyanın nəzarətindən çıxarmaq Qərbin çoxdankı planlarına daxildir. İndiki şəraitdə, Rusiya ilə Qərbin qarşıdurması pik həddə olduğu bir vaxtda çətin ki, ABŞ buna razı olsun.
Qərəz, proseslər belə qəliz şəraitdə gedir. İrəvan hələ ki ziddiyyətlərdən faydalanmağa çalışır, bir növ vaxt udmağa cəhd edir. Amma cəmiyyətin və hətta Paşinyanın müttəfiqi Qərbin ondan müəyyən gözləntiləri var. O, unutmamalıdır ki, bir vaxt onu heç Kaliforniya merinin müavini belə qəbul etmirdi. Erməni cəmiyyətinə gəldikdə isə, onu otuz il tamam başqa vədlərlə aldadırdılar. Bu vədlər yalan çıxdı. 
Doğrudanmı, erməni cəmiyyəti bunun fərqində deyil?

Hüseynbala Səlimov


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış etdi

    Paşinyan Soçidə: Rusiyadakı ermənilərə çağırış ...

    14-05-2018, 11:17

  • 
  • Paşinyan Putinlə görüşmək niyyətindədir

    Paşinyan Putinlə görüşmək niyyətindədir ...

    3-09-2018, 11:44

  • 
  • “Putin-Paşinyan görüşündə hər hansı sənəd imzalanmayacaq” - Kreml

    “Putin-Paşinyan görüşündə hər hansı sənəd ...

    7-07-2021, 15:01

  • 
  • Paşinyan Köçəryana cavab verdi: “Burda küçə davası getmir, biz siyasi meyitlərlə mübarizə aparırıq”

    Paşinyan Köçəryana cavab verdi: “Burda küçə ...

    17-09-2018, 12:13

  • 
  • Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...”

    Paşinyan: “Putini başqa cür təsəvvür edirdim...” ...

    26-07-2018, 14:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu