Gundemxeber.az » Siyasət » Bakı irəliləyir, separatçılar yalvarır: Araikdən Putinə şok məktub - NƏ BAŞ VERİR?
Xankəndidəki separatçıların “başçısı” Araik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə ad günü münasibətilə məktub ünvanlayıb.
Araik Putinin adı gününü bəhanə edərək, ona ünvanladığı məktubda Rusiya prezidentindən Qarbağda separatizmə dəstək verməsini xahiş edir.
Məktubun mətni separatçıların “başçısı”nın Putinə yalvardığını deməyə əsas verir.
Araik Azərbaycanın separatizmə qarşı addımlarından şikayətlənir və bunun Rusiyanın təhlükəsizlik təminatlarına qarşı addım kimi təqdim edir. Bununla Putinə demək istəyir ki, “Bakı Moskvanın Qarabağ planını pozur”, “Rusiyanın bölgədəki maraqları üçün separatçıların mövcudluğu əhəmiyyətlidir”.
Moskvanın Qarabağdakı planları, eləcə də Azərbaycanın öz suverenliyinə qarşı olan təhdidləri aradan qaldırmaq istiqamətindəki addımları sirr deyil. Burada əsas məsələ separatçıların “başçısı”nın bu məsələləri dilə gətirərək, Putinə “bizi xilas edin” məğzindəki yalvarmasıdır. Və bu məqam separatçıların indiyə qədər arxalandığı Rusiyanın da artıq onları qorumadığı, yaxud qoruya bilmədiyi reallığının dilə gətirilməsidir. //Publika.az//
31-10-2020, 12:18
15-08-2019, 17:51
9-03-2014, 12:56
13-08-2013, 00:30
2-01-2019, 11:45
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?