GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Vasif Talıbovun Bakıdakı adamlarını vəzifədən qovurlar

Vasif Talıbovun Bakıdakı adamlarını vəzifədən qovurlar

Tarix: 3-12-2013, 08:22 Bölmə :Siyasət Baxış: 2 105
    Vasif Talıbovun Bakıdakı adamlarını vəzifədən qovurlar
Naxçıvan Ali Məclisi sədrinin xalası oğlunun həbsindən sonra yaxın qohumu da vəzifəsini itirdi; Binəqədinin icra başçısı Xaləddin İsgəndərov vergilər naziri Fazil Məmmədova güvənsə də, “Naxçıvan xanı”nı yenəcək gücdə deyil; bəs nə baş verir?
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov özünün birinci müavini Qəzənfər Novruzovu tutduğu vəzifədən azad edib. Modern.az saytının xəbərinə görə, bu barədə icra başçısı 7-ci mikrorayon Fərman Məlikov küçəsindəki “Xeyir-şər evi”ndə sakinlərlə keçirdiyi görüşdə məlumat verib. Q.Novruzovun işdə yol verdiyi nöqsanlara görə vəzifədən çıxarıldığını deyən icra başçısı birinci müavininin buraxdığı səhvlər barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, bu görüşdə icra başçısı ilə yanaşı, müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri və 136 nəfər mikrorayon sakini iştirak edib.
Q.Novruzovun adı müxtəlif qalmaqallarda hallandırılırdı. Eyni zamanda Binəqədi sakinləri arasında da ondan narazılıq edənlərin çox olduğu bildirilir.

Maraqlıdır ki, icra başçısının birinci müavinin çıxarılması xəbərindən dərhal sonra Q.Novruzovun adı Binəqədi Rayon İcra Hakimiyyətinin http:binegedi-ih.gov.az saytından çıxarılıb, birinci müavinlə bağlı qrafa boş qalıb.

“Yeni Müsavat” işdən çıxarılan Q.Novruzovla bağlı ilginc məlumatlar əldə edib. Məlumata görə, Q.Novruzov Naxçıvan Muxtar Respublikasının daxili işlər nazirinin müavini Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır. Onun bir qardaşı hazırda Bakı Şəhər İcra Hakimiyyətinin yaşıllaşdırma departamentinin rəisi, digər qardaşı isə Nizami rayonunun sosial təminat idarəsinin rəisi postlarını tutur.

Əldə etdiyimiz digər məlumata görə, Q.Novruzov bir aya yaxındır ki, işə çıxmırmış. Onun hətta ölkədən gizli çıxdığı barədə də xəbərlər vardı. İddia olunurdu ki, başçının birinci müavini rayon icra hakimiyyətinə dövlət büdcəsindən ayrılan 2 milyon manatlıq vəsaitin mənimsənilməsindən sonra işə gəlmirmiş. Qeyd edək ki, bu mənimsəmə faktı ilə bağlı Binəqədi İH-in Yaşıllaşdırma İdarəsinin müdiri həbs olunub. Aparılan araşdırmalar nəticəsində Binəqədinin abadlaşdırılması və yaşıllaşdırılması işlərinə məsul olan Q.Novruzovun məhz həmin müəmmalı 2 milyon məsələsində əsas suçlu olduğu müəyyənləşib. Bundan sonra isə onunla “əlaqə kəsilib”. Hətta icra başçısı ona “gəlsin, söhbət edək” mesajı yollasa da, Q.Novruzov kabinetinə qayıtmayıb.

Prezidentinin 26 aprel 2012-ci il tarixli sərəncamı ilə Binəqədiyə icra başçısı təyin edilən X.İsgəndərov bir sıra vəzifəli adamlarla yola getmirdi. Onların sırasında YAP-ın Binəqədi təşkilatına 2007-ci ildən rəhbərlik edən Nəbi Xəlilov da vardı. Deputat Rafael Cəbrayılovla iş ortağı olan N. Xəlilov bu ilin iyul ayında vəzifəsindən getdi. X.İsgəndərov təşkilatın yeni sədri vəzifəsinə yaxın adamı, Binəqədi İHN-in Ərazi və yerli özünidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovu seçdirdi. Məlumatlı mənbənin dediyinə görə, Q.Novruzovla da X.İsgəndərovun pul qalmaqalından əvvəl də münasibətləri gərgin olub. Binəqədinin yaşıllaşdırmasına ciddi fikir verən icra başçısı, nəhayət, yeyinti faktından sonra Q.Novruzovla “qırılmağa” bəhanə tapıb.

Aydındır ki, icra başçısı V.Talıbov kimi qüdrətli adamın qohumunu yalnız öz ambisiyaları səbəbindən sıxışdıra bilməzdi. Q.Novruzovun 2 milyonluq mənimsəmədə əli varsa belə, onu Bakıdan didərgin salmaq X.İsgəndərovun təkbaşına bacara biləcəyi iş deyil. X.İsgəndərov qaynı olan vergilər naziri Fazil Məmmədova arxalansa belə V.Talıbovla üz-üzə gələ bilmək gücündə deyillər. Bu fakt onu göstərir ki, V.Talıbovun zəiflədilməsi prosesi daha da sürətlənib və yerli məmurlar da, sadəcə, sifarişi icra edirlər.

V.Talıbovun “vurulması” barədə xəbərlər bu ilin avqust ayının 7-də xalası oğlu, Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri əvəzi işləmiş Nicat Quliyevin həbsindən sonra daha da intensivləşib. Məlumdur ki, artıq 5 aya yaxındır həbsdə olan N.Quliyev MTN-in xüsusi əməliyyatı nəticəsində həbs edilib. MTN-in rəsmi açıqlamasında bildirilib ki, N.Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir. N.Quliyev isə bu müddətədək izahat vermir və ittihamları rədd edir.

V.Talıbov da bu həbsi daha çox Bakıdakı - hakim komandadakı rəqiblərindən görür. Məlumdur ki, “Naxçıvan xanı” uzun müddətdir ki, Bakıdakı bəzi nazirlərin muxtar vilayətə gəlməsinə qadağa qoyub. Bu və digər səbəblərdən Bakıda çoxlu güclü düşmən qazanan V.Talıbov bu əməliyyatı özünə qarşı qurulmuş kompromat hesab edir. Son aylar Vasif Talıbov Bakıya az-az gəlir. Məlumata görə, sonuncu dəfə Bakıya oktyabrın 19-u səhər inauqurasiya mərasiminə şəxsi təyyarəsi ilə gələn V.Talıbov tədbirdə iştirak etdikdən dərhal sonra Naxçıvana qayıdıb. Mərasimdən sonra da heç kimlə xüsusi vidalaşmadan zalı tərk edib. V.Talıbovun Bakıda yaşayan oğlanlarının da son vaxtlar bahalı avtomobilləri ilə küçələrdə gözə dəymədikləri deyilir. İddialara görə, hansısa səbəbdən onların mühafizəsinin gücləndirildiyi də söylənir.

İndi belə görünür ki, V.Talıbovun Bakıdakı uzantıları da yavaş-yavaş kəsilir və ondan narazı olan məmurlar bu prosesi həm də qisas üçün fürsət bilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binəqədinin icra başçısı 1-ci müavinini işdən çıxardı

    Binəqədinin icra başçısı 1-ci müavinini işdən ...

    2-12-2013, 12:54

  • 
  • Binəqədinin qovulan müavininin yerinə təyinat oldu

    Binəqədinin qovulan müavininin yerinə təyinat oldu ...

    2-12-2013, 15:35

  • 
  • Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni müavin təyin etdi

    Binəqədinin icra başçısı 25 yaşlı qızı yeni ...

    5-12-2013, 11:37

  • 
  • Binəqədi İH-dən kadr dəyişikliyi ilə bağlı AÇIQLAMA – Özəl

    Binəqədi İH-dən kadr dəyişikliyi ilə bağlı ...

    2-12-2013, 16:37

  • 
  • Binəqədinin icra başçısı daha bir məmuru işdən çıxardı

    Binəqədinin icra başçısı daha bir məmuru işdən ...

    12-02-2014, 13:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu