Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Dəyişikliyə görə, Energetika Nazirliyi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanuna uyğun olaraq, torpaq sahələrinin (su obyektlərinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi məqsədilə Nazirlər Kabinetinə əsaslandırılmış təkliflər verəcək, bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsi (su obyekti) üzərində hüquqların ötürülməsi ilə bağlı müvafiq tədbirlər görəcək.
Həmçinin, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsini həyata keçirəcək, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat verəcək
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?