GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Türkiyədən Azərbaycan hakimiyyətinə yeni ittihamlar

Türkiyədən Azərbaycan hakimiyyətinə yeni ittihamlar

Tarix: 4-12-2013, 00:43 Bölmə :Siyasət Baxış: 649
Türkiyədən Azərbaycan hakimiyyətinə yeni ittihamlar
“Biz Azərbaycan xalqını Azərbaycan hakimiyyətindən ayırırıq. Onları bir tutmuruq, eyniləşdirmirik. Biz Azərbaycan xalqı uğrunda çox şeyə hazırıq. Amma təəssüf ki, Azərbaycan hakimiyyəti Türkiyənin bu münasibətindən sui-istifadə edir. Erməni-türk barışığına məhz Azərbaycan hakimiyyəti mane olur. Azərbaycanda yarımdiktatura rejimi yaranıb”.

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion bəyanatla Qafqaz Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, professor Hasan Oktay çıxış edib. O, bu fikirlərini İstanbuldakı Mərmərə Universitetində keçirilən və öz işinə dekabrın 2-də başlayan “Xəzərdən Qara dənizə qədər: strateji baxış” adlı beynəlxalq simpoziumdakı çıxışında bildirib.

Türkiyə siyasi isteblişmentində kifayət qədər yaxşı tanınan aparıcı türk analitikin sözlərinə görə, Azərbaycan hökuməti öz siyasəti ilə regionda fəal sülh yaradıcılığı prosesinə mane olur: “Azərbaycan öz yolunu müəyyən eləməlidir: o, ya Qarabağı və işğaldakı digər torpaqları azad etmək niyyətini qəti şəkildə ortaya qoymalı, ya həmin torpaqlardan birdəfəlik imtina etməli, ya da Suriyanın təcrübəsini əsas götürərək bu regional münaqişəni onilliklər müddətinə dondurmalıdır. Amma Azərbaycan Qarabağ problemi ilə bağlı son və qəti mövqeyini işləyib hazırlamağa və ortaya qoymağa tələsmir. Azərbaycan hakimiyyətinin məntiqindən belə çıxır ki, Qarabağın işğal olunmasında sanki Türkiyə günahkardır və Türkiyə bu məsələdə Ermənistana hətta kömək də edib. 2009-cu ildə Bakıda hansı isterika yaşandı? Əlbəttə, heç kimdə şübhə yoxdur ki, rəsmi Bakının o zaman apardığı təbliğatın tezislərini onun qulağına erməni-türk sülh prosesinə hücuma keçən Kreml, habelə Rusiyanın xarici işlər naziri Sergey Lavrov pıçıldamışdı”.



Türkiyənin nəhəng müxalifət partiyasının tanınmış xadimi olan (Hasan Oktay ötən parlamnet seçkilərində bu milliyyətçi partiyanın siyahısında da var idi) analitikin birmənalı olmayan bu qiymətləndirməsi bu zaman zalda olan azərbaycanlı ekspertlərin və QHT nümayəndələrinin narazılığına səbəb olub. Amma professor Hasan Oktay tədbirin azərbaycanlı iştirakçılarının narazılığına və yerdən verdikləri replikalara məhəl qoymayaraq rəsmi Bakının ünvanına tənqidi çıxışını davam etdirib.

O deyib: “Azərbaycan öz siyasəti ilə Türkiyəni özünün diplomatik girovuna çevirib. Təsəvvür edin, xarici işlər naziri Əhməd Davudoğlunun İrəvana rəsmi səfəri bu günlərdə məhz ona görə təxirə salındı ki, “Sabah” qəzetində Türkiyə ilə Azərbaycan arasında Azərbaycanın iki rayonunun işğaldan azad edilməsinə dair məsləhətləşmələrin aparılmasına dair yoxlanılmamış məlumat dərc edildi. Tamamilə mümkündür ki, bu informasiya mətbuata Azərbaycan nümayəndələri tərəfindən ötürülüb. Belə hallar bizim Qafqazdakı siyasətimizə zərbə vurur. Mən bir şeyi başa düşə bilmirəm: Azərbaycan nə istəyir? Əgər Qarabağın azadlığını istəyirsə, gözləsin, Türkiyə bu məsələdə ona kömək edəcək. Yox, əgər Qarabağdan imtina etmək istəyirsə, onda bunu açıq demək lazımdır”.

Türk analitikin iddiasına görə, Azərbaycanın hazırkı siyasi rejimi Qarabağın Azərbaycanın tərkibinə qayıtması imkanlarını istisna edir: "Çünki Bakıda yarımdiktatura rejimi hökm sürür. Ermənilərin təbliğat maşını isə Azərbaycan hakimiyyətinin antidemokratik xarakter daşımasını tez-tez qabardır, bildirir ki, bəs biz nə edək, o ölkənin tabeliyinə necə qayıdaq. Əliyev hakimiyyətdə nə qədər qalacaq? Əgər Cəmil Həsənli, yaxud da digər bir müxalifətçi prezident olsaydı, yeni hakimiyyətin Qarabağ siyasəti bəyəm antimilli xarakter daşıyacaqdı?!"

Professor Hasan Oktayın son sözləri şok effektli idi. Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında heç bir problem qalmayıb - yeganə əngəl Qarabağ məsələsidir.

Təəccüblüsü budur ki, H.Oktayın bu mövqeyini digər türk politoloqu, professor Nesrin Sarıahmedoğlu da dəstəkləyib. O da həmkarının fikirlərini təkrarlayıb: "Türkiyənin Ermənistanla heç bir problemi qalmayıb".

Türk politoloqlarının bu mövqeyi zaldakı azərbaycanlıların emosional etirazlarına və narazılığına səbəb olub.

Azərbaycan Atatürk Mərkəzinin əməkdaşı, ictimai fəal Əkbər Qoşalı türk analitiklərinin çıxışına etirazını bildirib: "Mən özüm Ermənistandan çıxmış qaçqınam. Ermənilər 1988-ci ildə bizi qırmağa başlaynda bizə "azərbaycanlı" demirdilər, bizi "türk" adlandırırdılar. Ermənistan bəyəm Türkiyəyə qarşı ərazi iddialarından imtina edib? Ermənistan bəyəm "erməni genosidi"nin tanıdılması üçün ideoloji hücumlarına son qoyub?"

Bununla da türk alimləri ilə azərbaycanlı ictimai fəallar arasında qızğın mübahisələr başlayıb. Simpoziumun aparıcısı olan professor Belkis Ulusoy Nalçıoğlu qızğın mübahisələri kəsmək üçün fasilə elan etməyə məcbur olub, sonra da belə deyib: "Təəssüf ki, biz erməni ekspertlərini də bura dəvət etməmişik".

P.S. virtualaz.org-un redaksiya qeydi:



Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktayın İstanbulda keçirilən beynəlxalq konfransda etdiyi bu çıxış qardaş ölkənin siyasi, biznes və ekspert çevrələrində Azərbaycanın milli maraqlarını öz məkrli maraqlarına qurban verməyə hazır olan adamların hələ də mövcud olduğunu bir daha nümayiş etdirir.

Belələri hər fürsətdə Qarabağ münaqişəsi həll olunmadan və Azərbaycan ərazilərinin işğalı problemi ortadan qalxmadan Ermənistanla sərhədlərin açılması üçün lobbiçilik edirlər. Bu da mümkün olmayanda isə Türkiyə mediasında Azərbaycan hakimiyyətinə, onun rəhbərliyinə qarşı “qara piar” təşkil edirlər.

Axı 2009-cu ildə Azərbaycan hakimiyyətinin qətiyyətli addımları və Türkiyə ictimaiyyətinin öz mövqeyini ortaya qoyması həmin çevrələrin və Vaşinqtondakı dəstəkçilərinin məlum “erməni açılımı” projesini pozub. Sürixdə imzalanan protokollar həyata keçirilməmiş qalıb və bölgədə Azərbaycanın mövqeyini, maraqlarını hesaba almadan qurulan planlar iflasa uğrayıb.

Nəticədə Türkiyədə Azərbaycanla münasibətlərə zərbə vurmaq hesabına Ermənistanla ticarət qurub varlanmaq istəyənlərin arzuları reallaşmayıb. Eləcə də Azərbaycanın mövqeyinə məhəl qoymadan Ermənistanın guya Türkiyə üzərindən Qərbə inteqrasiyası barədə boş xəyallar quran strateqlərin planları boşa çıxıb.

Bu baxımdan təsadüfi deyil ki, H.Oktay kimiləri əllərinə düşən ilk fürsətdə Azərbaycanın xarici siyasət kursunu qaralamağa çalışırlar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ərdoğan: "Buqələmunə hörmətsizlik olar, amma bunlar ondan da betərdirlər"

    Ərdoğan: "Buqələmunə hörmətsizlik olar, amma ...

    23-07-2016, 01:25

  • 
  • Zərdüştün bütün yaradıcılığı türklərə nifrət üstündə köklənib

    Zərdüştün bütün yaradıcılığı türklərə nifrət ...

    16-11-2015, 16:38

  • 
  • Metyu Brayza hakimiyyəti ifşa etdi

    Metyu Brayza hakimiyyəti ifşa etdi ...

    19-12-2012, 13:02

  • 
  • “Rusiya Azərbaycan diplomatiyasının uğurlarını tam dəyərləndirmir”

    “Rusiya Azərbaycan diplomatiyasının uğurlarını ...

    2-09-2013, 13:21

  • 
  • Türklərdən dünyaya mesaj

    Türklərdən dünyaya mesaj ...

    15-03-2015, 12:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu