Gundemxeber.az » Siyasət » Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” - YENİLƏNİB
“Qənirə Paşayevanın ölməsi ilə bağlı yayılan xəbərlər yalandır”.
Bu barədə Oxu.Az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva məlumat verib.
O qeyd edib ki, millət vəkilinin vəziyyəti stabil-ağır olaraq qalır və ailə üzvləri bu kimi xəbərlərin yayılmasına təəssüf edir:
“Sosial şəbəkələrdə aktiv olan insanlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən açıqlanan xəbərlərə inansınlar. Dualarınızı əsirgəməyin”.
22:04
“Deputat Qənirə Paşayevanın müalicəsi davam edir”.
Bu barədə APA-ya qardaşı Hüseyn Paşayev açıqlama verib.
“Bu barədə bu gün müalicə aldığı xəstəxana da açıqlama yayıb”, - deyə o qeyd edib.
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva sentyabrın 24-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinik Xəstəxananın təcili yardım şöbəsinə gətirilib.
GUNDEMXEBER.AZ
29-12-2012, 11:18
26-12-2019, 10:56
7-03-2016, 14:21
26-09-2023, 00:30
11-07-2013, 00:54
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?