Gundemxeber.az » Siyasət » Növbədənkənar prezident seçkisi: YAP İdarə Heyəti toplanacaq
“Növbədənkənar prezident seçkisi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin təqvim planını hazırlayırıq. Yaxın günlərdə bu haqda məlumat veriləcək”.
GundemXeber.Az-ın məlumatına əsasən, bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, YAP-ın son qurultayında partiyanın yeni Nizamnaməsi təsdiq olunub.
YAP rəsmisi qeyd ki, həmin Nizamnamə ilə prezidentliyə namizədin irəli sürülməsi məsələsi İdarə Heyətinə həvalə olunub.
“İdarə Heyətinin iclasında bu məsələ ilə bağlı qərar qəbul olunacaq”, - deyə Tahir Budaqov bildirib.
“Azərbaycan xalqı uzun illər qeyd edirdi ki, Qarabağı azad edəcək rəhbər bizim əbədi prezidentimiz olacaq. İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycanın işğal olunmuş ərazilərini azad etməklə bu vəzifəni, titulu qazanıb.
İdarə heyətinin iclasında da hər kəs öz fikrini deyəcək. Partiyanın bu barədə fikri qətidir”, - deyə T.Budaqov əlavə edib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
GundemXeber.Az
8-02-2018, 11:00
5-03-2021, 10:17
7-06-2013, 16:07
5-03-2021, 11:57
5-03-2021, 17:18
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?