GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...

İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...

Tarix: 2-05-2024, 09:53 Bölmə :Siyasət Baxış: 201
İrəvandan yekun “Putin NATO”su qərarı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, ölkəsi KTMT kimi işləməyən mexanizmin tərkib hissəsi olmaq istəmir: Onun etirafına görə, Rusiya ilə münasibətlərdə müəyyən problemlər və aydınlıq gətirilməsi vacib olan məsələlər mövcuddur. Nazir bildirib ki, tərəflər arasında bu məsələlər üzrə dialoq aparılır:

“Burada söhbət xüsusi diqqət və qarşılıqlı anlaşma tələb edən məsələlərdən gedir. Məncə, analoji problemlər bütün münasibətlərdə mövcuddur. Əvəzində isə Avropa İttifaqı və ABŞ daxil olmaqla, digər tərəfdaşlarımızla münasibətlərimizi möhkəmləndiririk. Bura həm demokratik islahatlar, həm də Ermənistan-Azərbaycan sərhədi boyunca sabitliyin təminatı daxildir. İkinci ildir ki, sərhədlərimizə Avropa İttifaqının müşahidə missiyasının olması mövcud sabit vəziyyətin qorunmasına xidmət edir”.
O həmçinin ölkəsinin hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu xatırladıb. Mirzoyan qeyd edib ki, hərbi-siyasi təşkilat olan KTMT-nin vəzifəsi üzv dövlətlərin sərhədlərini qorumaqdır, amma onların səssizliyi Ermənistan cəmiyyətində müəyyən suallar doğurub. “Biz KTMT kimi işləməyən bir mexanizmin tərkib hissəsi olmaq istəmirik”, - nazir deyib.
“Ermənistan hökumətinin KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək”. Bunu KTMT Baş katibi İmanqali Tasmaqambetov “İzvestiya” nəşrinə müsahibəsində deyib. “Üzv dövlətlər xarici oyunçularla qarşılıqlı əlaqədə çoxvektorlu siyasətə riayət edirlər ki, bu da onların suveren hüququ olaraq qalır. Müvafiq olaraq, KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaqla bağlı İrəvanın seçimi həm də bu müstəqil dövlətin suveren qərarı olacaq. Katibliyin analitikləri qeyd edirlər ki, Ermənistan KTMT-dən çıxacağı təqdirdə Cənubi Qafqazda güc balansı dəyişə bilər, lakin bu halda təsirini proqnozlaşdırmaq və hesablamaq kifayət qədər çətin olan regional təhlükəsizlik faktorları işə düşəcək. Hesab edirəm ki, Ermənistanla KTMT arasında fərziyyədən başqa bir şey olmayan qarşıdurma ehtimalı müzakirə edilərkən, tərəflərin resurs bazası və real imkanları nəzərə alınmalıdır. Ona görə də bu məsələ təhlil üçün bir tələbdir”.

Rusiyanın baş diplomatı Sergey Lavrov isə vurğulayıb ki, Ermənistan sərhədlərinin müəyyənləşdirilməsini başa çatdırmayıb və belə şəraitdə KTMT-nin məsuliyyət zonasının göstərilməsinin zəruriliyindən danışmaq tezdir. Bu günədək Ermənistan KTMT ilə bağlı narazılıqlarını bəyan etsə də, onun tədbirlərində iştiraka qatılmasa da, ortaya konkret mövqe qoymamışdı. Artıq Mirzoyan bəyan edir ki, KTMT-dən imtina edirlər və açıq şəkildə Aİ və Qərbə inteqrasiya edirlər. Buna Kremlin cavabı nə olacaq? Ermənistan Ukraynanın gününə salına bilərmi?

Hərbi ekspert Telman Qasımov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan çoxdan KTMT-dən çıxıb, sadəcə, rəsmiləşdirmək üçün imza atılması qalıb. Onun sözlərinə görə, İrəvan onsuz da bu təşkilatın yığınacaqlarında iştirak etmir, təlimlərinə qoşulmur, fəaliyyətini dondurub, faktiki olaraq, boykot qərarı verib. Ermənistan KTMT-də formal olaraq qalıb: “Ona görə də demək olar ki, blokdan de-fakto çıxmış sayılarlar. Ancaq de-yure addım atılması gözlənilir. Rusiyanın isə reaksiyası daxili qarışdırmaqla verilən cavabdır. Hazırda regionlarda, eləcə də paytaxtda etirazlar başlayıb, həmçinin parlamentdə ruspərəst deputatlar delimitasiya məsələsini qaldırıblar. Yəni Ermənistan getdikcə qaynayır. Polisin kobud rəftarı da ocağın üstünə benzin tökməkdədir. Maraqlıdır ki, Paşinyan hadisələrə laqeyd yanaşır”. T.Qasımov qeyd etdi ki, aprelin 5-də Brüsseldə keçirilən görüşdən sonra Paşinyanın balanslaşdırılmış siyasət yürüdəcəyini gözləyirdi, amma daha da radikal tərəf saxladı: “Mən fikirləşirdim ki, Rusiyaya münasibətdə mövqeyini yumşaldar, amma olmadı. Ona görə Ermənistanın içərisində çalxalanma davam edəcək. Hətta müharibə riski gözləyirdim. Sadəcə, Azərbaycan addım atdı və delimitasiya başladı”.

KTMT 15 may 1992-ci il tarixində əsası qoyulmuş hökumətlərarası hərbi ittifaqdır. 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinə üzv olan altı postsovet dövləti olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi imzaladılar. Azərbaycan, Belarus və Gürcüstan isə 1994-cü ildə bu müqaviləni imzaladı. Beş ildən sonra bu müqaviləni imzalamış doqquz dövlətdən altısı (Azərbaycan, Gürcüstan və Özbəkistan istisna olmaqla) müqavilənin müddətini daha beş il artırmaq barədə razılığa gəldi. 2002-ci ildə isə həmin altı ölkənin razılığı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adı altında hərbi ittifaq təşkil olundu. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk etdi. KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir.Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya ölkə qruplarına qoşula bilməz, həmçinin üzv ölkələrdən hansısa birinə qarşı təhlükə yaranacağı təqdirdə bu, təşkilata üzv olan digər ölkələrə qarşı da aqressiya kimi qəbul edilir.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan XİN: Ermənistan KTMT-nin yeganə üzvü deyil

    Azərbaycan XİN: Ermənistan KTMT-nin yeganə üzvü ...

    1-09-2018, 16:46

  • 
  • Paşinyanın komandası Brüsseldəki uğursuzluqdan şokdadır - KİV

    Paşinyanın komandası Brüsseldəki uğursuzluqdan ...

    6-04-2024, 23:34

  • 
  • Tofiq Zülfüqarov: Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü mümkün deyil

    Tofiq Zülfüqarov: Azərbaycanın Kollektiv ...

    16-08-2018, 16:27

  • 
  • Elmar Məmmədyarov: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verir

    Elmar Məmmədyarov: Azərbaycan Avropa İttifaqı ilə ...

    15-05-2018, 16:25

  • 
  • Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ABŞ-də danışıqların final raundunu keçirəcəklər

    Bu gün Azərbaycan və Ermənistanın xarici işlər ...

    4-05-2023, 14:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu