GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Fransa dəhşətli cinayət törətdi, BMT sülhməramlılarına ehtiyac var: Müstəmləkəçi Paris Bakını niyə ittiham edir

Fransa dəhşətli cinayət törətdi, BMT sülhməramlılarına ehtiyac var: Müstəmləkəçi Paris Bakını niyə ittiham edir

Tarix: 16-05-2024, 22:48 Bölmə :Siyasət Baxış: 279

Makron hakimiyyətinin Azərbaycana qarşı qazdığı "qutu"ya indi Fransanın özü düşməyə başlayıb... Ancaq Fransanın müdafiə etdiyi erməni terrorçulardan fərqli olaraq, kaledoniyalılar qətiyyən separatçı deyillər, özünütəyinetmə hüquqları var...


Dünyada bir-birinə bənzəyən ölkələrin sayı o qədər də çox deyil. Ancaq Fransa və Ermənistan bu baxımdan, təkrarolunmaz örnəkdir. Çünki bu iki ölkənin davranışları, siyasi hədəfləri arasında bənzərlik inkaredilməz reallıqdır. Hətta fransız və erməni siyasi-ideoloji düşüncə tərzi də demək olar ki, eyni məzmun daşıyır. Və bu baxımdan, Fransa və Ermənistanın "əkiz bacılar" kimi xarakterizə etmək müəyyən mənada, tamamilə məntiqli görünür.

Məsələ ondadır ki, Ermənistan başqa ölkənin - Azərbaycanın ərazilərində süni şəkildə yaradılmış uydurma bir dövlətdir. Erməni toplumu onilliklər boyu qonşu xalqların torpaqlarını ələ keçirib, mənimsəmək xəyalları ilə hərəkət edib. Üstəlik, erməni toplumu başqa xalqlara məxsus olan hər şeyi özünkü kimi təqdim etmək vərdişlərinə də malikdir. Və bu baxımdan, ermənilərin davamlı olaraq, yalan uydurub, onu hər kəsə həqiqət kimi sırımaq cəhdləri də diqqəti çəkir.

Nə qədər qəribə də olsa, ermənilərin "əkiz bacısı" fransızlar da eyni vərdişlərə sahibdirlər. Fransızlar da əsrlər boyu başqa xalqların ərazilərini ələ keçirərək, Fransanı böyütmək siyasəti yürüdüblər. Ona görə də, indi Fransa sərhədləri reallıqda keçməli olduğu deyil, daha geniş əraziləri əhatə edir.

makron-afrikajpg-1703890778.jpg (328 KB)

Rəsmi Parisin bu vərdişləri ucbatından Afrika qitəsinin böyük bir hissəsi Fransa müstəmləkəsinə çevrilib. Fransa ordusu Afrika xalqlarını istismar etməklə yanaşı, "qara qitə" ölkələrində dəhşətli bəşəri hərbi cinayətlər törədib. Bu baxımdan, Fransanın Əlcəzairdə, Ruandada və s. Afrika ölkələrində milyonlarla günahsız insanı qətlə yetirərək, törətdiyi qorxunc soyqırımlar dünya tarixinin ən qara səhifələridir.

Ancaq bütün bunlara baxmayaraq, fransızlar da ermənilər kimi öz cinayətlərini ört-basdır etməyi bacarırlar. Onlar da "əkiz bacı"ları kimi yalanlar uydurmaq "qabiliyyət"inə malikdirlər. Əks halda, başqa xalqlara və ölkələrə qarşı soyqırımlar törətmiş müstəmləkəçi Fransa müasir dünyada insan haqlarından, demokratiyadan və s. bəşəri dəyərlərdən danışa bilməzdi.

Onu da qeyd etmək lazımdır ki, nə qədər yalanlar uydursa da, Fransanın törətdiyi bəşəri hərbi cinayətlərin ifşa olunması ilə bağlı prosesin qarşısını almaq artıq mümkün deyil. Belə ki, dünya sürətlə dəyişir, Afrika ölkələri Fransanın müstəmləkəçilik siyasətindən xilas olmağa, müstəqilliyə can atırlar. Artıq Fransa Afrikadan qovulmağa başlayıb. Və Afrika xalqlarının sərvətləri Fransanın əlindən çıxmaqdadır.

Üstəlik, rəsmi Parisin müstəmləkəçilik siyasətinə qarşı müqavimət hərəkatı böyük sürətlə müasir Fransa sərhədləri içərisinə keçməyə başlayıb. Yeni Kaledoniya əhalisi "Makron demokratiyası"nın avtoritar idarəçilik sisteminə etiraz edir. "Demokratiyanın beşiyi" hesab olunan Fransa parlamenti Yeni Kaledoniya əhalisinin yerli idarəetmə sistemində iştirak hüquqları məhdudlaşdıran qanunu təsdiqləyib. Və bununla da Yeni Kaledoniyanın müstəmləkə kimi qalmasına yönəlik cəhdlərini artırnış olub.

c8b46d25b84c365178a10800272d4c67.jpeg (329 KB)

Təbii ki, kaledoniyalılar Makron diktaturasının beynəlxalq hüquq normalarına uyğun gəlməyən bu addımına etiraz edirlər. Ancaq dinc etiraz aksiyasına çıxan kaledoniyalılara qarşı Fransa ordusu və polisi zorakılıq göstərib. Yüzlərlə dinc nümayişçi yaralanıb, həlak olanlar var. Makron hökuməti kütləvi həbslərə başlayıb. Və Yeni Kaledoniyada fövqəladə vəziyyət tətbiq olunmasına qərar verib.

Maraqlıdır ki, Fransanın daxili işlər naziri Cerald Darmanin Yeni Kaledoniyada baş verən hadisələrə görə Azərbaycanı ittiham edib. Onun iddiasına görə, rəsmi Bakı Fransanın daxili işlərinə qarışır: “Yeni Kaledoniyada baş verən iğtişaşlarda Azərbaycanın müdaxiləsi var və rəsmi Bakı Fransanın daxili işlərinə qarışır. Separatçılar Azərbaycanla bəzi məsələlərdə danışıqlar aparmaq üçün ora gediblər”.

Fransa daxili işlər nazirinin bu açıqlaması rəsmi Parisin aciz duruma düşdüyünü göstərir. Çünki başqa xalqların istismarı üzərində qurulmuş Fransanın müstəmləkə imperiyası dağılır və rəsmi Paris buna müqavimət göstərməkdə çətinlik çəkir. Ona görə də, rəsmi Paris Yeni Kaledoniyada baş verən hadisələrin əsl səbəbinin məhz Fransanın törətdiyi hərbi cinayətlər olduğunu gizlətmək üçün günahkar axtarır. Və bütün dünyada müstəmləkəçiliyə qarşı etirazın əsas avanqard siyasi mərkəzi olan Azərbaycanı hədəfə almağa çalışır.

Halbuki, rəsmi Paris Azərbaycanı ittiham etmək əvəzinə, beynəlxalq hüquq normalarına riayət etsə, bütün bu problemlərlə də üzləşməz. Belə ki, Yeni Kaledoniyada situasiyanın normallaşması üçün Makron hökuməti ilk növbədə yerli əhalinin hüquqlarını tanımalıdır. Yeni Kaledoniyanın özünütəyinetmə hüququna hörmətlə yanaşmalıdır. Müstəmləkəçilik siyasətindən imtina etməlidir, demokratiya və insan hüquqlarına uyğun davranmalıdır.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Rəsmi Parisin Azərbaycanı ittiham etməsi isə fransız uydurmasına bağlı böhtandan başqa bir şey deyil. Belə ki, Azərbaycan Fransanın daxili işlərinə heç vaxt qarışmayıb, sadəcə, BMT-nin mövcud Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğun olaraq, rəsmi Parisin müstəmləkəçilik siyasətinə etiraz edib. Rəsmi Parisin başqa xalqları zorakılıqla istismar etməsi, müstəmləkəçilik siyasəti yürütməsi isə beynəlxalq hüquq normalarına zidd olduğundan, Fransanın daxili işi hesab edilə bilməz.

Digər tərəfdən, rəsmi Parisin Yeni Kaledoniyanın yerli əhalisini separatçı adlandırması da böhrandan başqa bir şey deyil. Çünki Fransa Yeni Kaledoniyanı işğal edərək, bu adanın əhalisini müstəmləkə altında saxlayır. Yeni Kaledoniya əhalisi qətiyyən separatçı deyil, azadlıq və müstəqillik uğrunda mübarizə aparır. Və rəsmi Paris Azərbaycanı ittiham etsə də, Fransanın separatizmi müdafiə etmək ənənəsini unudur.

Məsələ ondadır ki, rəsmi Paris onilliklər boyu Azərbaycanın Qarabağ bölgəsini "boz zona"ya çevirmiş erməni separatçı-terrorçuları müdafiə edirdi. Ermənilər Azərbaycan ərazilərinə sonradan gəlmə olsalar da, rəsmi Paris BMT Təhlükəsizlik Şurasından onlar üçün "özünütəyinetmə hüquqi" tələb edirdi. Erməni separatçı-terrorçulara yardımlar göndərərək, Azərbaycanın daxili işlərinə qarışırdı. Və rəsmi Bakının haqlı etirazlarını eşitmək istəmirdi.

İndi situasiya əks istiqamətdə dəyişib. Rəsmi Parisin Azərbaycana qazdığı "qutu"ya Fransanın özü düşməyə başlayıb. Sadəcə, önəmli fərq ondan ibarətdir ki, Fransanın müdafiə etdiyi erməni terrorçulardan fərqli olaraq, kaledoniyalılar qətiyyən separatçı deyillər. Ona görə də, BMT-nin Təhlükəsizlik Şurası ən qısa zamanda Fransanın Yeni Kaledoniyada törətdiyi hərbi cinayətləri müzakirə etməlidir. Yeni Kaledoniyaya BMT sülhməramlılar göndərilməlidir. Və Azərbaycan hərbçilərinin də həmin sülhməramlıların tərkibində yer almasına ehtiyac olmamış deyil./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Fransanın MQ-dən çıxarılmasını tələb etsə... - TƏHLİL

    Bakı Fransanın MQ-dən çıxarılmasını tələb etsə... ...

    16-11-2018, 10:24

  • 
  • Makronun “erməni hoqqabazlığı”nın səbəbləri: Fransa Cənubi Qafqazın qapısı arxasında niyə qaldı

    Makronun “erməni hoqqabazlığı”nın səbəbləri: ...

    17-11-2020, 20:52

  • 
  • Türkiyə və Fransa Qarabağ münaqişəsi ilə bağlı bir-birlərinə qəzəbli mesajlar verir

    Türkiyə və Fransa Qarabağ münaqişəsi ilə bağlı ...

    1-10-2020, 15:25

  • 
  • ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ilə toqquşma erməniləri dövlətsiz qoya bilər

    ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ...

    3-08-2021, 10:45

  • 
  • Türkiyə-Fransa savaşı: Liviya, Suriya, Şərqi Ağdəniz və Cənubi Qafqazda sarsıdıcı məğlubiyyətlər

    Türkiyə-Fransa savaşı: Liviya, Suriya, Şərqi ...

    23-11-2020, 21:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu