GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ilə toqquşma erməniləri dövlətsiz qoya bilər

ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ilə toqquşma erməniləri dövlətsiz qoya bilər

Tarix: 3-08-2021, 10:45 Bölmə :Dünya Baxış: 421
ABŞ və Fransa Ermənistana “quyu” qazır: Rusiya ilə toqquşma erməniləri dövlətsiz qoya bilər


Ağ Evdə və Yelisey sarayında Azərbaycan-Ermənistan münaqişəsi üzərindən Rusiya və Türkiyəni qarşıdurmaya sürükləməyin planlarını qurmağa çalışırlar; Ancaq əsas toqquşmanın Ermənistana nəzarət uğrunda Rusiya ilə ABŞ-Fransa cütlüyü arasında olma ehtimalı daha real görünür…

Cənubi Qafqazda yeni mərhələ hökm sürür. Artıq bu yeni mərhələnin bütün region üçün həlledici xarakter daşıdığı qətiyyən şübhə doğurmur. Və yalnız region dövlətləri deyil, Cənubi Qafqazda maraqları olan beynəlxalq siyasi mərkəzləri də bu reallıqla barışmaq məcburiyyətindədirlər.

Düzdür, hələlik ciddi şəkildə müqavimət göstərənlər də kifayət qədərdir. Xüsusilə də, ABŞ, Fransa və Avropa Birliyi Cənubi Qafqazda hökm sürən yeni geopolitik şərtlərlə barışmaq istəmirlər. Dünyaya adətən, sülh və demokratiya vəd edən bu beynəlxalq siyasi iradə mərkəzləri nədənsə, Cənubi Qafqazda amin-amanlığın sabitliyin yaranma prosesindən ciddi şəkildə narahatdırlar. Hər imkanda bu regionda yeni gərginliyin, hətta savaşın belə, ortaya çıxmasına səbəb ola biləcək addımlar atmağa çalışırlar.

Cənubi Qafqazda maraqları təhlükə qarşısında olan ABŞ, Fransa və Avropa Birliyi hər şeyi geri qaytara biləcəklərinə hələ də ümid bəsləyirlər. Öz ümidlərini doğrultmaq üçün hətta Ermənistanın timsalında “geopolitik oyuncaq” da icad ediblər. Və region məhz rəsmi İrəvanın üzərindən qarışdırmağa çalışırlar.

Ancaq bu üçlüyün öz hədəflərinə çatması qətiyyən asan olmayacaq. Çünki artıq bir çox geopolitik faktorlar onların maraqlarına qarşı yönəlib. Azərbaycan regionun taleyini müstəqil şəkildə həll etmək hüququ qazanıb. Rusiya üçtərəfli anlaşmalarda qarantor rolunda çıxış edir. Bununla da, ATƏT-in Minsk Qrupunun digər iki həmsədrini – ABŞ və Fransanı oyundankənar vəziyyətə salıb.

Üstəlik, Cənubi Qafqazda regionda yeni geopolitik oyunçunun – Türkiyənin də mövqeləri ciddi şəkildə güclənib. İndi Türkiyənin regional siyasi iradəsi Minsk Qrupunun mövqeyini müqayisəedilməz səviyyədə üstələyir. ABŞ, Fransa və Avropa Birliyi nə qədər məmnun olmasalar da, Cənubi Qafqazda fəaliyyət məkanı qazanmaq üçün Azərbaycan, Rusiya və Türkiyənin mövqeyini mütləq nəzərə almaq məcbutiyyətindədirlər.

Bütün bunların qarşılığında ABŞ və Fransanın nüfuzu və təsir imkanları Cənubi Qafqazın geopolitik arenasında ciddi şəkildə zəifləyib, hətta yox səviyyəsinə yaxınlaşmaqdadır. Bunun günahı isə əslində, elə ABŞ və Fransanın üzərindədir. Çünki ABŞ və Fransanın onilliklər boyu Minsk Qrupunun həmsədrləri kimi yerinə yetirdikləri missiya artıq tamamilə iflasa uğrayıb. Hazırda şübhə doğurmur ki, bu iki dövlət münaqişənin həllini məqsədyönlü şəkildə uzatmaqda birbaşa maraqlı olub.

Ancaq həm Ağ Ev, həm də rəsmi Paris Cənubi Qafqaz üzərində öz maraqları çərçivəsində qurmağa çalışdıqları geopolitik oyunlardan imtina etmək niyyətində də deyillər. Fransa prezidenti Emmanuel Makron regional gərginliyin artırılmasında katolizator rolunda çıxış edir. O, həm regionda Fransanın müəmmalı maraqlarını təmin etməyə can atır, həm də ermənipərəst imicini gücləndirməklə, növbəti prezident seçkilərində Fransanın erməni seçicilərinin səslərini almağa çalışır.

Onu da qeyd etmək lazımdır ki, Fransanın Ermənistana dəstəyi Paşinyan hakimiyyəti üçün də böyük önəm daşıyır. Bununla Paşinyan hakimiyyəti bir tərəfdən, regionda Ermənistanın geopolitik müdafiəsinə nail ola biləcəyinə, digər tərəfdən isə, amansız rəqibləri ilə daxili siyasi mübarizədə öz hakimiyyətini qorumaq şansı qazanacağına ümid bəsləyir. Və nəticədə Ermənistanla Fransanın maraqları böyük ölçüdə üst-üstə düşmüş olur.

Təbii ki, Paşinyan hakimiyyətinin Yelisey sarayındakı himayədarları bu reallığı çox gözəl anlayırlar. Ona görə də, Paşinyan hakimiyyəti ilə bu tərəfdaşlığın şərtlərini məhz rəsmi Paris müəyyən edir. Hazırda Yelisey sarayının Paşinyan hakimiyyətindən əsas tələbi ondan ibarətdir ki, ABŞ və Fransa iştirak etmədən keçiriləcək danışıqlar prosesindən mütləq yayınmağa çalışsın. Yəni, rəsmi Paris Paşinyan hakimiyyətinə Azərbaycan və Rusiya ilə danışıqlardan imtina olunmasını təlqin edir.

Eyni zamanda, Yelisey sarayı rəsmi İrəvana Rusiyanın imicinin korlanmasına yönəlik addımların atılmasını da sifariş edir. Nəticədə bir tərəfdən, rəsmi İrəvan Azərbaycan-Ermənistan sərhəd bölgəsində intensiv şəkildə hərbi təxribatlar törədir. Digər tərəfdənsə, bu hərbi təxribatların məhz Rusiyanın fəaliyyətsizliyi ucbatından baş verdiyini iddia edir. Bu planlı təbliğat kampaniyası ilə Ermənistan cəmiyyətində Rusiya əleyhinə ənval-ruhiyyənin gücləndirilmıəsinə cəhd göstərilir.

Böyük ehtimalla Rusiya əleyhinə bu təbliğat kampaniyasının nəticələri tezliklə Paşinyan hakimiyyətinin işinə yaraya bilər. Çünki Paşinyan hakimiyyətinin əsas hədəfi Ermənistanı Rusiyanın hegemonluğu altından çıxarıb, ABŞ və Qərbə yaxınlaşmaqdır. Yəni rəsmi İrəvan artıq Rusiyanın “regional oyuncağı” olmaqdan bezib. İndi əsas hədəf ABŞ və Qərbin “regional oyuncağı” oyuncağı olmağın nəticələrini sınaqdan çıxartmaqdır.

Təbii ki, Paşinyan hakimiyyətinin bu hədəfi Fransa ilə yanaşı, ABŞ-ın da maraqlarına cavab verir. Çünki Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması ABŞ-ın əsas strateji hədəfləri sırasına daxildir. Bunun üçün Ağ Ev son illərdə Gürcüstan üzərindən ciddi və son nəticədə uğursuz olan cəhdlər göstərib. Eyni cəhdlərin Ermənistanın üzərindən təkrarlanmasının isə nə qədər uğurlu cəhd olacağı isə hələlik müəmmalıdır.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-Ermənistan münaqişəsi Rusiya və Türkiyənin maraqlarının ən kəskin toqquşduğu faktordur. Ağ Ev isə Kreml və rəsmi Ankaranı qarşıdurmaya sürükləmək üçün üzün müddətdir ki, müxtəlif bəhanələrlə israrlı cəhdlər göstərir. Sadəcə, Rusiya və Türkiyənin siyasi dairələrində Ağ Evin bu niyyətini dəqiq bildiklərindən hələlik bu “tələ”yə düşməkdən yayına bilirlər.

Bütün bunlar onu göstərir ki, Ermənistan hazırda ABŞ və Fransanın geopolitik maraqlarının girovuna çevrilib. Rəsmi İrəvan Ağ Evdən və Yelisey sarayından gələn bütün sifarişləri qeyd şərtsiz yerinə yetirir. Bunun əvəzində Ermənistanın nə qazanacağı isə hələlik müəmmalı xarakter daşıyır.

Halbuki onu da nəzərə almaq lazımdır ki, Paşinyan hakimiyyətinin ABŞ və Fransanın təlimatıları ilə törətdiyi hərbi təxribatlar əslində, olduqca təhlükəli alətdir. Bu alətin törədəcyi nəticələr, xüsusilə də itkilər sonrakı dövrlərə də sıçraya bilər. Və Ermənistanın belə itkilərə tab gətirmək imkanları hazırda demək olar ki, yoxdur.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistanı yaxın gələcəkdə çıxa bilməyəcəyi bir “geopolitik labirint”in içərisinə salmağa başlayıb. Əgər, bütün bu baş verənlər son nəticədə ABŞ və Fransanın Rusiya ilə Ermənistan uğrunda toqquşması ilə nəticələrsə, bu ölkə “geopolitik labirint”in dağıntıları altında qala bilər. Və bu halda, Kremlin Ermənistan dövlətçiliyinin mövcudluğunda ümumiyyətlə, maraqlı olmaya biləcəyi qətiyyən istisna deyil./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “ABŞ Qarabağ, Moldova və digər məsələlərin həllini Rusiyaya tapşıra bilər”

    “ABŞ Qarabağ, Moldova və digər məsələlərin ...

    8-04-2013, 10:41

  • 
  • Cənubi Qafqazda qlobal gərginlik

    Cənubi Qafqazda qlobal gərginlik ...

    8-04-2013, 10:42

  • 
  • ATƏT Cənubi Qafqazda azadlıq və təhlükəsizlik məsələləri üzrə konfrans keçirir

    ATƏT Cənubi Qafqazda azadlıq və təhlükəsizlik ...

    9-10-2019, 16:49

  • 
  • Rusiyaya qarşı böyük proses başladı: ABŞ və Çin...

    Rusiyaya qarşı böyük proses başladı: ABŞ və Çin... ...

    4-08-2017, 15:29

  • 
  • Makronun “erməni hoqqabazlığı”nın səbəbləri: Fransa Cənubi Qafqazın qapısı arxasında niyə qaldı

    Makronun “erməni hoqqabazlığı”nın səbəbləri: ...

    17-11-2020, 20:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu