GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan əraziləri “Böyük Kürdüstan” xəritəsində!

Azərbaycan əraziləri “Böyük Kürdüstan” xəritəsində!

Tarix: 15-12-2013, 11:57 Bölmə :Siyasət Baxış: 823
 Azərbaycan əraziləri “Böyük Kürdüstan” xəritəsində!

Ölkəmizə qarşı daha bir torpaq iddiası
Xaricdən xüsusi missiya ilə gələn emissarlar Bakıda qapalı toplantılar keçiriblər və buradakı adamlarına tapşırıqlar veriblər; PKK-ya bağlı qüvvələrin göstərişi ilə Azərbaycanda fəal iş aparılır, “maarifləndirici tədbirlər” sırasına sosial şəbəkələrdə təbliğat da daxildir
Son zamanlar Türkiyədə baş verən və “Kürd açılımı” adını alan proseslərlə bağlı Türkiyədəki fəaliyyətini bir qədər arxa plana keçirən PKK öz tərəfdarlarına Azərbaycanda fəallaşmaq tapşırığı verib. “Yeni Müsavat”ın bu barədə əldə etdiyi məlumata görə, artıq bir neçə vaxtdı bu tapşırığın icrasına başlanılıb.

Bununla bağlı bir müddət əvvəl İraqdan və Türkiyədən gələn, özlərini “hoca” adlandıran bir neçə nəfərin rəhbərliyi ilə Bakıda və Azərbaycanın bir neçə bölgəsində qapalı toplantılar keçirilib. Həmin toplantılarda iştirakçılara əsasən kürdlərin Azərbaycanda fəallaşdırılması, bir sıra tarixi şəxsiyyətlərin kürd millətindən olması barədə təbliğatın aparılması, Azərbaycanın bir sıra rayonlarının tarixi “Kürdüstan” əraziləri olduğu barədə insanlar arasında “maarifləndirici tədbirlər” həyata keçirilməsi tapşırılıb.


Məlumatlara görə, həmin toplantıda iştirakçılara “Böyük Kürdüstan” xəritəsi təqdim olunub və bunun Azərbaycanda yayılmasının vacibliyi xüsusi olaraq vurğulanıb.
Bildirilib ki, Azərbaycanda görüləcək əsas işlərdən biri də “Böyük Kürdüstan” təbliğatının ilk vaxtlarda daha çox sosial şəbəkələrdə aparılması olmalıdı.


Azərbaycan hakimiyyətinin ən üst düzeyində bu məsələyə çox həssas yanaşıldığı və hüquq-mühafizə orqanlarının ölkənin daxilində separatçı meyllərə qarşı ciddi mübarizə apardığı vurğulanan həmin toplantıda bütün fəaliyyətin çox ehtiyatlı şəkildə həyata keçirilməsi tapşırılıb. Açıq müzakirələrin yalnız sosial şəbəkələrdə aparılmasına izn verildiyi bildirilib. Toplantıda iştirakçılara tapşırılıb ki, sosial şəbəkələrdəki “Böyük Kürdüstan” müzakirələrinə və təbliğatına mümkün qədər çox şəxslər cəlb olunsun.
Bu toplantılardan sonra verilən tapşırıqların icra olunması istiqamətində işlərə başlanılıb və aldığımız məlumata görə, hazırda ölkənin bir neçə bölgəsində bu istiqamətdə təbliğat aparılır.

Gedən proseslərdən kifayət qədər məlumatlı olan şəxslərin redaksiyamıza verdikləri informasiyalara görə, bir müddət öncə facebook-da başlanan və hazırda da davam edən “kürd müzakirələri” məhz sözügedən toplantıda verilən qərarların nəticəsidir.



Mənbələrimiz hazırda Laçın Rayon Təhsil Şöbəsinin inspektoru olan Müqabil Baxışovun Nizami Gəncəvini kürd şairi adlandırmasını və sosial şəbəkələrdə bu istiqamətdə aqressiv təbliğat aparmasını təsadüfi saymırlar. Məlumatlı qaynaqlarımız sosial şəbəkədə çox ciddi müzakirələrə və etirazlara səbəb olan bu fəaliyyətin məhz qeyd etdiyimiz toplantı ilə birbaşa əlaqəli olduğunu deyirlər.

Sosial şəbəkələrdəki fəaliyyətlə yanaşı hazırda xaricdən gələn tapşırıq əsasında ölkə boyunca başqa istiqamətlərdə də iş aparılır və bunun Azərbaycana qəsd olması faktı ortadadır.

Azərbaycan əraziləri

Bir neçə gün bundan əvvəl əlimizə yetişən bu bilgilərlə bağlı müəyyən araşdırmalar və dəqiqləşdirmələr apararkən İraq Kürdüstanının rəsmi televiziyasında Azərbaycan ərazilərinin də salındığı “Böyük Kürdüstan” xəritəsinin nümayiş olunması xəbəri gəldi.
“GünAz TV”-nin məlumatına görə, hazırda İraq Kürdüstanının rəsmi televizyasında Azərbaycan şəhərlərinin daxil edildyi “Böyük Kürdüstan” xəritəsi müntəzəm olaraq nümayiş etdirilir. Həmin televizya İraq Kürdüstanının başçısı Məsud Barizaniyə bağlıdır və rəsmi olaraq Azərbaycanın onlarla şəhər və bölgəsi həmin xəritəyə daxildir. Bu isə açıq-aydın Azərbaycanın əzəli ərazilərinə qarşı torpaq iddiasıdır. Bu xəritədə İranın 6 vilayəti (ostan) Qərbi Azərbaycandan tutmuş, ta Xuzistana qədər və Şərqi Azərbaycanla Həmədan vilayətlərinin böyük bir hissəsi yer alıb. Həmçinin xəritədə Bağdadın ətrafı, Suriyanın quzeyi, Türkiyə ərazisinin böyük hissəsi və Naxçıvan Muxtar Cümhuriyyəti Kürdistan kimi göstərilir. Xəritənin əhatə etdiyi ərazidə müxtəlif millətlərdən ibarət 70 milyon insan yaşayır.

İraq Kürdüstanının “Rudav” televiziyası həmin xəritəni əsasən hava xəbərlərinin təqdimatında istifadə edir. Məsələnin maraqlı tərəfi odur ki, bu xəritə Azərbaycanda keçirilən toplantıda iştirakçılara paylanan xəritənin eynisidir.

İraq Kürdüstanından gələn xəbərlə “Yeni Müsavat”ın əldə etdiyi məlumatların üst-üstə düşməsi ölkəmizə qarşı planın yeni bir mərhələsinin icrasına başlandığını və bu istiqamətdə Azərbaycanda böyük işlərin aparıldığını göstərir.
Məsələ ilə bağlı əlavə məlumatlar əldə etməyə çalışacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan kürdləri “Kürdüstan”dan kömək istədi

    Azərbaycan kürdləri “Kürdüstan”dan kömək istədi ...

    18-07-2013, 14:43

  • 
  • Bakıda PKK-ya hansı məmur dəstək verir?

    Bakıda PKK-ya hansı məmur dəstək verir? ...

    28-11-2013, 20:29

  • 
  • Türkiyədəki hadisələr İngiltərə mətbuatında

    Türkiyədəki hadisələr İngiltərə mətbuatında ...

    10-10-2014, 14:13

  • 
  • Kürd qadın döyüşçü İŞİD-ə əsir düşməmək üçün özünü öldürdü

    Kürd qadın döyüşçü İŞİD-ə əsir düşməmək üçün ...

    3-10-2014, 13:14

  • 
  • Türkiyədə PKK hücumları: 5 şəhid

    Türkiyədə PKK hücumları: 5 şəhid ...

    22-03-2016, 23:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu