Tovuz rayon icra hakimiyyəti və məmurlar Qarabağ qazisini bezdirib
5 il öncə prezidentin sərəncamı ilə Yusif Rzayevə ev verilsə də Qarbağ qazisi hələ də evini ala bilməyib
Daha bir Qarabağ qazisi, Yusif Rzayev çıxılmaz vəziyyətdədir. Bu haqda moderator.az-a açıqlamasında qazinin əmisi oğlu Bəhram Rzayev bildirib. Bəhram Rzayevin sözlərinə görə, əmisi oğlu müraciət etdiyi dövlət qurumlarında laqeydliklə üzləşməkdədir:"5 il öncə prezidentin sərəncamı ilə Yusif Rzayevə ev verilsə də Qarbağ qazisi hələ də evini ala bilməyib. Bütün yerli təşkilatlar onu aldadaraq get-gələ salırlar. Bəhram Rzayevin sözlərinə görə, Tovuz Rayonu icra hakimiyyətinin başçısı Tofiq Zeynalov Yusif Rzayevi bu günə kimi çox get-gələ salıb: "Əmim oğlunun sözlərinə görə o, dəfələrlə İcra Hakimiyyətinin binasında olub, onu orda saatlarla gözlədiblər. Lakin bütün bunlara baxmayaraq onun heç bir problemi həll olunmayıb. Bir müddət öncə isə, sinirlərinə hakim ola bilməyən Yusif Rzayev İcra Hakimiyyətinin binasının şüşələrini belə sındırmışdı.” Bəhram Rzayevin bildirib ki, əmisi oğlu artıq danışıq qabiliyyətini də itirib: "Yusif Rzayev 8 dəfə əməliyyat olunub vəonun boğazına plastik boru qoyulub. Bu boru isə hal-hazırda sınıb. Qazi əməliyyat üçün bütün əlaqədar qurumlara müraciət etsə də, onun səsinə səs verən tapılmayıb. Bütün bu haqsızlıqlardan bezən Yusif Rzayev özünü yandıraraq intihar etmiş Zaur Həsənov kimi canına qəst etmək həddində çatıb. Qarabağ qazisi Ermənistan xalqı və prezidentindən onlara qarşı vuruşduğuna görə, üzr istəyib bu ölkənin vətəndaşlığını qəbul etmək istəyir."
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?