Artıq onu görməyəndə darıxırıq. Adət etmişik ki, bayramlarda portreti ekranların küncündən boylanır. Mən bir az da uzağa gedərək deyərdim ki, o hələ də bizi ekranların küncündən “baxmaqla” idarə edir. Belə olmasaydı arzu və diləklərimiz bu qədər irrasionallaşmazdı, abstraktlaşmazdı, həm də kiçilməzdi. Ona görə “kiçilməzdi” deyirik ki, diləklərimiz də yalnız özümüzlə bağlı olur. Bu günlərdə hamı nə deyir? İşimi itirməyim, qazancım artıq olsun, uşağım ali məktəbə qəbul olsun və s. və i. Hamı özünə qapanıb.
Bu gün də onun portreti ekranlardan boylanmaqla sanki veteranları qınayır İl dəyişəndə qoroskop alanların, fal açdıranların sayı-hesabı olmur. Hamı da öz falı ilə maraqlanır, hamı özünün rifahını ictimai konteksdən kənarda axtarır-sanki insanlar hansısa cəmiyyət və hansısa coğrafiya ilə bağlı deyillər.
O VAXT DA BİR ŞEY EDƏ BİLMƏDİLƏR...
Bəli, ötən ilin son akkordu Qarabağ əlilinin özünə qəsd etməsi oldu. Burada dərhal yada düşür ki, Qarabağ əlillərinin ilk böyük etirazları hələ H.Əliyevin vaxtında olmuşdu.
Elə o vaxt da bizim veteranlar böyük güzəştlərə nail ola bilmədilər. Uzun müddətli aksiyalar təşkil etsələr də, yürüşə çıxsalar da hakimiyyətdən ciddi bir imtiyaz qopara bilmədilər.
Elə bil bu gün də onun portreti ekranlardan boylanmaqla sanki veteranları qınayır, onları böyük xəyallara qapılmaqdan çəkindirir.
22 il müstəqil olmasına baxmayaraq Azərbaycanda hələ bir dəfə belə olsun... Məsələ həm də ondadır ki, davamlı, assosiativ, əlaqələndirilmiş etirazlar yoxdur. Elə ona görə də hakimiyyət ayrı-ayrı fərdlərə könülsüz güzəşt etmək yolunu tutub. Ortada isə sistemli güzəşt paketi yoxdur. Amma yalnız sistemli, ən başlıcası isə əlaqələndirilmiş etirazlar bu hakimiyyəti nələrəsə vadar edə bilərdi, ona görə ki, onlar yalnız güclə hesablaşırlar.
CƏMİYYƏT ÖZ HÜQUQUNDAN NİYƏ İSTİFADƏ ETMİR?
Elə başqa ölkələrdə də belə olub. Hakimiyyətin diqqətini cəlb etmək üçün illərlə mübarizə aparılıb. Çox maraqlı hadisədir ki, 22 il müstəqil olmasına baxmayaraq Azərbaycanda hələ bir dəfə belə olsun nəinki Konstitusiyaya, heç adi qanuna da ictimaiyyətin diqtəsilə düzəliş olmayıb. Halbuki yeni Ali Qanun vətəndaşların da qanunvericilik hüququnu nəzərdə tutur.
Qarabağ əlilinin məsələsində müxalifət də özünü hiss etdirə bilmədi. Ona görə ki, bu hadisədən bir neçə gün əvvəl bahalaşma və sosial problemlərlə bağlı müxalifətin etiraz aksiyası keçirilmişdi. Aksiyaya çox az adam gəlmişdi.
Bunu da təsadüfi hesab etmirik. Ən azı ona görə ki, ekranın mistik təsiri hələ də qalır.
Heç kim demir ki, axı indi 2014-cü ildir! H.Əliyev bu mistik təsirdən özü hakimiyyətdə olanda da yararlana bilirdi. Bu gün isə bundan indinin hakimiyyətdəkiləri öz maraqları üçün yararlanmağa cəhd edirlər.
Özü də o qədər də pis alınmır. Bunu da etiraf etmək zorundayıq. Elə bil heç nə dəyişməyib. Yalnız illər dəyişib. Bəli, o vaxtlar 90-cı illər idi, indi isə 2014-cü ildir...
BİZ DƏ UŞAQ OLMUŞDUQ...
Maraqlıdır, ədədlər də cəmiyyətə, insanlara təsirini itirib. Heç kim demir ki, axı indi 2014-cü ildir! Babalar nə deyirdisə, nəvələr də onu təkrar edir.
Bəli, babaların vaxtında “Hökumətlə hökumətlik etmək olmaz”–demək dəbdə idi. Nəvələrin də bu fikrə düzəliş etmək, ondan kənara çıxmaq niyyəti yoxdur.
...biz məhz inkişaf hissini tamamilə itirmişik Əslində hər bir nəsil özü ilə yenilik gətirməlidir. Bunsuz inkişaf mümkün deyil. Amma adama bəzən elə gəlir ki, biz məhz inkişaf hissini tamamilə itirmişik.
Düzdür, bütün ideyalar, proseslər son nəticədə insanın həyatını və məişətini dəyişmək üçündür. Amma həyat da bütünlüklə məişətdən ibarət deyil. İnsan digər canlılardan həm də onunla fərqlənir ki, o, sosial varlıqdır.
Yeni ilin ilk günündə dünya xalqlarının bu günü necə qeyd etməsini göstərirdilər. Diqqətimizi ukraynalılar cəlb etdi. Onlar yenə də meydana toplaşmışdı. Azərbaycanlılar da toplaşmışdılar. Onlar da az deyildilər. Amma azərbaycanlılar bulvara toplaşmışdı, şənlənmək üçün...
Ola bilsin, həyatın müxtəlif pillələrində olmaq da insanların hadisələrə münasibətinə təsir edir. Məsələn, uşaqlıq dövründə sovetlər bizə çox maraqlı görünürdü. Amma bəlkə də bizim valideynlərimiz o dövrdə zillət çəkirdilər. Biz bunu bilmirdik, bunun fərqində deyildik.
Ola bilsin, indiki gənclik də belədir. Onlar da çox şeyi bilmir. Necə ki, bizlər bilmirdik...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?