GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kremlin Qarabağ üzərindən şok bazarlıq təklifi - REAKSİYA

Kremlin Qarabağ üzərindən şok bazarlıq təklifi - REAKSİYA

Tarix: 12-06-2025, 16:28 Bölmə :Siyasət Baxış: 144

Kremlin Qarabağ üzərindən şok bazarlıq təklifi - REAKSİYA
Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası ilə əlaqədar Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir.

Bu barədə “RİA Novosti”yə məlumatlı mənbə bildirib. “Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Qarabağla bağlı bəyanatlarına reaksiyası ilə əlaqədar Moskva gözləyir ki, Bakı 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsində ən yüksək səviyyədə təsbit olunmuş Rusiya ilə Azərbaycan arasında münasibətlərin müttəfiqlik xarakterini nəzərə alıb, Ukrayna ətrafındakı vəziyyətdə daha balanslı mövqe tutub, xüsusi hərbi əməliyyat kontekstində Rusiyanın yanaşmalarının ədalətli olduğunu və Krım, Sevastopol, "dxr", “lxr”, Zaporojye, eləcə də Xerson vilayətlərinin ölkəmizin tərkibində olması ilə bağlı mövqeyi tanıyacaq. Necə ki, Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini şübhə altına almır", - mənbə bildirib.

Bu nədir - Rusiyanın Azərbaycana Qarabağ üzərindən siyasi bazarlıq təklifi, yoxsa Bakıya gözlənilən təzyiq barədə xəbərdarlıq? Azərbaycan Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipial mövqeyinə davam edərsə, Moskva bizim ərazi bütövlüyümüzü şübhə altına alacaqmı?

Azərbaycan uzun illər işğaldan əziyyət çəkən ölkə kimi işğalı, işğalçını necə dəstəkləyə bilər? Nəhayət, 22 fevral 2022-ci il tarixli Moskva Bəyannaməsinin Ukraynaya, işğal edilən bölgələrə nə dəxli? Burada böyük bir yanlışlıq və minnət var. Yəni Rusiya Qarabağın Azərbaycana aid olduğunu təsdiqləyirsə, Azərbaycan da bir “jest” etməlidir. Ancaq BMT-nin qərarları, beynəlxalq hüquq var və Krım, həmin 4 region Ukraynanın ərazi bütövlüyünə daxildir. Azərbaycan bu ərazilərin Rusiyanın suveren torpaqları kimi tanımış olsa, bununla həm beynəlxalq hüquqa, həm özünə qarşı getmiş olacaq. Yəni vaxtilə işğala məruz qalmış ölkə kimi ədalət hissini itirməli, işğalçıya dəstək verməliyik.

Ümumiyyətlə, Rusiyanın dövlət agentliyinin “məlumatlı mənbə” kimi təqdim etdiyi mötəbər qaynağın əslində Kreml sarayındakı dairələr olduğu şübhə doğurmur. Bu informasiya orada emal və istehsal olunub, sonra “Ria-Novosti”yə ötürülüb ki, yaysınlar. Və bu xəbərin dərc olunması elə vaxta təsadüf edir ki, bir yandan Medinski Qarabağı “mübahisəli ərazi” adlandırır, bir tərəfdən XİN rəsmisi Zaxarova Rusiyanın Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını rəsmən bəyan edir.

Lakin Azərbaycanın belə bir bazarlığa gedəcəyi gözlənilmir. Rəsmi Bakının mövqeyi beynəlxalq hüquqa söykənir - ilhaq və işğal olunmuş ərazilər Ukraynanın suveren torpaqlarıdır. Bundan əlavə, Azərbaycan işğaldan əziyyət çəkən ölkəyə hər zaman humanitar yardım edir. Sadəcə, nə sanksiyalara qoşulmuşuq, nə Kiyevə hərbi yardım edirik. Moskvanın bu faktorları nəzərə alması olduqca vacibdir. Təəssüf ki, Rusiya hakimiyyəti hələ də Azərbaycana qarşı qeyri-müəyyən, ikibaşlı, latent bir siyasət yürüdür. Bunun növbəti elementi də “Ria-Novosti”nin yaydığı məlumat oldu.Ə

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri Kreml sahibinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi adlandırmasının təsadüfi, yəni dil sürüşməsi olmadığını göstərir: “Rusiyanın dövlət agentliyinin bu xəbəri adının çəkilməsini istəməyən mənbəyə istinadən yayılıb. Həmin mənbənin Kremldən olduğu aşkardır. Kremlin "RİA Novosti" vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır: “Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”. Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsini raketlə vurduğuna və vətəndaşlarımızı öldürdüyünə görə Azərbaycandan üzr istəməyən, günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımamızı istəyir. Bu heç zaman mümkün olmayacaq".

Onun fikrincə, belə olan halda Kremldən və rusiyalı rəsmilərdən, deputatlardan, diplomatlardan Azərbaycana münasibətdə əvvəlkitək təxribatlar gözləməliyik: “Maraqlıdır, Kreml bu "istəyini" ilk dəfə Azərbaycanın adını çəkərək səsləndirib. Kreml eyni istəyinin yerinə yetirilməsini strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi? Başqalarını bilmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini cavabsız qoymamalıdır".

Siyasi təhlilçi Asif Nərimanlı da belə hesab edir ki, “RİA Novosti”nin “Rusiya Azərbaycanın Krımı və yeni regionları (Ukraynanın işğal edilmiş digər əraziləri) tanımasına ümid edir” xəbəri ilə Moskva, nəhayət, Bakıdan nə istədiyini elan etdi. Onun qənaətinə görə, mümkündür ki, bu istək kulis diplomatiyasında daha öncədən dilə gətirilib və AZAL təyyarəsinin vurulmasından sonra Bakı-Moskva xəttində yaranmış narazılığın davam etməsindəki motivlərindən biri də bu ola bilər: “Bakıdan müsbət cavab ala bilməyən Kreml isə həm Medinskinin "Qarabağı mübahisəli" ərazi adlandırması, həm də Krım istəyini ictimaiyyətləşdirməklə mesaj verir. Rusiya başqa ölkədən yox, niyə məhz Azərbaycandan bunu açıq şəkildə istəyir?

İstisna deyil ki, Moskva Bakının tələblərini - mövcud situasiyada bunun AZAL-ın vurulan təyyarəsi ilə bağlı olmasından başqa versiya görünmür - yerinə yetirmək üçün şərt kimi Krım istəyini irəli sürür, Bakıda qəbul edilməyəcəyini bildikləri halda. Və bununla tələblərdən yayınmaq gedişi edir".

Siyasi şərhçi Azərbaycanın Rusiyanın bu istəyini qəbul etməyəcəyinə əmindir: “Bu yalnız o halda müzakirə edilə bilər ki, Ukrayna Krımı və digər işğal edilmiş əraziləri Rusiya ərazisi kimi tanısın və beynəlxalq hüquqda qəbul olunsun. Perspektivdə bu ssenarinin mümkünlüyü görünmür. Bu halda Moskvanın Bakıya qarşı təxribat xarakterli müxtəlif açıqlamaları və addımları gözləniləndir”./“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Dağlıq Qarabağla bağlı məsləhətləşmələrə başladı

    Rusiya Dağlıq Qarabağla bağlı məsləhətləşmələrə ...

    2-04-2016, 13:54

  • 
  • Rusiya Qarabağla bağlı baltanı kökündən vurdu

    Rusiya Qarabağla bağlı baltanı kökündən vurdu ...

    13-10-2016, 22:24

  • 
  • Rusiya-Ukrayna danışıqları sabaha qaldı

    Rusiya-Ukrayna danışıqları sabaha qaldı ...

    15-05-2025, 22:37

  • 
  • Zelenskinin Ofisi Putinin təklifini reallıqdan uzaq adlandırıb

    Zelenskinin Ofisi Putinin təklifini reallıqdan ...

    18-06-2024, 12:40

  • 
  • Rusiya XİN Nikol Paşinyanın Qarabağla bağlı bəyanatına münasibət bildirib

    Rusiya XİN Nikol Paşinyanın Qarabağla bağlı ...

    4-09-2019, 14:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu