Moskva Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyini düşünmür, amma mübahisənin sona çatdırılması üçün səylərini əsirgəməyəcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyi məsələsində böyük nikbinlik olduğunu deməzdim. Ancaq biz tərəfdaşlarımızla əməkdaşlıq şəklində Bakı və İrəvanla işləməyə davam edəcəyik", - deyə Y.Uşakov vurğulayıb.
Xatırladaq ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ötən gün Ermənistanın Azərbaycanın işğal olunmuş beş rayonunu qaytarması məsələsinin gündəmdə olduğunu bildirib. “Bu gün Minsk Qrupunun və Rusiyanın həmsədrləri bəzi konstruktiv təkliflər irəli sürüblər. Gündəmdə işğal olunmuş ən azı beş rayonunun Azərbaycana qaytarılması məsələsi durur. Rusiya bu təklifi paylaşdı, Türkiyə isə onu dəstəklədi. Bunu Azərbaycan tərəfi ilə də müzakirə etdik", - nazir vurğulayıb. ”Gündəm Xəbər” olaraq bildirək ki, Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində ötən 25 il ərzində beynəlxalq hüququn tələbinə və Azərbaycan dövlətinin marağına uyğun hər hansı addımını atmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?