Joze Mourinyonun “Real”a gəlişindən sonra komandadakı əsas yerini itirən və elə Mourinyonun əsasını qoyduğu tendensiya üzrə yalnız Çempionlar Liqasındakı oyunlarda start heyətində oynayan, La Liqa matçlarında isə yerini Dieqo Lopezə verən dünya və Avropa çempionu İker Kasilyas komandasını dəyişə bilər. “gundemxeber.az” xəbər verir ki, dünyada öz klubuna sadiq qalan futbolçulardan sayılan İkerin “Arsenal”a keçəcəyi iddia olunur. Mesud Özilə qucaq açan və onun “Real”da ehtiyat oyunçular skamyasında oturmağına göz yuma bilməyən “Arsenal” bu dəfə eyni münasibəti Kasilyasa göstərmək istəyir. Hər şey 32 yaşlı təcrübəli fubtolçunun verəcəyi qərardan asılı olacaq. Xatırladaq ki, Kasilyas elə "Real" Madrid yetirməsidir. O, 1990-98-ci illər ərzində əvəzedici komandada, 1998-ci ildən etibarən isə kral klubunun əsas heyətində çıxış edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?