İspaniyanın "Barselona" klubunun müdafiəçisi Dani Alveşə dəstək aksiyası güclənir. Primeranın 35-ci turunda oynanmış "Vilyarreal"-"Barselona" matçının sonuna yaxın Dani Alveş künc zərbəsi vurmağa hazırlaşırdı. Bu zaman tribunadakı azarkeşlərdən biri braziliyalı futbolçunu aşağılamaq üçün ona banan atıb. Dani Alveş də tövrünü pozmayaraq bananı yeyib. Matçdan sonra isə Alveş İnstagram-dakı profilində yazmışdı: "Atam həmişə deyərdi ki, əzələlərimdə qıcolmanın qarşısını almaq üçün banan yemək xeyirdir". Matçdan sonra sosial şəbəkələrdə Dani Aleşə dəstək aksiyası başlayıb. "Barselona"nın 2008-ci ildə 38 milyon avroya satın aldığı Alveşə dəstək məqsədilə banan yedikləri zaman şəkil çəkdirərək sosial şəbəkələrdə yayanlar arasında Serhio Aqueyro, Halk, Neymar, David Luis, Oskar, Villian, Naser Şadli və Mussa Dembele, Felipe Koutinyo, Luis Suares, habelə teleaparıcı Marilo Montero, İtaliyanın baş naziri Matteo Renzi, İtaliya yığmasının baş məşqçisi Çezare Prandelli də vardı.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?