Bananın meydana atılmasını isə qaradərili futbolçulara qarşı irqçi ayrı-seçkiliyə görə edirlər
Futbol üzrə İspaniya La Liqasında keçirilən “Villarreal” - “Barcelona” (2-3) oyununda maraqlı hadisə baş verib. Oyunun sonlarına yaxın künc zərbəsini vurmağa hazırlaşan “Barselona”lı oyunçu Dani Alves meydana azarkeşlər tərəfindən atılan bananı kənara tullamaq əvəzinə soyaraq yeyib və oyununa davam edib. Xatırladaq ki, meydana banan atılması olayı ilk deyil. Belə hallara futbol tarixində çox rast gəlinib. Bananın meydana atılmasını isə qaradərili futbolçulara qarşı irqçi ayrı-seçkiliyə görə edirlər. 2012-ci il iyun ayının 15-də naməlum azarkeş İtaliya – Xorvatiya oyunu zamanı meydana banan atmışdı. Bu bananın Mario Balotelliyə ünvanladığını bildirilirdi, çünki həmin matçda meydanda yeganə qaradərili futbolçu məhz Balotelli olub. Mahaçqalanın “Anji” futbol klubunun şərəfini qoruyan Roberto Karlosa da “Zenit” - “Anji” oyunu zamanı azarkeşlərdən biri qabığı soyulmuş banan atmışdı. Bir il öncə Türkiyədə “Fənərbaxça” - “Qalatasaray” derbisində tribunadakı azarkeşlərdən biri Ebue və Droqbaya banan göstərərək, irqçi hərəkətə əl atmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?