“Bavariya”nın ispaniyalı futbolçusu Tyaqo Alkantra zədələnməsi səbəbindən Braziliyada keçiriləcək dünya çempionatını buraxmalı olacaq. Münhen klubunun rəsmi səhifəsindəki açıqlamada 23 yaşlı oyunçunun dizindən zədələndiyi üçün əməliyyat olunacağı, Almaniya kubokunun finalını və dünya çempionatını buraxacağı bildirilib. Karl-Haynz Rummenige ispaniyalı futbolçunun zədələnməsindən üzüldüklərini bildirib: “Tyaqo üçün çox ağır dürümdür. Ölkəsini dünya çempionatında təmsil etmək üçün çox ciddi çalışırdı və xəyalları birdən-birə puç oldu. Oyunçumuza lazım olan bütün müalicələr ediləcək və o, növbəti mövsümə hazır olacaq”. Qeyd edək ki, İspaniya millisinin baş məşqçisi Vinsent del Boske Tyaqo Alkantranın adını 23 nəfərlik əsas heyətə daxil etmişdi. İndi Alkantranın əvəzinə başqa futbolçunun namizədliyi təsdiq ediləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?