Türkiyə və “Fənərbağça”-nın yarımmüdafiəçisi Əmrə Bələzoğluna Roma Papası Françeskodan dəvət gəlib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, seytabrın 1-də baş tutacaq “Barış üçün Dinlərarası futbol” oyununda Papa Əmrənin də olmağını istəyib. Uzun müddət Avropa klublarında, eləcə də İtaliyanın “İnter” klubunda oynayan Əmrə bu dəvəti qəbul edib. Qeyd edək ki, oyun Romadakı Olimpiya stadionunda keçiriləcək. Əmrədən savayı oyuna dünyanın bir çox məşhur futbolçuları dəvət olunub. Onların arasında "Qalatasaray"ın qapıçısı Muslera, eləcə də Buffon, Zidan, Zanetti, Roberto Bacio, Pirlo, Samuel Eto, Messi kimi oyunçular var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?