"Fənərbağça”-nın və Türkiyə millisinin qapıçı Volkan Dəmirəl məhkəməyə verilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “Qalatasay” ilə Superkubok matçından sonra Volkan rəqib komandanın “Pidbull” ləqəbli oyunçusu Felipe Melonun ünvanına “Bələdiyyə küçə itlərini zəhərləsin” sözlərini deyib.
Bundan sonra Türkiyədə fəaliyyət göstərən heyvan haqlarını müdafiəsi təşkilatları məşhur qapıçını məhkəməyə verib. Onlar Volkanın 3 il müddətinə azadlıqdan mərhum olunmasını tələb edirlər. Ümumiyyətlə, heyvansevərlər milli qapıçının təkcə itlərə deyil, heyvan sevən kütləni təhqir etdiyini düşünürlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?