AFFA-nın İntizam Komitəsi (İK) XXIII Topaz Premyer Liqasının IV turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “İnter Arena”da keçirilən “Qarabağ” – “Bakı” matçında nominal meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Eyni hal AZAL-ın da başına gəlib. Belə ki, “təyyarəçilər” “Qəbələ”yə qalib gəldikləri səfər matçında 6 futbolçusunun sarı vərəqə almasına görə 1000 manat AFFA-nın “xəzinə”sinə keçirməlidir. Üstəlik, həmin oyunun 90+3-cü dəqiqəsində AZAL-ın braziliyalı futbolçusu Eduardo idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub isə yeni transferinə görə əlavə 200 manat da cərimə ödəməlidir.
“Sumqayıt” – “Araz Naxçıvan” matçında muxtar respublika təmsilçisinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manatından keçməlidir. Oyunun 52-ci dəqiqəsində “Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Meydan sahibləri Vurğuna görə 200 manat cərimələnib.
4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat miqdarında cərimə olunan növbəti komanda isə “Xəzər Lənkəran” olub. Cənublular bu vərəqələri “İnter”ə qalib gəldikləri matçda baş hakim tərəfindən görüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?